Author: Aynure Gdp

Mərkəzi Bank tərəfindən mətbuat nümayəndələri üçün növbəti təlimlər 19 iyul tarixində keçirilib. GDP xəbər verir ki, Mərkəzi Bankın nümayəndələri tərəfindən təqdimat formasında təşkil olunan bu təlimlərdə “Pul siyasətinin transmissiyası” və “Xüsusi tənzimləmə rejimi” mövzuları əhatə olunub. “Pul siyasətinin transmissiyası” mövzusuna dair təqdimatda pul siyasətinin ötürücülüyünün mahiyyəti, pul siyasətinin hədəfləri və alətləri, Azərbaycanda pul siyasətinin transmissiyasının faiz kanalının gücləndirilməsi istiqamətində görülən tədbirlər və bu tədbirlərin nəticələri və s. kimi mühüm məqamlara dair məlumatlar səsləndirilib. Qeyd olunub ki, ölkədə banklararası pul bazarının aktivləşməsi, pul bazarı üzrə bençmark faiz indekslərinin formalaşması, bu indekslərin faiz dəhlizi daxilində idarə edilməsi faiz ötürücülüyünün gücləndirilməsi istiqamətində əldə…

Read More

Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) Sahibsoy Tural Sahib oğlunun, eləcə də Məmmədov Tərlan Vidadi oğlunun və Rüstəmov Musa Vəli oğlunun sığorta agenti lisenziyalarını ləğv edib. Məlumata görə, bu qərar iyulun 8-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyalar, 1-ci halda könüllü müraciət əsasında, digərlərində isə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yaranmasının nəzərə alınaraq ləğv olunub.

Read More

“Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir və biz bu hədəfə doğru irəliləyirik”. GDP xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. “2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz nəql ediləcək. Ümumi həcm isə 21 milyard kubmetr olacaq. 2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resurslar Avropaya mövcud nəqliyyat şəbəkəsi – Cənub Qaz Dəhlizi, həm də onun interkonnektorları vasitəsilə çatdırılacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

Read More

Qızılın qiyməti kəskin ucuzlasıb. GDP xəbər verir ki, bəzi analitiklər bu həftənin əvvəlində tarixi maksimuma çatdıqdan sonra məntiqi bir geri çəkilməni mümkün hesab edirlər. Comex birjasında avqust qızıl fyuçerslərinin kotirovkaları cümə günü hərracda 2,1% azalaraq unsiyası 2405,6 dollara düşüb. Qızılın ucuzlaşması kəskin görünsə də, bu, əsasən Qərb investorlarının fərziyyələri ilə idarə olunan bazar üçün olduqca tipik bir davranışdır. eksperlər hesab eder ki, Şanxayda güclü qiymət endirimləri başlayıb və bu, bəlkə də dünyada, xüsusən də bir nömrəli qiymətli metalın istehlakçısı olan Çində zərgərlik və pərakəndə investisiyalara tələbin azalma dinamikasının artması ilə bağlı narahatlığı göstərir. Bununla yanaşı qızılın qiymətindəki azalma, istiqraz və…

Read More

ABB-nin Londonda təqdim olunan nüfuzlu Euromoney Mükafatına – “Ölkənin Ən Yaxşı Bankı” adına layiq görüldüyünü elan etməkdən qürur duyuruq. GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib: “Son illərdə Euromoney Azərbaycanda heç bir bankı mükafatlandırmayıb və bu amil bu mükafatı daha da əhəmiyyətli edib” Abbas İbrahimov qeyd edib: “2023-cü ilin noyabrında “The Banker” tərəfindən verilən mükafatdan sonra bu şərəf bizim innovasiyalara və müştəri məmnuniyyətinə sadiqliyimizi vurğulayır.Zəhmət və ehtiras üçün komandamıza xüsusi təşəkkür edirik. Biz birlikdə bank sektorunda yeni standartlar müəyyən edirik”

Read More

Tramp ABŞ-da enerji xərclərini azaltmağa və neft hasilatını artırmağa söz verib. GDP xəbər verir ki, prezidentliyə namizəd Donald Tramp seçki kampaniyası zamanı ABŞ-da enerji xərclərini azaltmağa və neft hasilatını artırmağa söz verib. O, bu sözləri Bloomberg Businessweek-ə müsahibəsində deyib. Sabiq prezidentin sözlərinə görə, ABŞ-da neft hasilatını artırmaq üçün ləğv edilməli olan bir neçə qaydalar var. Bu, həm də potensial olaraq enerji xərclərini azalda bilər, çünki ölkədə bütün lazımi resurslar var. Donald Tramp əmindir ki, ABŞ dünyanın hər hansı digər ölkəsindən daha böyük enerji ehtiyatlarına malikdir. O hesab edir ki, günəş və külək elektrik stansiyaları çox baha olduğu üçün səmərəsizdir. Ona…

Read More

Neftin qiymətinin azalması bir qədər sürətləndi.GDP xəbər verir ki, Lndonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri Bakı vaxtı ilə saat 17:14-ə olan məlumata görə, bir barel üçün 0,45 dollar və ya 0,53% ucuzlaşaraq 84,63 dollar olub.Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin qiyməti bu dəfə 0,36 dollar və ya 0,43% ucuzlaşaraq 82,49 dollar/barelə bərabər olub.

Read More

Azərbaycan “yaşıl enerji”nin tədarükü, “yaşıl hidrogen” istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. GDP xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə bildirilib. Görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir. Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl keçid”in dəstəklənməsində önəmi vurğulanıb. Nazirlər həmçinin…

Read More

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı ilə Düşənbə arasında reyslər üçün aviabiletlərin satışına start verib. GDP xəbər verir ki, Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə ilk uçuş sentyabrın 17-nə planlaşdırılıb. AZAL Bakı-Düşənbə-Bakı marşrutu üzrə uçuşları həftədə iki dəfə – çərşənbə axşamları və cümə günləri həyata keçirəcək.

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “Mpay” QSC-yə və ”Paysis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.  GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.”Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib. Xatırladaq ki, AMB bundan əvvəl “A-Solutions”, “United Payment”, “Modenis”, “PashaPay” və “Mobile Payment Solutions” MMC-lərə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 8-ə çatıb.

Read More