Şikayət indeksinə əsasən bankların bağlanması düzgün yanaşma deyil və bu, absurddur.
GDP xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, şikayət indeksi müştəri hüquqları ilə bağlı göstəricidir və bankın fəaliyyətinin dayandırılması üçün əsas hesab edilə bilməz.
“Bankların bağlanması məsələsinə isə prudensial nəzarət çərçivəsində baxılır. Bu zaman bankın kapital adekvatlığı, kredit portfelində gecikmələr və digər maliyyə göstəriciləri əsas götürülür”, – o vurğulayıb.
Şahin Mahmudzadə qeyd edib ki, yalnız şikayət indeksinin yüksək olması səbəbindən bankın bağlanması bazarda əsassız ajiotaj yarada və əlavə problemlərə səbəb ola bilər

