- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Google-un valyuta konvertorunda İran rialının (IRR) avro qarşısında faktiki olaraq “0,00” kimi göstərilməsi diqqəti cəlb edib. GDP xəbər verir ki,platformada əks olunan məlumata görə, 1 İran rialı 0,00 avro səviyyəsində təqdim olunur ki, bu da əsasən yuvarlaqlaşdırma ilə izah edilir. Qrafik göstəricilər son günlərdə kəskin enişi ortaya qoyur. Məzənnənin qısa müddətdə aşağı həddə düşməsi rialın sürətlə dəyər itirməsi ilə yanaşı, real vaxt məlumat axınında texniki və ya sistem problemlərinin də mövcud ola biləcəyini göstərir. Mütəxəssislərin fikrincə, bu cür göstəricilər valyutanın faktiki dövriyyə dəyərinin son dərəcə zəiflədiyini vizual şəkildə əks etdirsə də, obyektiv məzənnənin müəyyənləşdirilməsi çətin olaraq qalır. Qeyd olunur ki,…
Hesablama Palatası **Dövlət Neft Fondu**nun 2026-cı il büdcə layihəsinə dair rəyində Fondun əsas gəlir mənbələri üzrə ciddi azalma və struktur riskləri açıqlayıb. GDP xəbər verir ki,Ali audit qurumunun rəyinə əsasən, karbohidrogen satışından xalis gəlirlər 8 551,0 mln. manat proqnozlaşdırılır ki, bu da ümumi gəlirlərin 65,6%-ni təşkil edir və Fondun əsas maliyyə dayağı olaraq qalır. Bununla belə, Hesablama Palatası bu göstəricinin azalmasını bir neçə fundamental səbəblə izah edir. Əsas amillərdən biri hasilatın azalmasıdır. Azərbaycanın başlıca neft yatağı olan Azeri-Çıraq-Güneşli (AÇG) üzrə hasilatın 2026-cı ildə 120,1 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici 2010-cu ildə qeydə alınmış 303 milyon barellik pik həcmdən…
Hesablama Palatasının Hesablama Palatası 2026-cı il üzrə “Dövlət Neft Fondu”nun büdcə layihəsinə verdiyi rəyə əsasən, Fondun gəlirləri 2022–2026 dövründə ən aşağı səviyyədə proqnozlaşdırılıb. GDP-nin məlumatına görə,rəydə bildirilir ki, gəlirlərin azalmasının əsas səbəbləri xam neft hasilatının aşağı düşməsi, neftin orta illik ixrac qiymətinin daha aşağı səviyyədə götürülməsi və bəzi gəlir mənbələrinin minimallaşdırılmasıdır. Büdcənin baza ssenarisinə görə, 1 barel neftin orta illik ixrac qiyməti 65 ABŞ dolları, qazın Avropa bazarı üzrə qiyməti isə 1000 kubmetr üçün 440 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Palata qeyd edir ki, beynəlxalq maliyyə institutlarının proqnozları əsasən 60–65 dollar intervalında dəyişdiyindən, Fond ehtiyatlı yanaşma sərgiləyərək bu diapazonun…
Günel Mavlyarova PAŞA Bankın Marketinq Direktoru vəzifəsinə təyin olunub. GDP xəbər verir ki, Marketinq və kommunikasiya sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malik olan Mavliyarova bu təyinata qədər Kapital Bank ASC və onun ekosistemində müxtəlif strateji vəzifələrdə çalışıb. O, son olaraq Birbank ekosistemində Marketinq üzrə Müşavir (Ecosystem Marketing Adviser) kimi fəaliyyət göstərib. Bu rolda o, rəqəmsal məhsulların bazarda mövqeləndirilməsi, istifadəçi mərkəzli marketinq yanaşmalarının tətbiqi və ekosistem brendləri üzrə koordinasiyalı kommunikasiya strategiyalarının qurulması ilə məşğul olub. Günel Mavlyarova həmçinin Kapital Bankın Marketinq Ekspert Mərkəzinə (Marketing CoE) rəhbərlik edib. Onun rəhbərliyi ilə data əsaslı marketinq strategiyaları formalaşdırılıb, rəqəmsal satış kanallarında konversiya göstəriciləri 45 faizə…
Tramp Kuba bayrağının fonunda Kuba siqarını çəkərkən çəkilmiş şəklini yenidən paylaşıb.
2024–2025 müqayisəsinə əsasən, PAŞA Kapital İnvestisiya Şirkətinin ümumi əməliyyat həcmi 26,834,694,838 manatdan 44,719,984,119 manata yüksəlib. Bu, 17,885,289,281 manat artım və 66.64% böyümə deməkdir. Ümumi artımın əsas mənbəyi dövriyyənin daha çox repo və dövlət istiqrazları istiqamətinə yönəlməsi, yəni portfelin daha “likvid və nisbətən aşağı riskli” alətlərə doğru genişlənməsidir. PAŞA Kapital İnvestisiya Şirkətinin cəmi dövriyyəsində ən böyük artım repo əməliyyatlarında qeydə alınıb: bu ticarət aləti üzrə əməliyyat həcmi 17,331,632,818 manatdan 30,088,076,403 manata yüksələrək 12,756,443,585 manat və ya 73.60% artıb. Repo həcminin bu qədər yüksəlməsi adətən bazarda qısamüddətli likvidlik tələbinin artması, bazar iştirakçılarının müvəqqəti pul yerləşdirmə ehtiyacının güclənməsi və repo alətinin operativ maliyyələşmə/likvidlik…
2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin cəmi əməliyyatların həcminə əsaslanan reytinqi bazarda formalaşmış real bazar payı bölgüsünü aydın şəkildə əks etdirir. GDP Bakı Fond Birjasından verilən məlumata istinadla xəbər verir ki, 2025-ci ilun yanvar-dekabr ayları ərzində investisiya şirkətlərinin ümumi əməliyyat həcmi 105,69 milyard manat təşkil etmişdir. Reytinqə 44,72 milyard manatlıq əməliyyat həcmi və 42,31% bazar payı ilə PAŞA Kapital İnvestisiya Şirkəti QSC liderlik edir. Onu 38,39 milyard manat əməliyyat həcmi və 36,33% bazar payı ilə ABB İnvest İnvestisiya Şirkəti QSC izləyir ki, bu da bazarın böyük hissəsinin ilk iki iştirakçı arasında cəmləşdiyini göstərir. Üçüncü yerdə 6,67 milyard…
AzInTelecom-un Məhsul və Xidmətlər Şöbəsinin müdiri Tamerlan Məşədihəsənli bildirib ki, tərəfdaş qurumlar üçün mühüm yenilik qüvvəyə minir və artıq yalnız SİMA İmza inteqrasiyası ilə Mərkəzi Bankın “Məsafədən hesabların açılması Qaydası”nın bütün tələblərinə tam əməl etmək mümkün olacaq. GDP xəbər verir ki, onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən sözügedən qaydalara edilən dəyişikliklər 16 mart 2026-cı il tarixindən qüvvəyə minəcək. Yeni qaydalar çərçivəsində müştərilərə məsafədən xidmət göstərilməsi zamanı ilkin mərhələdə müştərinin eyniləşdirilməsi zəruri olacaq və bu proses risk əsaslı yanaşma nəzərə alınmaqla nəzarət subyektinin daxili qaydalarına uyğun aparılmalıdır. Tamerlan Məşədihəsənli qeyd edib ki, yeni tələblərə əsasən eyniləşdirmə şəkil, videoçəkiliş və ya videozəng vasitəsilə həyata keçirilə bilər və bu üsulların hamısı SİMA İmza və SİMA…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda təqdim olunan rəsmi məlumatlara əsasən, 2024-cü ildə qeyri-neft ixracının həcmi 3,4 milyard ABŞ dolları təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 3,6 milyard ABŞ dollarına yüksəlmişdir. Beləliklə, bir il ərzində qeyri-neft ixracında 0,2 milyard ABŞ dolları və ya 5,9 % artım qeydə alınmışdır ki, bu da qeyri-neft sektorunda ixrac potensialının genişləndiyini göstərir. Mərkəzin özünün yayımladığı rəsmi məlumatda isə naməlum səbəbdən bu artımın 8,5% olduğu qeyd olunub. Hesabat dövründə məhsulları üzrə ixrac da artan xətt üzrə inkişaf etmişdir. 2024-cü ilin yanvar–dekabr aylarında 1,03 milyard ABŞ dolları həcmində qeydə alınan yeyinti məhsulları ixracı 2025-ci…
PAŞA Bank -ın Marketinq Direktoru Zara İbrahimzadə bank daxilində yeni vəzifəyə təyin olunub. O, artıq PAŞA Bankın Baş Direktoruna müşavir vəzifəsini icra edir. GDP xəbər verir ki, Zara İbrahimzadə ötən üç il ərzində, 2023-cü ilin fevralından etibarən, PAŞA Bankın Marketinq Direktoru kimi fəaliyyət göstərib. Onun rəhbərliyi altında 50 nəfərdən ibarət marketinq ekosistemi bankın kommersial artımı, brend nüfuzu və müştəri məmnuniyyətinin artırılması üçün çalışıb. Onun bankdakı fəaliyyəti dəyərlərə əsaslanan qərarların qəbulu və ölçülə bilən biznes təsirinə yönəlmişdir. Böyük və zəngin təcrübəyə malik olan Zara İbrahimzadə, 2020-2023-cü illərdə ABB-də Marketinq Direktoru, 2016-2020-ci illərdə SOCAR Türkiyə-də Marketinq və Kommunikasiya Meneceri/Koordinatoru, 2015-2016-cı illərdə isə Akkuyu…
