Author: Aynure Gdp

ABB-nin səhmlərini Sərbəst Pul Hərəkəti (FCFE) modelindən istifadə edərək qiymətləndirsək ABB-nin 1-ci dərəcəli kapital əmsalının 4 illik əsasda orta hesabla 30%-ə qədər yaxşılaşacağı gözləniləndir. Bunu ABB səhmlərinin gəlirliyini GDP üçün dəyərləndirən Maliyyə Bazarları və Törəmə alətlər üzrə treyder Orxan Rüstəmov dəyərləndirib. O bildirib: Əlavə olaraq, 2024-cü ilin 1-ci yarısına 24% olan ABB səhmlərinin gəlirliliyinin (ROE) növbəti 5 il ərzində 15%-ə qədər azalacağı proqnozlaşdırılır. Mən riski ölçülmüş aktivlərin Azərbaycanın ÜDM-in artım tempinə uyğun olaraq artacağını gözləyirəm. Peşəkar treyderin sözlərinə görə,Kapitala Sərbəst Pul Axınının cari dəyəri və terminal dəyəri 15% kapital dəyəri ilə diskontlaşdırılır. Orxan Rüstəmov əlavə edib ki, bundan əlavə, Merton…

Read More

Mərkəzi Bank “SF Azerbaijan” BOKT MMC-nin (Manato brendi) vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxsi 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir. Qeyd edək ki, 2022-ci ilin sonuna olan məlumata görə, 2021-ci ildə yaradılmış “SF Azerbaijan” BOKT MMC-nin 100% payçısı “AS SUN FINANCE CENTRAL ASIA” olub. Təşkilat Manato.az ilə sürətli, rahat və…

Read More

Mərkəzi Bankın İdarə Heyətinin 17 iyul 2024-cü il tarixli Qərarı ilə “Qoldenpey” ASC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub. GDP xəbər verir ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Read More

Bağçılığın inkişafı layihəsi üzrə güzəştli kredit ayrılıb. GDP xəbər verir ki, Sahibkar Reyhan Qarayeva bağçılığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (SİF) 30 min manat güzəştli kredit əldə edib. SİF-in məlumatına əsasən, layihənin maliyyələşdirilməsi “TuranBank” ASC vasitəsilə həyata keçirilib.

Read More

Ötən gün memar Elçin Əliyev Bakı metrosunun “20 Yanvar” stansiyasının yeraltı keçidlərinin kiçik mağazalar tərəfindən zəbt olunmasından şikayətlənib. O bu barədə feysbuk hesabında paylaşım edib. Onun sözlərinə görə, yanğın və ya fəlakət olarsa, çoxsaylı quraşdırılmış pavilyonlar insanların hərəkətinə imkan verməyəcək, dəhşətli bir əzilmə olacaq, insanlar həlak olacaq – yeraltı qəzadan yox, vaxtında stansiyanı tərk edə bilməməkdən. Bu gün səhər saatlarından isə “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, 20 Yanvar və Cəfər…

Read More

Türkiyə İstanbulda İraq, Qətər və BƏƏ-nin nəqliyyat nazirlərini qəbul edərək Fars körfəzini Avropa ilə birləşdirən 20 milyard dollarlıq ticarət yolunun tikintisini müzakirə edəcək GDP xəbər verir ki, Ərdoğan Fars körfəzindəki İraqın Fau limanından Türkiyə ilə şimal sərhədinə və İstanbulda Boğaziçi dəmir yolu xəttinə qədər dəmir yolu və avtomobil yolu şəbəkəsinin tikintisi üçün BƏƏ və Qətərdən maliyyə axtarır.

Read More

Çoxlu sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur. GDP xəbər verir ki, sərnişinlərin çoxluğu “Azərbaycan Hava Yolları” aviaşirkətinin üzərinə ciddi əlavə yük yaradıb. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür. AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600 nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib. Hazırda Naxçıvan Beynəlxalq Hava…

Read More

Avqustun 29-da Özbəkistan Respublikasının Termez şəhərində “Termez” Beynəlxalq Ticarət Mərkəzinin rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, tədbir çərçivəsində Ş.Mustafayev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşüb. GDP xəbər verir ki, görüşdə bildirilib ki, Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq münasibətləri bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.Vurğulandı ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması iki ölkə arasında əlaqələrdə yeni səhifə açaraq, onları…

Read More

PAŞA Holdinq Daşkənddə “The Ritz-Carlton Hotel” layihəsinin icrasına başlayıb. GDP xəbər verir ki,holdinqin rəhbəri Mir Camal Paşayev bu günlərdə bununla bağlı Özbəkistana səfər edib. Məlumata görə bu günlərdə PAŞA Holdinq ilə Marriott International, Inc. arasında PAŞA Holdinqin Özbəkistandakı ilk layihəsi ilə bağlı müqavilə imzalanıb. Paytaxt Daşkənddə yerləşəcək “Ritz-Carlton” ölkənin ilk ultra-lüks oteli olacaq. Otelin 30 mərtəbədən çox, 140 otaq və üç fərqli restorandan ibarət binada yerləşməsi planlaşdırılır. Layihənin növbəti mərhələsində eyni ərazidə yaşayış mənzillərinin və ticarət sahələrinin tikintisini əhatə edəcəyi gözlənilir.

Read More

Azersun Holding-ə yaxın olan Azərbaycan Sənaye Bankının İdarə Heyətinə yeni üzvlər təyin edilib. Məlumata əsasən, bununla bağlı Səhmdarların Ümumi Yığıncağında qərar qəbul edilib. Beləliklə, İlker Hepçorman Nusret və Uğur Mahmudov Vaqif oğlu İdarə Heyətinin üzvləri seçiliblər. Bununla da, ASB Bankın İdarə Heyəti bir sədr və 4 üzvdən ibarət olacaq. Mənbə: Banker

Read More