- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
®Bakcell şirkətinin baş icraçı direktoru Klaus Müller 14 aprel 2026-cı il tarixində tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib. Klaus Müllerin rəhbərliyi dövründə Bakcell strateji inkişaf mərhələsinə daxil olub, süni intellekt əsaslı həllərin tətbiqi genişlənib, innovativ məhsul və xidmətlər təqdim edilib, şirkətin rebrendinqi həyata keçirilib, xidmət portfeli genişləndirilib və abunəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. “Üç ildən artıq müddət ərzində komanda ilə birlikdə xüsusilə süni intellekt əsaslı xidmətlərin inkişafı istiqamətində önəmli nəticələr əldə etdik. Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə abunəçilərimizə yeni məhsul və imkanlar təqdim etdik. Bakcell komandasının…
Şikayət indeksinə əsasən bankların bağlanması düzgün yanaşma deyil və bu, absurddur. GDP xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, şikayət indeksi müştəri hüquqları ilə bağlı göstəricidir və bankın fəaliyyətinin dayandırılması üçün əsas hesab edilə bilməz. “Bankların bağlanması məsələsinə isə prudensial nəzarət çərçivəsində baxılır. Bu zaman bankın kapital adekvatlığı, kredit portfelində gecikmələr və digər maliyyə göstəriciləri əsas götürülür”, – o vurğulayıb. Şahin Mahmudzadə qeyd edib ki, yalnız şikayət indeksinin yüksək olması səbəbindən bankın bağlanması bazarda əsassız ajiotaj yarada və əlavə problemlərə səbəb ola bilər
“Son il ərzində investisiya şirkətlərinin balans göstəricilərində azalma müşahidə olunmuşdur. 2024-cü ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 34% (61 mln. manat) azalaraq 121 mln. manat, öhdəlikləri isə 50% (64 mln. manat) azalaraq 64 mln. manat təşkil etmişdir. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki azalmanı şərtləndirən əsas amil yüklü maliyyə aktivlərinin (repo/əks-repo əməliyyatları) həcminin azalması olmuşdur.” GDP xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin sonuna olan məlumatlar əsasında hazırlanmış Maliyyə Sabitliyi Hesabatında bildirilir. Qeyd edilib ki, il ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənməkdə davam etmişdir. 2025-ci il ərzində investisiya şirkətlərinin müştəri aktivləri 35% (668 mln. manat) artaraq il sonuna…
Azərbaycanın təbii qaz ixracı ilin birinci rübündə illik müqayisədə 8.3% artıb, Energetika Nazirliyinin məlumatları göstərir, baxmayaraq ki, Avropaya satılan qazın həcmi dəyişməz qalıb. Ölkə yanvar-mart aylarında 6.5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da bir il əvvəlki 6 milyard kubmetrlə müqayisədə çoxdur. Azərbaycan bu il qitədə daha çox ölkəyə qaz təchizatına başlasa da, Avropaya ixrac 3 milyard kubmetr səviyyəsində dəyişməz qalıb. Azərbaycan həmin dövrdə Türkiyəyə 2.4 milyard kubmetr qaz göndərib (bir il əvvəl 2.3 milyard kubmetr), qonşu Gürcüstana ixrac isə 0.7 milyard kubmetrdən 0.8 milyard kubmetrə yüksəlib. Xəzər dənizi ölkəsi 2026-cı ilin ilk üç ayında həmçinin Suriyaya 0.3…
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və TuranBank ASC arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev və EMTA-nın İdarə Heyəti sədrinin müavini Rövşən İsmayılov imzalayıblar. Müqavilənin əsas məqsədi bankla əməkdaşlıq vasitəsilə Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi və bu istiqamətdə güzəştli kreditlərin verilməsini təmin etməkdir. Rövşən İsmayılov Fond barədə məlumat verərək, enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin müasir dövrdə əhəmiyyətini qeyd edib. Ölkənin aparıcı bankları ilə əməkdaşlıq müqavilələrinin imzalandığını diqqətə çatdıraraq o, bu çərçivədə əməkdaşlığın gələcək perspektiv imkanlarını vurğulayıb.…
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi”ni təsdiqləyib. GDP xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov qərar imzalayıb. Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir: – “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,25 %-i; – “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin…
Bu il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları təşkil edib. GDP bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 7,5 % azdır.
Dünya bazarının son maliyyə göstəricilərinə əsasən, kriptovalyuta bazarında düşüş müşahidə olunur. Bitcoin-in ABŞ dollarına nisbətdə qiyməti 70 936 dollar səviyyəsindədir və 679 dollar azalaraq mənfi tendensiya göstərir. Valyuta bazarında isə ABŞ dollar indeksi bir qədər güclənib: indeks 99,02 bəndində qərarlaşıb və 0,37 bənd artıb. Səhm bazarları əsasən eniş yaşayır. Şanxay indeksi 3979,26-a enərək 6,96 bənd, Honq Konq fyuçersləri 25 597,5-ə geriləyərək 366,5 bənd, Yaponiya Nikkei 225 fyuçersləri isə 56 400-ə düşərək 1072,5 bənd itirib. Avropa Euro Stoxx 50 fyuçersləri isə fərqlənir – bu indeks 5876-a yüksələrək 56 bənd artıb. ABŞ S&P 500 fyuçersləri isə 6804,00 səviyyəsinə enərək 51,25 bənd azalıb.…
Dünyanın ən zəngin sahibkarlarından biri, “X” platformasının (keçmiş Twitter) rəhbəri İlon Mask aprelin 17-də yeni messencer “XChat”ı təqdim edəcəyini açıqlayıb. Artıq bəzi dairələrdə bu tətbiq “Telegramın qatili” olaraq adlandırılır. Yeni messencer istifadəçilərə qrup çatları, audio və video zənglər, səsli mesajlar, fayl mübadiləsi, həmçinin yazışmaların uçdan-uca şifrələnməsi (end-to-end encryption) imkanı təqdim edəcək. Bundan başqa, istifadəçilər göndərdikləri mesajları redaktə edə və silə biləcəklər. “XChat” ilk olaraq iPhone istifadəçiləri üçün əlçatan olacaq. Android versiyasının isə bir müddət sonra buraxılması gözlənilir. Maskın bu addımı hazırda milyonlarla istifadəçisi olan Telegram və digər messencerlərlə birbaşa rəqabətə girəcəyini göstərir.
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərində qələbəsi münasibətilə telefonla Tisza partiyasının lideri Peter Madyarı təbrik edib. GDP xəbər verir ki, Madyar bunu öz “Facebook” səhifəsində yazıb. “Baş nazir Viktor Orban zəng edib bizi qələbəmiz münasibətilə təbrik etdi”, -deyə Tisza partiyasının lideri yazıb.
