Author: Aynure Gdp

Azərbaycan hökuməti bu il ictimaiyyətə, biznes nümayəndələrinə ətraf mühit, sosial və idarəetmə məsuliyyəti (ESG) üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışır. Bunu Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev Bakıda keçirilən “ESG sammiti: Davamlı inkişaf üçün dövlət-özəl tərəfdaşlığı” mövzusunda tədbirdə bildirib. O qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ESG elementlərinin tətbiqi çox önəmlidir: “Biz çalışırıq ki, ESG üzrə bütün tərəflərin aktiv iştirakı üçün şərait yaradaq. ESG elementlərinin təşviqi baxımından biznes mühitinin yaxşılaşdırılması əsas prioritet hədəflərinin tərkib hissəsini…

Read More

İpoteka və Kredit Zəmanət Fondu kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına və xidmətlərinə tələbatını araşdıracaq. Sorğu zamanı proporsionallığın təmin edilməsi, eləcə də bütün iqtisadi rayonları və qeyri-neft sektorunu əhatə etməsi üçün “klaster” seçimi metodundan istifadə ediləcək. Bu metoda əsasən sorğu edilən sahibkarlıq subyektləri fəaliyyət göstərdiyi iqtisadi sahə, sahibkarlıq subyektinin həcmi (mikro, kiçik, orta), fəaliyyət göstərdiyi region üzrə bölünməli və klaster kimi sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi iqtisadi sahə götürülməlidir. Mənbə: Report

Read More

1997 və 2012-ci illər arasında doğulan “zoomer”lər aktiv iş kütləsinə çevrilirlər. Artıq demək olar ki, dünyanın hər yerində “baby boomer”ləri keçiblər. Analitiklərin təəccübünə səbəb olaraq, bu həyat mərhələsində “zoomer”lər tarixdə ən varlı nəsil hesab olunurlar. Nə “millennial”lar, nə də “baby boomer”lər onların yaşında bu qədər pul qazanmışdılar. Bu əsasa dayanaraq, analitiklər zoomerlərin mütləq mənada ən varlı nəsil olacaqlarını proqnozlaşdırırlar. “Zoomer”lərin digər fərqli xüsusiyyəti onların investisiya vərdişləridir. “Millenniallar”la birlikdə onlar ənənəvi banklar əvəzinə ayaqqabı, zinət əşyaları, şərab və hətta Lego kimi maddi əşyalara investisiya edirlər. Bu, Bank of America-da narahatlıq yaradıb. Gələcək nəsil istiqrazlar və səhm bazarlarına cəlb olunmasa, Wall Street-in…

Read More

Ədliyyə nazirinə yeni müşavir təyin edilib. GDP xəbər verir ki, bu barədə nazir Fərid Əhmədov əmr imzalayıb. Əmrə əsasən, Seyfəlpaşa Əliyev nazirin müşaviri vəzifəsinə təyinat alıb. S.Əliyev 2016-2020-ci illərdə Məhkəmə Hüquq Şurasının Aparatında, Aparatın Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi sektorunda müxtəlif vəzifələrdə, 2020-ci ildən indiki təyinatadək isə həmin sektorun müdiri vəzifəsində çalışıb.

Read More

Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşır Dünya birjalarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,8 % artaraq 90,78 ABŞ dolları təşkil edib.

Read More

ABŞ səhm indeksləri yüksəlib. GDP xəbər verir ki, S&P 500 və Nasdaq rekordları yeniləyib. Amerika səhm indeksləri ticarəti artımla tamamlayıb, S&P 500 və Nasdaq Composite Tesla Inc. səhmlərinin 10% yüksəlməsindən sonra maksimumları yenilədi. Elektromobil istehsalçısı ikinci rübdə tədarükləri 4,7% azaldaraq 443,956 min avtomobilə çatdırdı, lakin nəticə ekspertlərin orta proqnozundan (436 min avtomobil) xeyli yaxşı oldu. Bazarın dəstəyinə həmçinin Sintrada keçirilən Avropa Mərkəzi Bankının forumunda Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Jerome Powell-in bəyanatları kömək etdi. Bizi Telegramda izləyin

Read More

ABŞ Energetika Nazirliyi ehtiyatdan 1 milyon barel benzin satıb.GDP xəbər verir ki, ABŞ Energetika Nazirliyi 4 iyul bayramı (Müstəqillik Günü) ərəfəsində yanacaqdoldurma məntəqələrində qiymətləri endirmək üçün ehtiyatlardan 1 milyon barel benzin satıb, departamentin açıqlamasında deyilir.Şimal-Şərq Ehtiyatından (NGSR) benzin beş şirkətə satılıb, BP, George E. Warren, Vitol, Freepoint Commodities və Irving Oil. Yanacağın orta satış qiyməti gallon üçün 2,34 dollar olub.

Read More

Mərkəzi Bankın sədr müavini Əliyar Məmmədyarov Düşənbədə Seçki Qrupunun Toplantısı çərçivəsində “Yaşıl iqtisadiyyat iqtisadiyyatların inkişafı üçün alternativ kimi” mövzusunda təşkil olunan müzakirə panelinə qatılıb.GDP Mərkəzi banka istinadən xəbər verir ki, yaşıl maliyyənin inkişafından danışan Ə.Məmmədyarov dayanıqlı iqtisadiyyata keçidin zərurətə çevrildiyini, maliyyə sektorunun bu prosesin dəstəklənməsində böyük rola malik olduğunu vurğulayıb.O, həmçinin yaşıl maliyyə üçün funksional ekosistemin qurulması istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən strateji təşəbbüslərdən danışıb.

Read More

Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib. GDP xəbər verir ki, tədarük ediləcək ərzaqlıq buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir. Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəricilərini Dövlət Ehtiyatları Agentliyi əlavə olaraq yoxlayacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda…

Read More

Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta satışı ilə bağlı açıqlama yayıb. GDP xəbər verir ki, Fond tərəfindən 2024-cü ilin iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da bir öncəki ayla müqaisədə 153 milyon manat və ya 26,08% azdır. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin may ayı ərzində 558,6 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.

Read More