- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən açıqlanan rəsmi statistika göstərir ki, 2025-ci ildə ipoteka bazarında kəmiyyət deyil, daha çox keyfiyyət və struktur yönümlü dəyişikliklər baş verib. 2024-cü illə müqayisə edildikdə,ümumi maliyyələşmə həcmi artdığı halda, portfeldə verilən kreditlərin sayı azalıb, güzəştli və zəmanətli ipoteka mexanizmlərinin çəkisi isə əhəmiyyətli dərəcədə yüksəlib. GDP xəbər verir ki, 2024-cü ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat məbləğində 4 685 ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstərici 442,8 milyon manat və 4 309 kredit təşkil edib. Beləliklə, ümumi maliyyə həcmi 3,0 milyon manat və ya 0,68% artıb, lakin kreditlərin sayı 376 vahid…
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial media hesabında Davosda keçirilən World Economic Forum – 2026 çərçivəsində iştirakına dair təəssüratlarını paylaşıb. GDP -nin məlumatına görə, o bildirib ki, bu il ilk dəfə Dünya İqtisadi Forumunda iştirak edib və Davosda keçirilən mötəbər tədbirdə ABB-ni təmsil edib. Forum çərçivəsində müxtəlif sessiyalar, ikitərəfli görüşlər və müzakirələrlə zəngin, məhsuldar bir həftə keçirdiyini vurğulayıb. Abbas İbrahimovun sözlərinə görə, forumun ən yaddaqalan və qürurverici məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin panel çıxışı olub. Prezidentin sülh gündəliyi və regionun gələcəyinə dair strateji baxışı aydın iqtisadi-siyasi vizyon formalaşdırıb. Davos təəssüratları sırasında qlobal biznes və maliyyə gündəmi ilə…
Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən Böyük Jambil sahəsi üzrə Türkiyənin dövlət neft şirkəti Turkish Petroleum Corporation (TPAO) texniki-iqtisadi qiymətləndirmə aparır. GDP xəbər verir ki, işlər 2025-ci ilin iyulunda KazMunayQaz ilə TPAO arasında geoloji kəşfiyyat və yataqların işlənməsi üzrə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Dünən Ankarada əməkdaşlığın gedişi “KazMunayQaz”ın rəhbəri Asxat Xasenov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında müzakirə olunub. Qeyd edək ki, 2021-ci ildə Böyük Jambil və digər Xəzər bloklarını BP qiymətləndirsə də, şirkət sonradan korporativ strategiya dəyişikliklərini əsas gətirərək layihələrdən imtina edib. Hazırda TPAO-nun Böyük Jambil üzrə qiymətləndirmə nəticələri və mümkün investisiya qərarı gözlənilir
BlackRock bitkoinləri aktiv şəkildə kriptovalyuta birjalarına köçürməyə başlayıb ki, bu da investisiya nəhənginin mümkün satışa hazırlaşdığını göstərə bilər.
ABŞ prezidenti Donald Tramp 2021-ci ildə bank hesablarının siyasi motivlərlə bağlanması iddiası ilə JPMorgan Chase maliyyə korporasiyasına və bankın rəhbəri Ceymi Daymona qarşı məhkəməyə müraciət edib. GDP xəbər verir ki,iddianın məbləği azı 5 milyard dollar olaraq göstərilir. Məhkəmə sənədlərində Tramp bankı və onun top-menecerini “qara siyahı” yaratmaqda ittiham edir. İddiaya görə, bu siyahı nəticəsində Tramp və onunla əlaqəli strukturlar digər Amerika banklarında da maliyyə xidmətlərindən məhrum edilib. İddiada vurğulanır ki, hesabların bağlanması Trampa ciddi maddi zərər vurmaqla yanaşı, onun reputasiyasına da əhəmiyyətli ziyan vurub. Tramp tərəfi hesab edir ki, JPMorgan-un bu addımı siyasi xarakter daşıyıb və qanunsuz olub.
Türk İnvestisiya Fondunun (TİF) Baş direktoru Ramil A. Babayev 16 yanvar 2026-cı il tarixində AZCON Holding və Azercell Telecom şirkətlərinin nümayəndə heyətləri ilə görüş keçirib. TİF-dən verilən məlumata görə, görüşdə Fondun Maliyyə üzrə Baş Direktoru Betul Sarikaya və İnvestisiya üzrə Baş Direktoru Sanjar Usmanov da iştirak edib. AZCON Holding-i Maliyyə üzrə Baş Direktor Taylan Tekeli və Maliyyə İnstitutları Portfeli üzrə rəhbər İlham Mustafazade təmsil edib. Azercell Telecom-un nümayəndə heyətinə isə Maliyyə üzrə Baş Direktor Tural Pirverdiyev, Topdansatış üzrə rəhbər Deniz Bayındır və Korporativ Satışlar üzrə menecer Ceyhun Tağıyev daxil olub. Görüş zamanı Ramil A. Babayev TİF-in türk dünyası üzrə iqtisadi…
Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib. 16:45 – Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub. Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Sosialyönümlü təşəbbüsləri ilə seçilən “Nar” “Biz Hamımız Birik” adlı yeni DEIB (Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində bərabər və inklüziv mühitin formalaşdırılması istiqamətində fəaliyyətini genişləndirir. Strategiyanın əsas məqsədi mobil xidmətlərin əlilliyi olan şəxslər üçün daha əlçatan olmasını təmin etməkdir. Layihə çərçivəsində “Nar”ın müştəri mərkəzlərinin əməkdaşları eşitmə məhdudiyyətli abunəçilərə jest dilində xidmət göstərməyə başlayıblar. Bu təşəbbüs müştəri mərkəzlərində ünsiyyətin keyfiyyətini artırmağa və xidmətin hər kəs üçün əlçatan olmasına töhfə verir. Bundan əlavə, ötən ildən etibarən əlilliyi olan şəxslərin rahatlığı üçün “Nar” ofislərində növbədənkənar xidmət təqdim olunur. Həmçinin “Elmlər Akademiyası” və “Memar Əcəmi” müştəri mərkəzləri əlil arabası istifadəçiləri üçün tam uyğunlaşdırılıb,…
“PAŞA Bank”ın səhmlərinin bir hissəsi kütləvi şəkildə investorlara təklif ediləcək. Belə ki, “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb. GDP xəbər verir ki, bununla bağlı ətraflı məlumatın 28 yanvar 2026-cı il tarixində açıqlanması gözlənilir. Hazırda “PAŞA Bank”ın nizamnamə kapitalı 354 milyon 511 min 800 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33300 manat olan 10646 ədəd adi səhmdən ibarətdir (Dövlət qeydiyyatı 1700767721). Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayevdir (≈ 5,0066%). 31 dekabr 2025-ci il tarixində “PAŞA Bank” ASC 504 milyon 786 min manat…
Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) əsasfaiz dərəcəsini 100 baza bəndi azaldaraq 37%-ə endirib. Faiz dərəcəsinin 150 baza bəndi azaldılaraq 36,50 faiz səviyyəsinə endiriləcəyi proqnozlaşdırılmışdı. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz qərarını açıqladı. GDP xəbər verir ki, TCMB bir həftəlik repo hərrac faiz dərəcəsini (uçot dərəcəsini) 100 baza bəndi (1.00 faiz bəndi) azaldaraq 38 faizdən 37 faizə endirib. Bazarlarda TCMB-nin bu gün əsas faiz dərəcəsində (uçot dərəcəsində) 150 baza bəndi faiz endirimi edəcəyi gözlənilirdi. Mərkəzi Bankın press-relizində deyilir: İnflyasiyanın əsas meyli dekabr ayında zəifləyib. İlkin göstəricilər yanvar ayında aylıq istehlakçı inflyasiyasının qida məhsullarıın bahalaşması ilə artdığına, əsas meyldəki artımın isə məhdud qaldığına işarə edir.…
