Author: Aynure Gdp

ABŞ Federal Ehtiyat Sisteminin verdiyi qərara əsasən, bir sentlik sikkələrin buraxılışı 2025-ci ilin noyabr ayından etibarən dayandırılıb. GDP xəbər verir ki, səbəb kimi sikkənin istehsal dəyərinin onun nominal dəyərindən (1 sent) xeyli yüksək olması göstərilib. Son zərb edilmiş sentlərdən biri keçirilən auksionda 17 milyon ABŞ dolları dəyərində satılıb. Bu qiymət onun tarixi əhəmiyyəti və kolleksiya dəyəri ilə əlaqələndirilir. Məlumatına görə, sentin istehsalı dayandırıldıqdan sonra qalan ehtiyat sikkələr dövriyyədə qalmaqla, tədricən kolleksiya predmetinə çevriləcək.

Read More

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur. Bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna yeni maddə əlavə edilməsi təklif olunur. Təklif edilən dəyişikliklər Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Belə ki, “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında “tütün məmulatı” anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin “qızdırılan tütün məmulatı” və “elektron siqaret” anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün…

Read More

İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş “MediaTech” layihəsi çərçivəsində təlim proqramı baş tutub. “Smart Nation” ilə birgə həyata keçirilən “MediaTech: Blog the Future” tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunlu təlim proqramı olub. Təlimin əsas məqsədi texnoloji influenserliyə maraq göstərən yeni nəsil kontent istehsalçılarını bir araya gətirmək, onların praktiki biliklərini artırmaq və bu bilikləri müasir, innovativ yanaşmalarla möhkəmləndirmək olub. Ümumilikdə 60-dan çox texno-blogerin iştirak etdiyi proqramda iştirakçılar rəqəmsal məzmun istehsalı, şəxsi brendinq, rəqəmsal marketinq strategiyaları, alqoritmlərin iş prinsipləri və mobil videoyaradıcılıq kimi sahələr üzrə intensiv sessiyalarda iştirak ediblər. Sessiyalar real nümunələr və praktik tapşırıqlar əsasında qurularaq iştirakçılara…

Read More

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 328 061 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib. GDP Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 % azdır. Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 891-1 (19,5 %) ilkin, 264 170-i (80,5 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,6 % çox və 5,6 % azdır. Hesabat ərzində fərdi yaşayış və bağ evi üzərində – 64 366, mənzil – 85 424, torpaq sahəsi – 166.494, qeyri-yaşayış binası – 2 832, qeyri-yaşayış sahəsi – 8 172, əmlak kompleksi – 667, çoxmərtəbəli yaşayış binası – 103 və çoxillik əkmələr üzərində…

Read More

2025-ci ilin yanvar–sentyabr ayları üzrə Azərbaycanın tədiyə balansının kapital və maliyyə hərəkətləri hesabı makroiqtisadi sabitliyin qorunduğunu göstərsə də iqtisadiyyatın struktur transformasiyasının hələ də gözlənilən dərinlikdə getmədiyini ortaya qoyur. Hesabat dövründə ölkənin xalis maliyyə aktivlərinin 4.5 mlrd. ABŞ dolları artması müsbət göstərici kimi qiymətləndirilə bilər. Bununla yanaşı, bu artımın mənbələri və sektorlar üzrə bölgüsü iqtisadi siyasətin effektivliyi baxımından əlavə suallar yaradır. Xarici aktivlərdə artım: maliyyə gücü var, lakin real sektorda effekti azdır Xalis maliyyə aktivlərində müşahidə olunan artım əsasən 2.2 mlrd. dollar həcmində formalaşmış  digər investisiyalar və 1.3 milyarda dollar həcmində olan portfel investisiyaları  hesabına formalaşmışdır. Bu dinamika ölkənin maliyyə mövqeyinin…

Read More

Bank Respublika-nın rəhbərliyi Niderland Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Marian de Yonq ilə işgüzar görüş keçirib. GDP xəbər verir ki, görüşdə Azərbaycanın əlverişli investisiya mühiti və xarici investorlar üçün yaradılan imkanlar müzakirə olunub. Söhbət əsasən Bank Respublika ilə Niderland İnkişaf Bankı (FMO) arasındakı strateji tərəfdaşlıq üzərində qurulub. Qeyd edildi ki, bu əməkdaşlıq çərçivəsində Bank Respublika tarixində ilk “yaşıl” kredit müqaviləsi imzalanıb. Eyni zamanda, FMO ilə bağlanan kredit sazişi Bankın tarixində və Azərbaycanın özəl bank sektorunda indiyədək qeydə alınmış ən iri kredit razılaşması olub. Cəlb edilən vəsaitlər kənd təsərrüfatı, mikro, kiçik və orta biznesin, xüsusilə gənc…

Read More

ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov VİSA-nın Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Regional Prezidenti Tareq Mahmudun rəhbərliyi altında olan nümayəndə heyətinin Azərbaycana səfəri zamanı onları qəbul etdiyini bildirib. GDP xəbər verir ki, görüşdə VİSA-nın region üzrə vitse-prezidenti Cristina Doros və vitse-prezident Reem Asaad da iştirak ediblər. Görüş zamanı tərəflər arasında uzunmüddətli tərəfdaşlıq, ödəniş sistemlərinin gələcək inkişaf istiqamətləri, süni intellekt texnologiyaları əsasında innovasiyalar, regional genişlənmə imkanları, eləcə də potensial yeni birgə layihələr müzakirə olunub. ABB rəhbərliyi görüşün məhsuldar olduğunu vurğulayaraq, VİSA ilə əməkdaşlığın daha da gücləndirilməsi və müzakirə edilən ideyaların həyata keçirilməsi ümidini ifadə edib.

Read More

2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir. Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər…

Read More

Gdp.az xəbər verir ki, Bakcell-in meqa lotereyasında 10-cu avtomobil qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə görə növbəti “Zeekr 001” qalibi Nərmin Əmrahova olub. 31 dekabra qədər davam edəcək lotereyada daha 3 “Zeekr 001” avtomobili öz şanslı sahiblərini tapacaq. Meqa hədiyyəyə isə sayılı günlər qalıb! Abunəçilər “Şans” paketini əldə etməklə 200 000 manatlıq “Porsche Cayenne” qazanmaq şanslarını dəfələrlə artıra bilərlər: – 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES  – 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES Vurğulayaq ki, “Şans” paketləri Bakcell abunəçilərinə lotereyada iştirak haqqı ilə yanaşı, şəbəkədaxili danışıq dəqiqələri də qazandırır. Ətraflı məlumat üçün: lotereya.bakcell.com

Read More

Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin ilk 9 ayına aid tədiyyə balansı statistikasını açıqlayıb. Məlumata görə, dövr ərzində tədiyyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı əsas qiymət dəyişikliklərindən təsirlənib. Tədiyyə balansının əsas komponenti olan cari əməliyyatlar balansında 3 milyard dollarlıq profisit formalaşıb. Bu profisit Ümumi Daxili Məhsulun (ÜDM) 5.4%-ni təşkil edir və makroiqtisadi sabitlik baxımından müsbət göstərici hesab olunur. Eyni zamanda, tədiyyə balansının digər əsas komponenti olan kapital və maliyyənin hərəkəti balansında əsasən xalis maliyyə aktivlərinin 4.5 milyard dollar artması və xalis maliyyə öhdəliklərinin 400 milyon dollar artması səbəbindən 4.1 milyard dollarlıq…

Read More