Author: Aynure Gdp

Mövcud sürmə yolları isə əsaslı təmir olunmaqla yanaşı, 3 yeni sürmə yolu da inşa edildi. GDP xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov açıqlayıb. O bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportunda 17/35 uçuş-enmə zolağı əsaslı təmirdən sonra yenidən istifadəyə verildi. Bu ilin yanvarında başladığımız genişmiqyaslı yenidənqurma layihəsi çərçivəsində zolağın asfalt-beton örtüyü tamamilə yeniləndi, cihazlara enmə sistemi (ILS) ən son texnologiyalara uyğun şəkildə təkmilləşdirildi, drenaj sistemləri müasir standartlara cavab verəcək səviyyəyə gətirildi. Mövcud sürmə yolları isə əsaslı təmir olunmaqla yanaşı, 3 yeni sürmə yolu da inşa edildi.” Teymur Həsənovun sözlərinə görə,bu yenidənqurma prosesi, hava limanının infrastrukturunun müasirləşdirilməsi istiqamətində…

Read More

Azərbaycan Mərkəzi Bankının İnformasiya və Kiber Təhlükəsizlik departamentinə yeni direktor təyin edilib. Bu vəzifəyə Elnur Eyvazlı təyinat alıb. Departamentin fəaliyyətinin əsas məqsədi Mərkəzi Bankda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, maliyyə bazarları iştirakçılarının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə nəzarət tədbirləri ilə əhatə edilməsi, onların kibertəhlükəsizlik sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, informasiya təhlükəsizliyi üzrə davamlılığın təmin edilməsi, həmçinin informasiya təhlükəsizliyi üzrə risklərin vaxtında aşkarlanaraq qarşısının alınmasından ibarətdir. Elnur Eyvazlı 2023-cü ilin oktyabrından 2024-cü ilin sentyabr ayına qədər “Kapital Bank”da kibermüdafiə rəhbəri kimi çalışıb. O, 2020-2022-ci illərdə Prosol Şirkətinin Kiber Araşdırma şöbəsinin rəhbəri olub. Mənbə: Banker

Read More

Azərbaycan Mərkəzi Bankı “Avto-icbari sığorta üzrə şikayət indeksi, Sentyabr 2023 – Avqust 2024” hesabatını açıqlayıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr 2023 – avqust 2024 dövrünü əhatə edən hesablamaya əsasən, “Bakı Sığorta” ASC 2.92, “Xalq Sığorta” ASC 2.33 və “Paşa Sığorta” ASC 1.24 göstərici ilə yuxarı şikayət indeksində yer alıb. Aşağı şikayət indeksində isə “AtaSığorta” ASC (0.97), “Atəşgah Sığorta” ASC (0.80), “Meqa Sığorta” ASC (0.77), “Azərbaycan Sənaye Sığorta” ASC (0.46) və “Qala Sığorta” ASC (0.42) qərarlaşıb.Qeyd edək ki, orta şikayət indeksində heç bir sığorta şirkəti yer almayıb. Bu indeks, müştərilərin sığorta şirkətlərindən məmnuniyyət səviyyəsini əks etdirir və hesablama…

Read More

Şirkət regionda rəqəmsal reklam bazarının böyüməsini əhəmiyyətli dərəcədə artırmağı və yerli reklamverənlərə beynəlxalq marketinq təcrübəsi gətirməyi hədəfləyir.Qlobal rəqəmsal mütəxəssislər və texnoloji həllər şəbəkəsi olan Aleph Bakıda yerli nümayəndəlik açaraq Azərbaycan bazarına daxil olduğunu elan edib. Bu, Azərbaycandan olan reklamverənlər, qlobal brendlərlə və Azərbaycan auditoriyası arasında daha da sıx əlaqəni təmin edir. Aleph dünyada Amazon, Meta, Spotify, TikTok, X (keçmiş Twitter) və digər aparıcı media platformalarında reklam imkanlarını təklif edir və Azərbaycandan olan şirkətlər, kiçik və orta bizneslər üçün qlobal reklam imkanlarını genişləndirmək üzərində çalışır. Aleph Group-in qlobal yanaşması sayəsində reklamçılar rəqəmsal reklam sahəsində Aleph-in qabaqcıl qlobal təcrübəsindən yararlanaraq rəqəmsal marketinq…

Read More

Samsung Electronics bəzi bölmələrdə 30%-ə yaxın xaricdəki işçisini ixtisar etməyi planlaşdırır.GDP xəbər verir mənbələrdən biri bildirib ki, plan bu ilin sonuna kimi həyata keçiriləcək və Amerika, Avropa, Asiya və Afrikadakı iş yerlərinə təsir edəcək.Məsələ ilə bağlı məlumatlı olan digər altı nəfər də Samsung-un qlobal işçi qüvvəsini ixtisar etməyi planlaşdırdığını təsdiqləyib.

Read More

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin bəzi bölmələri üzrə xərclər müvafiq dövrün proqnozundan əhəmiyyətli dərəcədə kənarlaşıb. GDP xəbər verir ki, bu barədə Hesablama Palatasının büdcənin parametrlərinin təhlili barədə yaydığı məlumatda bildirilir. Bildirilir ki, bunlar ümumi dövlət xidmətləri, Müdafiə və milli təhlükəsizlik, Təhsil, Sosial müdafiə və sosial təminat, Mənzil və kommunal təsərrüfatı, Əsas bölmələrə aid edilməyən xidmətlərdir. Dövr ərzində dövlət əsaslı vəsait qoyuluşu xərcləri cari ilin ötən dövründə 937,3 milyon manat və yaxud ilkin təsdiq edilmiş illik məbləğin 37,8 %-i, yenidən baxılmış məbləğin isə 28,8 %-i qədər icra edilib. Baxılan dövr ərzində 24 sifarişçi təşkilat üzrə 144 layihə üçün nəzərdə…

Read More