Author: Aynure Gdp

Buffetin investisiya şirkəti Berkshire Hathaway-in kapitallaşması 1 trilyon dollara yaxınlaşıb GDP xəbər verir ki, amerikalı milyarder Uorren Baffetin investisiya şirkəti Berkshire Hathaway Inc-in kapitallaşması. 1 trilyon dollara yaxınlaşıb. Berkshire-ın bazar dəyəri ilin əvvəlindən 218 milyard dollar artaraq 993 milyard dollar olub. Şirkətin bu il A kateqoriyalı səhmlərinin qiyməti 27,4%, B kateqoriyalı səhmlərinin qiyməti isə 29,2% bahalaşıb. Market Watch qeyd edir ki, Berkshire dünyada kapitallaşması indiyə qədər 1 trilyon dollara çatan doqquzuncu şirkət ola bilər.

Read More

Son dövrlər Azərbaycanın valyuta bazarında dollar satışına məhdudiyyətlərin tətbiqi ilə bağlı məsələlər daim olaraq gündəmdədir. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev müsahibəsində vəziyyətə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik. – Son günlərdə ölkədə dollara tələbin artması səbəbindən bankların əksəriyyətində dollar satışında məhdudiyyətlərin olması ilə bağlı məlumatlara rast gəlinir. Bununla bağlı real vəziyyəti necədir? Həqiqətənmi, Mərkəzi Bank banklara dollar satışını dayandırıb? – İlk növbədə Mərkəzi Banka müraciət ünvanladığınız üçün təşəkkür edirik. AMB tərəfindən banklara dollar satışının dayandırılması, ümumilikdə dollar satışında məhdudiyyətlərin mövcudluğu kimi hallarla bağlı son günlərdə yayımlanan xəbərlər reallığı əks etdirmir. Bu növ…

Read More

Vergi Məcəlləsinə cari ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin (təchizatçının) işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, bu məqsədlər üçün həmin vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etmək isə vergi ödəyicilərinin hüquqlarına aid edilmişdir. Azərbaycan respublikasının Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 365 nömrəli Qərarı ilə yuxarıda qeyd edilən məqsədlər…

Read More

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. GDP xəbər verir ki,Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.89 ABŞ dolları və ya 3.6% artaraq 83.76 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Read More

Amerika fond indeksləri çərşənbə axşamı Nvidia-nın ikinci rüb hesabatı və Amerika iqtisadiyyatı ilə bağlı statistik məlumatlar ərəfəsində ticarəti zəif bağladı. GDP xəbər verir ki, Nvidia Corp. rüblük mənfəəti açıqlayacaq və FactSet tərəfindən sorğulanan analitiklər 28,74 milyard dollar gəlirlə səhm başına 65 sent qazanc proqnozlaşdırdılar. Dow Jones indeksi 0,02% artaraq 41 250,5 bənd təşkil edərək, bütün zamanların ən yüksək səviyyəsini müəyyənləşdirdi. Göstəricidə artım liderləri 1,2% bahalaşan Nike Inc-in, Amazon.com Inc-in səhmləri olub. 1,4% ucuzlaşıb. S&P 500 dəyəri 0,16% artaraq 5625,8 bənd olub. Nasdaq da 0,16% artaraq 17 754,82-yə yüksəlib.

Read More

Bu günün valyuta məzənnələri açıqlanıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü il avqustun 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsi 0.0499 manat, Avro 1.8972 manata kimi ucuzlaşıb, Rusiya rublu 0.0186 manata kimi bahalaşıb.

Read More

Türkiyə “Pentaqonu”nun tikintisi 2025-ci ildə başa çatacaq. GDP xəbər verir ki, Türkiyənin “Pentaqonu” kimi tanınan Türkiyə hərbi-inzibati kompleksinin tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Aypara formalı binanın təməli 2021-ci ildə prezident Ərdoğan tərəfindən qoyulub. Türkiyənin Daily Sabah qəzetinin məlumatına görə, yeni kompleks Amerika Pentaqonundan bir yarım dəfə böyük olacaq. Binada Müdafiə Nazirliyi, Baş Qərargah və Türkiyə Silahlı Qüvvələrinin bütün bölmələri yerləşəcək.

Read More

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevə yeni müşavir təyin olunub. GDP -nin əldə etdiyi məlumata görə Fərid Osmanov Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə müşavir təyin edilib. Qeyd edək ki, Fərid Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib. O həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb. 2005-ci ildən Azərbaycan Respublikası Milli Bankının İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.…

Read More

Prezident İlham Əliyev Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. GDP xəbər verir ki, Fərmanda deyilir: “1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) yaradılsın. 2. Müəyyən edilsin ki: 2.1. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi…

Read More

Hazırda dünyada 1 milyon dollardan çox kripto aktiv sahibi olan 172,300 şəxs var. GDP xəbər verir ki, bu barədə New World Wealth və Henley & Partners-ın hesabatında məlumat verilib. Bildirilir ki,kripto aktivə malik olan milyonçular arasında yalnız bitkoinə sahib olan milyonçularının sayı iki dəfədən çox artaraq 85 400-ə çatıb.

Read More