- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
“PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti (ASC) növbəti ümumi yığıncağını 29 yanvar 2026-cı il tarixində, saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçirməyi planlaşdırır. GDP xəbər verir ki, yığıncaqda müzakirəyə çıxarılacaq məsələlərdən biri, “PAŞA Bank”ın səhmdarlarının ümumi yığıncağının səlahiyyətinə aid olan müvafiq məsələlər olacaqdır. Məlumata görə, səhmdarlara, yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərə dair materiallarla tanış olmaq imkanı veriləcək. Bu məqsədlə, səhmdarlar Bankın Baş ofisində və eyni zamanda elektron qaydada müvafiq materiallara müraciət edə bilərlər. Yığıncaq barədə əlavə məlumatlar və sənədlər, səhmdarların üzv olduğu telekommunikasiya vasitələri ilə təqdim olunacaqdır.
ABB İnvest İnvestisiya Şirkətinin 2024 və 2025-ci illərin yanvar-noyabr dövrlərini əhatə edən müqayisəli təhlili, şirkətin broker kimi fəaliyyətində əhəmiyyətli strategik dəyişikliklər və bazar şəraitinə uyğun adaptasiya olduğunu aşkar edir. Ümumi görünüş, riskli aktivlərdən daha təhlükəsiz və sabit gəlirli alətlərə doğru qətilə şəkildə ABB İnvest İnvestisiya Şirkətinin 2025-ci ilin yanvar noyabr ayları ərzində 2024-cü ilin yanvar -noyabr aylarında həyata keçirdiyi fəaliyyətinə nisbətdə fəaliyyət modelində əsaslı dəyişiklik müşahidə olunur. 2024-cü illə müqayisədə dövlət istiqrazları üzrə həcm tam 3,45 milyard manat və ya 336.63% artaraq 4,48 milyard manat səviyyəsinə yüksəlib. Bu, broker şirkətinin müştəri portfellərini idarə edərkən əsas diqqəti dövlət istiqrazları kimi təhlükəsiz aktivlərə yönəltməsi…
İnnovasiya lideri Bakcell Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Media savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşı olub. Bakcell innovasiya tərəfdaşı kimi etibarlı informasiya mühitinin formalaşdırılması, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi və cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunması üzrə müəyyən edilmiş əsas prioritetlərin həyata keçirilməsinə dəstək göstərib. Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildən etibarən hər il dekabr ayında təşkil olunan “Media Savadlılığı” həftəsi çərçivəsində indiyədək 50-dən çox təlim və tədbir həyata keçirilib, ümumilikdə 3000-dən artıq iştirakçı media savadlılığı üzrə maarifləndirici proqramlarda iştirak edib. Qeyd edək ki, cari ildə həftə 15–22 dekabr tarixlərini əhatə edib və gənclər üçün xarici ekspertlərin iştirakı ilə…
Yelo Bank Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı 13 yanvar 2026-cı il tarixində saat 11:00-da keçiriləcək. GDP xəbər verir ki, yığıncaq Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında baş tutacaq. İclasın gündəliyinə cari və təşkilati məsələlərə baxılması, həmçinin bankın Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Nizamnamənin yeni redaksiyada təsdiq olunması daxildir. Yığıncaqda iştirak etmək üçün səhmdarlar şəxsiyyət vəsiqəsini və müvafiq səlahiyyətləri təsdiq edən sənədləri təqdim etməlidirlər. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisi ilə əlaqə saxlayaraq tanış ola bilərlər.
“Azərbaycan Dəmir Yolları” QSC “Bakı Fond Birjası” QSC-də (BFB) 30 milyon ABŞ dolları dəyərində istiqraz yerləşdirməyə hazırlaşır. GDP xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 7 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb. İstiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsait 7 ədəd magistral lokomotivin alınmasına…
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” bu gün imzaladığı Sərəncam 76 min aztəminatlı ailəni əhatə edəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Sənədə əsasən, bu məqsədlə 15,3 milyon manat vəsait ayrılıb. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335200 nəfər ailə üzvü) əhatə edəcək və birdəfəlik maddi yardım bayram ərəfəsində onların maddi təminatına dəstək olacaq.…
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. GDP xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Britaniya Apple və Google şirkətlərini telefonlarda çılpaq şəkillərin bloklanması sistemləri quraşdırmağa təşviq etmək istəyir.
2025-ci ilin 16-20 dekabr həftəsində Azerilight markalı Azərbaycan neftinin qiymətində valotillik müşahidə olunub. GDP xəbər verir ki, həftənin ilk günü (16 dekabr) Azərbaycan neftinin qiyməti 63.73 ABŞ dolları olmuş, növbəti gün isə 62.45 dollara enib. Ardınca, 18 dekabrda qiymət yenidən artaraq 63.40 dollar, 19 dekabrda isə 63.87 dollar olub. Həftənin sonunda (20 dekabr) qiymət 64.25 dollara yüksəlib. Beləliklə, həftə ərzində ən aşağı qiymət 62.45 dollar, ən yüksək qiymət isə 64.25 dollar olub. Bu dövr ərzində qiymətlər ümumilikdə 0.52 dollar və ya 0.82% artıb. Beləliklə ,”Azerilight” neftinin 16-20 dekabr tarixləri arasında qiyməti ümumilikdə yüksəlmiş və orta qiymət 63.54 dollar olaraq formalaşıb.
2025-ci ilin yanvar-oktyabr ayları ilə 2024-cü ilin yanvar-oktyabr ayları arasında qeyri-neft-qaz məhsullarının ixracı ilə bağlı göstəricilərin müqayisəsi göstərir ki, ixracın həcmi qiymət artımı səbəbindən artsa da, məhsulların fiziki həcmi (real ifadə) azalmağa davam edib. Belə ki, Dövlət Statistika Komitəsinin yayımladığı məlumata görə, 2025-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2987,8 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 180,3 milyon dollar və ya 6,6% artım deməkdir. Lakin, bu artım qiymət artımından irəli gəlir və ixrac edilən məhsulların fiziki miqdarında azalma müşahidə olunub. 2025-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı faktiki qiymətlərlə 6,6% artıb. Bu, qiymətlərin yüksəlməsi ilə…
