Author: Aynure Gdp

ABŞ sanksiyalarına baxmayaraq, Nvidia bu il Çində 12 milyard dollar qazanacaq. GDP xəbər verir ki,Nvidia-nın uğurunun sirri sadədir – ABŞ hökuməti Çinə müəyyən spesifikasiyalara malik süni intellekt çiplərinin tədarükünə qadağa qoyanda, Nvidia sadəcə olaraq məhdudiyyətlər altına düşməyən yeni çiplər hazırladı və yaxın vaxtlarda artıq 1 milyon çip üçün əvvəlcədən sifarişlər aldı.

Read More

Qızılın qiyməti ABŞ-ın əsas iqtisadi məlumatlarını üstələyib. GDP xəbər verir ki,treyderlər Federal Ehtiyat Sisteminin faiz azaltma gözləntilərini gücləndirmək üçün ABŞ-ın qarşıdan gələn iqtisadi məlumatlarına diqqət yetirdikləri üçün qızıl çərşənbə axşamı ardıcıl dörd sessiyada ucuzlaşdıqdan sonra unsiya üçün 2400 dollara yaxın sabitləşib. Bu yaxınlarda ABŞ-da əsas inflyasiya iyun ayında gözləniləndən çox azalaraq 3%-ə düşüb, bu, son bir ilin ən aşağı səviyyəsidir, əsas inflyasiya isə 3,3%-ə düşüb, bu da son üç ildə ən aşağı göstəricidir. Bu, FED-in sentyabr ayından etibarən faiz dərəcələrini azaltmağa başlaya biləcəyi gözləntilərini gücləndirdi, treyderlər indi bu etimalı 94% həcmində qiymətləndirir. Bu arada, investorlar prezident Co Baydenin yenidən seçilmə…

Read More

Növbəti ilin yanvarında minimum əməkhaqqı artırıla bilər. Bununla bağlı təkliflər hazırlanır. GDP xəbər verir ki, bu barədə VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Xezerxeber”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, son günlər minimum əməkhaqqının nə zaman artması ilə bağlı xeyli suallar var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və bu təkliflər noyabrın birinə qədər təqdim olunacaq. Minimum əməkhaqqının artması isə 700 mindən artıq vətəndaşı əhatə edəcək.

Read More

Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.GDP xəbər verir ki, əcnəbilərin “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza alması üçün tələb olunan məlumatların siyahısında dəyişiklik edilib. Beləliklə, artıq əcnəbilərdən sistemə Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumat daxil etməsi tələb olunmayacaq

Read More

2024-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) Azərbaycanın sığorta şirkətləri tərəfindən 725 milyon 162 min manat sığorta haqları hesablanıb, 356 milyon 633 min manat sığorta ödənişləri həyata keçirilib. GDP xəbər verir ki, 2023-cü ilin eyni ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanın 20 sığorta şirkətindən 6-nin sığorta haqları azalıb.Yığımları ən çox artan Meqa Həyat Sığorta Şirkəti 2.2 dəfə və 58%-lə “Atəşgah Sığorta Şirkəti” və ən çox azalan isə -53%-lə “Bakı Sığorta” şirkətidir.

Read More

Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.GDP xəbər verir ki, iclasda Şuranın üzvləri tərəfindən irəli sürülən təkliflər və ölkə sahibkarlarının qarşısında duran çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.Görüş zamanı sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə resurslarına çıxış potensialının artırılması məsələləri müzakirə olunub. Həmçinin regionlarda maliyyə inklüzivliyinin gücləndirilməsi və maliyyə məlumatlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərin vacibliyi diqqətə çatdırılıb.

Read More

Nazirlər Kabineti “Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi”ni təsdiq edib. GDP xəbər verir ki, bununla bağıı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Səhiyyə Nazirliyi Dərman vasitələrinin təqib və izləmə sisteminin iştirakçılarının həmin sistemə çıxışını təmin etməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq, sistemin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməli; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq…

Read More