- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Bank “BTB” ASC-nin 2025-ci il maliyyə nəticələrinin analizi göstərir ki, bank normativ və kapital baxımından dayanıqlı mövqedə qalsa da, ilin yekununda xərclərin və gözlənilməz düzəlişlərin təsiri ilə zərərlə üzləşib.Hesabat dövrünün sonuna bankın cəmi aktivləri 356 milyon 821,8 min manat təşkil edib və aktivlərin strukturunda əsas ağırlıq kredit portfelinin üzərində formalaşıb. GDP Bank “BTB” ASC-nin 2025-ci il üzrə maliyyə hesabatına istinadla xəbər verir ki, bankın əməliyyat mənfəəti 5 milyon 864,6 min manat olub. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılmış ehtiyatlar 3 milyon 437,5 min manat təşkil etdiyindən, gözlənilməz xərclərə qədər mənfəət 2 milyon 427,1 min manata enib. Hesabat dövründə 2 milyon 831 min manatlıq gözlənilməz fəaliyyət və uçot dəyişiklikləri…
AccessBank 2025-ci ilin yekun maliyyə nəticələrini açıqlayıb. 2024-cü ilin göstəriciləri ilə müqayisəli təhlil göstərir ki, bank 2025-ci ildə aktivlərini, kredit portfelini və kapital bazasını əhəmiyyətli dərəcədə genişləndirsə də, artan risk xərcləri, faiz xərclərinin sürətli yüksəlişi və əməliyyat xərclərinin böyüməsi fonunda xalis mənfəət azalaraq təzyiq altında qalıb. GDP AccessBankın 2025-ci ilin maliyyə hesabatına istinadla xəbər verir ki, AccessBank-ın xalis mənfəəti 2024-cü ildəki 54 milyon 62 min manatdan 2025-ci ildə 49 milyon 52 min manata enib. Bu, 5 milyon 10 min manat və ya 9.27% azalma deməkdir. Yəni bank əməliyyat həcmini və bazar payını böyütsə də, artan risk və xərclər mənfəətin aşağı…
2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 674 min 984 vahid təşkil edib. GDP xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb. Məlumatda göstərilən rəqəmlər əsasında bildirmək olar ki, bu göstərici 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 77 min 755 vahid və ya 4,87% çoxdur. Artım fonunda strukturda cüzi dəyişiklik müşahidə olunub: fiziki şəxslərin payı 87%-dən 0,2% azalaraq 86,8%-ə düşüb , hüquqi şəxslərin və digər təşkilatların payı isə 13%-dən 0.2% artaraq 13,2%-ə yüksəlib. Vergi uçotunda olan kommersiya qurumlarının ümumi sayı da artıb. 2026-cı ilin yanvar ayının 1-nə…
Xalq Bankın 2025-ci il maliyyə nəticələrinin 2024-cü illə müqayisəsi göstərir ki, bank gəlir və balans həcmini artırsa da, artan maliyyələşmə və əməliyyat xərcləri fonunda xalis mənfəət üzrə geriləmə qeydə alınmışdır. 2025-ci ildə bankın xalis mənfəəti 61 081,04 min manat olmuşdur. GDP Xalq Bankın 2025-ci il maliyyyə hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ildə qeydə alınmış 65 721,31 min manat ilə müqayisədə 4 640,27 min manat və ya 7,06% azalma deməkdir. Xalis mənfəətin azalması əsasən faiz xərclərinin kəskin artımı və qeyri-faiz xərclərinin genişlənməsi ilə əlaqədardır. Xalq Bankın faiz gəlirləri üzrə dinamika müsbət olmuşdur. Belə ki, 2024-cü ildə 183 965,11…
2025-ci ildə “Kapital Bank” ASC-nin maliyyə nəticələrinin 2024-cü illə müqayisəsi göstərir ki, bank mənfəətliliyi ciddi şəkildə artırsa da, bu artım balans strukturunda yenidənqurma, maliyyələşmə xərcinin bahalaşması və depozit bazasında korporativ seqmentin zəifləməsi kimi paralel tendensiyalar fonunda formalaşıb. “Kapital Bank” ASC-nin xalis mənfəəti 2024-də 186 milyon 501 min manat olduğu halda, 2025-də 315 milyon 13 min manata yüksələrək, 128 milyon 512 min manatvə ya 68.91% artıb. Bu 68.91% artım bankın gəlir yaratma qabiliyyətinin gücləndiyini göstərsə də, eyni zamanda maliyyələşmə dəyəri və əməliyyat xərclərinin sürətli artması fonunda əldə olunub; yəni mənfəət “rahat” mühitin yox, daha bahalı resurs və daha böyük xərclər şəraitində…
Çində gümüşün qiyməti 100 dollara qədər yüksəlib, 6%-dən çox artaraq yeni tarixi maksimuma çatıb
Azərbaycanın aktivlərinə görə ən böyük bankı olan ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) 2025-ci ildə xalis mənfəəti 2024-cü ildəki 293,7 milyon manatdan 2025-ci ildə 335,7 milyon manata yüksəlmişdir ki, bu da 42,0 milyon manatlıq və ya təxminən 14,3% artım deməkdir. Xalis mənfəətdəki bu artım bankın gəlir bazasının genişləndiyini göstərsə də, faiz və qeyri-faiz xərclərinin sürətli artımı mənfəətin daha yüksək templə böyüməsinə mane olmuşdur. 2025-ci ilin sonuna olan göstəricilərə əsasən ABB-nin mənfəət vergisindən əvvəl mənfəəti 368,4 milyon manatdan 417,9 milyon manata yüksəlmiş və 49,5 milyon manat, yəni 13,4% artım qeydə alınmışdır. Ötən il ərzində bankın mənfəət vergisi isə 74,7 milyon manatdan 82,2…
Unibankın 2025-ci il maliyyə nəticələrinin 2024-cü illə müqayisəli təhlili göstərir ki, bankın xalis mənfəəti 25 milyon 781 min manat olmuşdur. Bu göstərici 2024-cü ildə qeydə alınmış 20 milyon 400 min manatlıq nəticə ilə müqayisədə 5 milyon 381 min manat məbləğində, yəni təxminən 26,4% səviyyəsində artım deməkdir. GDP Unibankın 2025-ci ilin dördüncü rübünə dair maliyyə hesabatına istinadən xəbər verir ki, qeyd olunan artım əsasən bankın əməliyyat mənfəətinin yüksəlməsi ilə əlaqədardır. 2025-ci il ərzində Unibankın faiz gəlirləri 251 milyon 233 min manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin 232 milyon 160 min manatlıq səviyyəsi ilə müqayisədə 19 milyon 073 min manat artmışdır…
Azərbaycanın dövlət banklarından biri olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinə yeni üzv seçilməsi barədə qərar qəbul edilib. GDP xəbər verir ki, bankın təcrübəli menecerlərindən Nərgizxanım Aqşin qızı Biləndərli ABB-nin İdarə Heyətinə üzv təyin edilib. Məlumata görə. Nərgizxanım Biləndərli bank sektorunda uzun illər ərzində qazandığı geniş təcrübəsi ilə tanınır. O, karyerasına 1996-cı ildə həmin bankda (ABB) Müştəri Xidməti üzrə mütəxəssis kimi başlayıb. Sonrakı illərdə “Bank of Baku” ASC-də Müştəri Xidməti Meneceri, “Bank Standard” ASC-də isə filial rəhbərindən başlayaraq, müştəri xidməti üzrə rəhbər vəzifəsinə qədər yüksəlmişdir. 2014-2016-cı illərdə həmin bankın İcraçı direktor müavini vəzifəsində çalışıb. 2017-2018-ci illərdə “Bank VTB (Azərbaycan)” ASC-də Risklər…
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bankın 2025-ci il üzrə fəaliyyət nəticələri və qarşıdakı dövr üçün strateji planları barədə açıqlama verib. Onun sözlərinə görə, 2025-ci il Unibank üçün həm maliyyə nəticələri baxımından uğurlu, həm də strateji mərhələnin yekunlaşdığı əhəmiyyətli bir il olub. Əldə olunan göstəricilər bankın düzgün istiqamətdə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirib. Qeyd edilib ki, ötən il təkcə müsbət maliyyə nəticələri ilə deyil, eyni zamanda uzunmüddətli strategiyanın hesabat ili kimi də yadda qalıb. Heybət Qədirov bildirib ki, 2026-cı il bank üçün yeni və daha iddialı mərhələnin başlanğıcı olacaq. Bu il Unibankın qəbul…
