- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Maliyyə münasibətlərinin mürəkkəbləşdiyi, kredit öhdəliklərinin isə gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə zaminlik institutu xüsusilə aktual mövzulardan biridir. Təcrübədə zamin olan şəxslərin hüquq və öhdəlikləri, bankların tələbləri, iddia müddətləri və zaminliyə xitam halları ilə bağlı çoxsaylı suallar və mübahisələr yaranır. Bu suallara hüquqi baxımdan aydınlıq gətirmək məqsədilə bugünkü müsahibəmizdə kredit mübahisələri və zaminlik institutu mövzusunu müzakirə etdik. Qonağımız təcrübəli hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, bank hüququ üzrə mütəxəssis Misirə Xəlilzadədir. Misirə xanım, ilk növbədə qeyd edə bilərsizmi – zaminlik nədir və hansı hallarda tətbiq olunur? Təşəkkür edirəm. Zaminlik – mülki hüquqda bir şəxsin (zaminin), borclunun borcuna görə kreditor…
2026-cı il yanvarın 20-də ölkə ərazisində müşahidə olunan qarlı-şaxtalı hava şəraiti fonunda Bakı da daxil olmaqla respublikanın bir sıra bölgələrində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb. GDP xəbər verir ki,Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından əldə etdiyi son məlumatlara əsasən, qeyd olunan tarixdə baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 sığortalı müraciəti daxil olub. Müraciətlərin 403-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 76-sı “Kasko”, 4-ü “Daşınmaz əmlakın icbari sığortası”, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə qeydə alınıb. Məlumatlara görə, qiymətləndirilmiş 366 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 254 min…
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasına yeni üzv təyin olunub. GDP xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin Hesabatlar və analitik təhlil sektorunun müdiri Elvin Nəsibov ƏSF-nin Himayəçilik Şurasının üzvü seçilib. Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib. Onun yerinə həmin şöbənin müdir müavini Gündüz Əliyev Şuranın əsas heyət üzvü təyin edilib. Qeyd edək ki, hazırda ƏSF-nin Himayəçilik Şurasının sədri Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Gülər Paşayevadır. Şuranın tərkibi 7 nəfərdən ibarətdir. Əvvəlki üzvlərdən biri Sadiq Əliyev…
Fərid Hüseynov sosial media hesabında paylaşım edərək Bir Ecosystem-nin Baş İcraçı direktoru vəzifəsinə başladığını açıqlayıb. GDP nin məlumatına görə, o bildirib ki, bu təyinat onun peşəkar karyerasında təkcə növbəti addım deyil, eyni zamanda böyük məsuliyyət mərhələsidir. Kapital Bank-dakı fəaliyyəti ilə paralel olaraq Bir Ecosystem-ə rəhbərlik etmək, Azərbaycanın rəqəmsal gələcəyinin formalaşmasında birbaşa iştirak imkanı yaradır. Farid Hüseynovun sözlərinə görə, Bir Ecosystem maliyyə, ödənişlər, fintex və elektron ticarəti vahid strategiya çərçivəsində birləşdirən Azərbaycanın ilk tam inteqrasiyalı rəqəmsal modelidir və ekosistemin növbəti inkişaf mərhələsi ölkənin qeyri-neft sektorunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, rəhbərlik estafetini ekosistemin qurulmasında mühüm rolu olan…
Aqrar Sığorta Fondu tərəfindən şaxtavurma riski üzrə əkin sahələrinə dəyən zərərə görə fermerlərə sığorta ödənişlərinə başlanılıb. GDP xəbər verir ki,indiyə kimi Aqrar Sığorta fondu tərəfindən şaxtavurma hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib. Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il artmaqdadır. Belə ki, 2023-cü ildə şaxtavurma riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə bu məbləğ 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib.
Trampın Davosda çıxışı. GDP canlı yayım; t’qdim edir. https://www.youtube.com/watch?v=qo2-q4AFh_g
NEQSOL Holding-in nümayəndələri mədən sənayesinin gələcəyinə, kritik minerallara və dayanıqlı sənaye inkişafına həsr olunmuş dünyanın ən böyük platformalarından biri olan Future Minerals Forum 2026-da iştirak ediblər. GDP xəbər verir ki, Forum 13–15 yanvar tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilib. Tədbir çərçivəsində hökumətlərdən, qlobal şirkətlərdən, maliyyə institutlarından və beynəlxalq təşkilatlardan 160-a yaxın lider bir araya gələrək kritik mineralların strateji əhəmiyyətini və onların qlobal iqtisadiyyatın gələcəyində rolunu müzakirə ediblər. NEQSOL Holding forumda Səhmdarın baş məsləhətçisi və Müşahidə Şurasının üzvü Kirill Rubinski, Sənaye və Mədən üzrə rəhbər İsrail Asaliyev və Aparat rəhbəri Teymur Tağıyev tərəfindən təmsil olunub. Rəsmi proqram çərçivəsində NEQSOL nümayəndələri “Mədən…
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” mövzusunda vebinar təşkil edib. GDP xəbər verir ki,vebinarda agentliyin rəsmiləri Azərbaycanın bank sektorunun mövcud vəziyyəti və perspektivləri ilə bağlı qiymətləndirmələrini təqdim ediblər. Bildirilib ki, Azərbaycanda yüksək maliyyələşmə çevikliyi və əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş tənzimləyici çərçivə formalaşıb. Bu amillər bank sektorunun ümumi dayanıqlığını gücləndirən əsas faktorlar sırasında yer alır. “Fitch Ratings”in qiymətləndirməsinə görə, Azərbaycanın bank sektoru hazırda COVID-19 pandemiyasından əvvəlki dövrə nisbətən daha dayanıqlıdır. Sektorun gəlirliliyi artıb, banklar adekvat kapitallaşma səviyyəsinə, təkmilləşdirilmiş risk idarəetmə sistemlərinə və daha şaxələndirilmiş maliyyələşmə bazasına malikdir. Bu göstəricilər bankların maliyyə…
Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. GDP xəbər verir ki, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasını nəzərdə tutur və kapital bazarı, sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsinə xidmət edir. Sənəd çərçivəsində tərəflər arasında təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, maliyyə inklüzivliyinin artırılması və əməliyyat səmərəliliyinin yüksəldilməsi məqsədilə innovativ maliyyə texnologiyalarının inkişafının təşviqi də əsas istiqamətlər sırasında yer alır. İmzalanan Anlaşma Memorandumu iki ölkə arasında maliyyə sektorunda institusional əməkdaşlığın dərinləşdirilməsinə və regional maliyyə mühitinin inkişafına…
