- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Azərbaycanda müasir tələblərə cavab verən əyar laboratoriyalarının yaradılması, onların beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilməsi, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsi prioritetdir. GDP Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumda “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə məlumat verilib. Məlumata görə, görüşdə həmçinin ölkənin müxtəlif iri zərgərlik obyektlərini və istehsal sahələrini təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak ediblər. Agentlik sədrinin müşaviri İlqar Həsənov və Assosiasiyanın İdarə Heyətinin sədri Toğrul Abbasquliyevin iştirakı ilə ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə əyar nəzarəti sisteminin formalaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.…
Qlobal ödəniş texnologiyaları lideri Mastercard ilə yerli fintex həlli m10 arasında ilk birgə layihə çərçivəsində “m10 rəqəmsal kartı” istifadəyə verilib. GDP xəbər verir ki, bu təşəbbüs Azərbaycanda təhlükəsiz, rahat və innovativ maliyyə xidmətlərinin yayılmasına xidmət edəcək. Əməkdaşlıq Mastercard-ın qlobal təcrübəsi ilə m10-un yerli innovasiyasını birləşdirərək ölkənin rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyir. Mastercard dəstəyi ilə hazırlanan rəqəmsal kart m10 tətbiqi daxilində dərhal aktivləşir və istifadəçilərə həm ölkə daxilində, həm də xaricdə mobil əsaslı ödəniş imkanı yaradır. Kart m10 cüzdanı ilə eyni balansdan istifadə edir və əlavə hesab tələb etmir. İstifadəçilər onu Apple Wallet və ya Google Wallet-ə əlavə edərək, bir neçə saniyə…
İnnovasiya lideri Bakcell “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafede “İnklüzivlikdə İnnovativ Həllər” adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu sahədə mövcud innovativ həll modellərini müzakirə etmək olub. Tədbirdə dövlət, özəl şirkət, həmçinin QHT və media nümayəndələri də daxil olmaqla ümumilikdə 40-a yaxın qonaq iştirak edib. Tədbir çərçivəsində inklüziv cəmiyyətin qurulmasında tətbiq edilən ən son yeniliklər, bu sahədə məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modellərinin tətbiqi ətrafında geniş müzakirələr aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən…
Bu il dekabrın 1-nə qədər Azərbaycan sahibkarlarına 616 investisiya təşviqi sənədi verilib. GDP xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev “Dayaq” mükafatının təqdim olunması mərasimində bildirib. Onun sözlərinə görə, həmin investisiya təşviq verilmiş layihələrin icrası nəticəsində yerli istehsala 7,4 milyard manatlıq investisiyanın yatırılması nəzərdə tutulub. Nazir müavini xatırladıb ki, bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Biznesin İnkişafı Fondu” ASC (ABİF) 5 800-dən artıq investisiya layihəsinə 340 milyon manatdan çox güzəştli kredit verib: “ABİF həmçinin rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Son 5 il ərzində bu qurum vasitəsilə vəsaitlərin yatırıldığı…
2024-cü ilin 1 dekabr tarixi ilə 2025-ci ilin 1 dekabr tarixi arasında vergi ödəyiciləri və kommersiya qurumları üzrə göstəricilər ümumilikdə artım istiqamətində dəyişib. Əvvəlcə vergi ödəyicilərinə baxsaq, ümumi vergi ödəyicilərinin sayı 2024-də 1.590.659 olduğu halda 2025-də 1.667.152-yə yüksəlib və nəticədə 76.493 nəfərlik artım qeydə alınıb; bu artım 4,81% artım deməkdir. Bölgü üzrə isə fiziki şəxslərin sayı təxmini hesabla 1.385.464-dən 1.447.088-ə qalxıb, yəni 61.624 nəfər artıb və bununla fiziki şəxslər üzrə artım tempi 4,45% olub. Bununla yanaşı, fiziki şəxslərin ümumi vergi ödəyiciləri içindəki payı 87,1 %-dən 86,8 %-ə düşdüyünə görə onların payında 0,3 faiz bəndi azalma müşahidə olunur; 2025-ci ildə fiziki…
SOCAR-ın prezidenti Rövşən Nəcəf “ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə görüşüb. Görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari ilin noyabrında SOCAR ilə “Dragon Oil” arasında imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar. Emirates National Oil Company Group (ENOC) Biləşmiş Ərəb Əmirliklərinin neft və qaz şirkətidir.
Azərbaycan bazarında pərakəndə ticarət işi çox rentabelli deyil. Bu barədə GDP-yə eksklüziv açıqlamasında “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan bildirib. Azərbaycanın pərakəndə ticarət bazarının mövcud vəziyyətini şərh edən Savaş Uzan, ölkə bazarında çoxsaylı market şəbəkələrinin fəaliyyət göstərdiyini və bu şəbəkələr arasında rəqabətin çox normal olduğunu vurğulayıb. Uzan qeyd edib ki, Azərbaycanda bazarında pərakəndə ticarət işi çox rentabelli deyil. Qeyd edək ki, “Azərsun Holdinq” Azərbaycan pərakəndə ticarət sektorunda “Bazar Store” və “Al Market” MMC market şəbəkələrinin təsisçisidir. Müəllif: Aynur Qəniyeva
Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” növbəti regional mağazasını Gəncə şəhərində istifadəyə verdi. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 359c ünvanında açılan yeni mağazada abunəçilərə müştəri xidmətləri, mobil nömrələrin satışı, mobil telefon və aksesuarların təqdim olunması xidmətləri göstərilir. Açılış mərasimində iştirak edən “Nar”ın baş icraçı direktoru Özgür Genc yerli sakinlərlə görüşərək onların istək və gözləntilərini öyrənib. O, mobil operatorun regionlara xüsusi diqqət siyasətinə sadiq qaldığını bildirib: “Bölgələrdə yaşayan müştərilərə keyfiyyətli xidmət göstərmək baxımından bu mağazalar çox önəmlidir. Regional satış və xidmət şəbəkəmiz sayəsində müştərilərimizin geridönüşlərini yerindəcə öyrənə bilirik.” Gəncə şəhərinə səfər edən “Nar” rəhbərliyi həmçinin tərəfdaşlıq…
Dövlət Vergi Xidməti (DVX) tərəfindən sahibkarların ictimai birlikləri, auditorlar, konsaltinq şirkətləri və sahə assosiasiyaları üçün vergi və sosial sığorta qanunvericiliyindəki son dəyişikliklərə həsr olunmuş təqdimat tədbiri keçirilib. GDP xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər iştirak ediblər. Çıxış edən Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini və sahibkarlığı təşviq etmək, həmçinin “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu bildirib. O, qeyd edib ki, son illər ərzində sahibkarlar tərəfindən daxil olan 170 təklifdən 103-ü qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb. Əsas dəyişikliklər üç istiqamətdə formalaşıb: İnvestisiya və sahibkarlığın təşviqi Büdcə gəlirlərinin tənzimlənməsi…
Tesla səhmləri robotaksi sınaqları və perspektivləri ilə bağlı xəbərlər əsasında tarixi rekord yenilədi.
