Author: Aynure Gdp

2024-cü ilin yanvar -oktyabr ayları üzrə Azərbaycan Respublikasının ticarət dövriyyəsinin həcminə görə, bazar paylarında investisiya şirkətlərinin göstəriciləri müxtəlif yönümlü dinamika nümayiş etdirib. GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri ilə bağlı aylıq hesabatda məlumat verilib. Ölkənin qiymətli kağıtlar bazarında bu seqmentdə ən böyük bazar payına sahib olan PAŞA Kapital-ın 2023-cü ildəki 2 milyard 011,492 milyon 196 min manat təşil edən ticarət dövriyyəsi 2024-cü ildə 1 milyard 361 milyon 245,650 min manada düşərək 32.32% azalma nümayiş etdirib. Bu seqmentdə ABB Invest-in bazar payı 221 milyon 124,651 min manatdan 105 milyon 516,394 min…

Read More

S&P 500 indeksi qısa müddətə 6000 səviyyəsini keçdikdən sonra cümə günü 0.4% artaraq həftəni 5995.6 səviyyəsində tamamladı. Dow indeksi +0.6%, Nasdaq isə 0.1% yüksələrək hər üç indeks üçün rekord səviyyəyə çatdılar. Russell 2000 indeksi isə 8.57% artaraq yeni administrasiyanın biznesə daha böyük dəstək göstərməsi, vergilərin azaldılması və bürokratik təzyiqlərin yüngülləşdirilməsi gözləntiləri ilə yüksəldi. FED, cümə axşamı faiz dərəcələrini 0.25% endirərək bazarlara pozitiv təsir etdi və Fed sədri Jerome Powell, seçki nəticələrinə baxmayaraq müstəqil siyasət yürüdüldüyünü təsdiqlədi.Həftə ərzində dövlət istiqrazlarının gəlirləri yüksəldi, lakin FED-in faiz endirimindən sonra yenidən azaldı. Bazarlar indi diqqətini gələn həftə açıqlanacaq əsas inflyasiya göstəricilərinə və şirkətlərin maliyyə…

Read More

İnvestisiya şirkətlərinin 2024-cü ilin yalvar -oktyabr ayları ərzində olan dövriyyəsinə görə renkinqinin təhlili göstərir ki, ən yüksək dövriyyəyə malik olan şirkət “ABB İnvest İnvestisiya Şirkəti”dir. GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri ilə bağlı aylıq hesabatda məlumat verilib. Bu şirkətin dövriyyəsi təxminən 40 milyard manata yaxındır ki, bu da ikinci yerdə qərarlaşan “PAŞA Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsindən (21.5 milyard manat) təqribən 2 dəfə çoxdur. Üçüncü yerdə qərarlaşan “Assist Finance İnvestisiya şirkəti”nin dövriyyəsi 5.2 milyard manat təşkil edir ki, bu da ilk iki yerdə olan şirkətlərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Dördüncü və…

Read More

ABŞ-ın WTI markalı nefti cümə günü 2.7% azalaraq bir barrel üçün 70.38 dollar səviyyəsində qərarlaşıb. GDP xəbər verir ki, bu azalmaya ABŞ-ın Meksika körfəzində Rafael qasırğasının tədarükə uzunmüddətli təsiri ilə bağlı narahatlıqların azalması və Çinin iqtisadi stimul tədbirlərinin gözləntiləri doğrultmaması səbəb olub. Yenilənmiş proqnozlara görə, Rafael qasırğasının hasilata minimal təsir göstərəcəyi bildirilib. Əvvəlcə körfəzdəki neft hasilatının 22%-dən çoxu ehtiyat tədbiri olaraq dayandırılmışdı. Çində yerli hökumət borclarının yüngülləşdirilməsinə yönəlmiş stimul tədbirləri tələbatın artırılması ilə bağlı bazar gözləntilərini qarşılaya bilməyib. Defliyasiya meylləri və xam neft idxalının davamlı azalması da qiymətlərə mənfi təsir göstərib. İran və Venesuelaya qarşı ABŞ sanksiyalarının sərtləşdirilməsi ehtimalı qiymətlərə…

Read More

Azərbaycan Mərkəzi Bankının COP29 Maliyyə Günü çərçivəsində iki tematik tədbir təşkil etməyi planlaşdırdığını qürurla vurğulamaq istərdim. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin rəhbəri Taleh Kazımov Toronto Mərkəzinə müsahibəsində deyib. O qeyd edib ki, ilk tədbir iqlim tədbirlərinin maliyyələşdirilməsinin genişləndirilməsinə həsr olunacaq. Bu tədbirdə beynəlxalq maliyyə qurumları, dövlət və özəl sektor təmsilçiləri iştirak edəcək. Tədbirin əsas məqsədi Paris Sazişinin hədəflərinə uyğun olaraq iqlim maliyyəsinin genişləndirilməsidir. Mərkəzi Bank rəhbəri bildirib ki, Azərbaycan bank sektoru 2030-cu ilə qədər ölkədə yaşıl keçid layihələrini dəstəkləmək üçün əhəmiyyətli maliyyə resursları ayırmağı planlaşdırır. Bu addım bank sektorunun bərpa olunan enerji, davamlı infrastruktur və…

Read More

“ABB Invest İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə cəmi əməliyyatlarının həcmi də 2023-cü ildəki 6 milyard 480 milyon 575,085 min manatdan 2024-cü ildə 39 milyard 959 milyon 883,345 min manata yüksəlib. Bu, 33 milyard 479 milyon 308,260 min manat və ya 516.47% artım deməkdir. GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjasında ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyələri ilə bağlı aylıq hesabatda məlumat verilib. Hesabata görə, 2023-cü ildə dövriyyəsi 6 milyard 480 milyon 570,855 min sanat olub və bazar payı 18.38% təşkil edib. 2024-cü ildə isə dövriyyəsi 39 milyard 959 milyon 883,435 min manata çatıb və…

Read More

Mərkəzi Bank olaraq, COP29-un ev sahibi ölkəsi kimi, Davamlı Maliyyə Taksonomiyalarının Uyğunluğu və Müqayisəliliyinin İrəliləməsi üzrə Yol Xəritəsini hazırlamışıq. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin rəhbəri Taleh Kazımov Toronto Mərkəzinə müsahibəsində deyib. Kazımovun sözlərinə görə, Yol Xəritəsi, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəklədiyi Davamlı Bankçılıq və Maliyyə Şəbəkəsi (SBFN), Davamlı Maliyyə üzrə Beynəlxalq Platforma və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu qlobal təşəbbüs, fərqli ölkələrin taksonomiyalarının uyğunlaşdırılması yolu ilə, iqlim hədəflərinə çatmaq üçün davamlı maliyyə standartlarının effektivliyini artırmağı hədəfləyir. “Taksonomiyaların uyğulu olması onların effektivliyini artırır. Hal-hazırda bir çox ölkə öz taksonomiyasını hazırlasa…

Read More

Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcək. GDP xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Romada İtaliya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group – WFEG) birinci nazirlər iclasındakı çıxışında deyib. Nazir nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində…

Read More

Maliyyə bazarlarında kəskin artım müşahidə olunub. Dow Jones Sənaye İndeksi üzrə fyuçerslər 1,200 punkt və ya təxminən 2.9% artaraq son 1.5 ilin ən yüksək artımını qeydə alıb. GDP xəbər verir ki, Wall Street-in digər əsas indeksləri də müsbət dinamika nümayiş etdirib. Belə ki, S&P 500 fyuçersləri 2.4% yüksəlib, Nasdaq 100 texnologiya indeksi isə 1.8% artıb. Qeyd edək ki, Dow Jones indeksinin bir ticarət sessiyası ərzində 1,000 punktdan çox artması nadir hallarda baş verir. Sonuncu belə kəskin artım 2022-ci ilin noyabr ayında qeydə alınmışdı. Ekspertlər bu artımı investorların gələcəyə olan optimist gözləntiləri və maliyyə bazarlarında artan likvidliklə əlaqələndirirlər.

Read More

Tesla şirkətinin səhmləri Donald Trampın ABŞ prezidenti seçilməsi xəbərindən sonra 15% artıb. GDP xəbər verir ki, investorlar Elon Maskın şirkətinin Trampın Ağ Evə qayıdışından əhəmiyyətli dərəcədə faydalanacağını proqnozlaşdırır. Qeyd edək ki, Elon Mask respublikaçı namizədləri dəstəkləmək üçün 130 milyon dollardan çox vəsait sərf edib və X platformasında onların gündəliyini fəal şəkildə təbliğ edib. Tramp da öz növbəsində Floridadakı seçki kampaniyası zamanı Maskı tərifləyib. Wedbush analitikləri hesab edir ki, tənzimləmələrin azaldılması və emissiya standartlarının yumşaldılması Teslaya rəqabət üstünlüyü verə bilər. Mask özü də avtonom nəqliyyat vasitələrinin təsdiqlənməsi proseslərinin sadələşdirilməsinin potensial faydalarını vurğulayıb. Trampın qələbəsi İnflyasiyanın Azaldılması Aktı da daxil olmaqla bir…

Read More