- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Mərkəzi Bank və Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin birgə təşkilatçılığı ilə “Əlavə dəyər auditinin texnikası və alətləri” mövzusunda seminar keçirilib. GDP xəbər verir ki, ekspert İv Desenuik tərəfindən keçirilən təlimdə Mərkəzi Bank ilə yanaşı kommersiya banklarının müvafiq sahələrində çalışan əməkdaşları da iştirak ediblər. İki günlük seminarı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunublar.
Azərbaycan Dünya İqtisadi Forumumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə göstəricilərində irəliləyib GDP xəbər verir ki,Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı indeksinə əsasən əvvəlki hesabatla müqayisədə 7 pillə irəliləyərək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb. MDB ölkələri arasında ən yüksək nəticəyə malik 2-ci ölkə kimi Azərbaycanın 4 komponent üzrə göstəricilərdə mövqeyində əhəmiyyətli dərəcədə irəliləmə müşahidə olunub. 2023-cü ilin sonuna təqdim edilən məlumatlar əsasında hazırlanan hesabatda “Uyğun Mühitin Mövcudluğu” komponenti üzrə biznes mühiti, təhlükəsizlik, sağlamlıq və gigiyena, insan resursları və əmək bazarına dair göstəricilərdə, həmçinin “Səyahət və Turizm Siyasəti və Uyğunluq Şərtləri” komponenti üzrə beynəlxalq açıqlıq…
Dövlət büdcəsinin gəlirlərinin mənbələri arasında fiziki şəxslərin gəlir vergisi proqnoza qarşı kəsirlə icra olunub. GDP xəbər verir ki, “2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəy”ində məlumat verilib. Rəyə görə ötən il fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə daxilolmalar 1 700 milyon manat proqnoza qarşı 40,4 milyon manat və ya 2,4 % az 1 659,6 milyon manat yaxud proqnozun 97,6%-i həcmində icra edilib.
Avropa İttifaqı (Aİ) Belarusa qarşı məhdudiyyətləri sərtləşdirəcək. GDP xəbər verir ki, Avropa İttifaqı Rusiyaya ixrac edilə bilməyən malların Belarusa “axını”ndan narahatdır. Məsələn, Aİ-dən Belarusa avtomobil və avtomobil hissələrinin aylıq miqdarı son 2 il ərzində 5 dəfə artaraq 268 milyon dollara çatıb. Aİ Minskə qarşı sanksiyaları anti-Rusiya məhdudiyyətləri ilə sinxronlaşdırmaq üçün sərtləşdirməyi planlaşdırır. Konkret olaraq, Aİ Belarusa lüks avtomobillərin, ikili təyinatlı malların və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üçün şərtləri sərtləşdirə bilər. Bundan əlavə, Brüssel Belarusdan almaz idxalını qadağan etməyi planlaşdırır. Bu tədbirlər sanksiyalardan yayınmaq üçün istifadə olunan kanallardan birini aradan qaldırmaq məqsədi daşıyır.
Antiinhisar Komitəsi Gürcüstanın TBC Bank Qrupuna Fondy Payments Ltd şirkətinə nəzarəti əldə etməyə icazə verib. GDP xəbər verir ki, müvafiq qərar aprelin 25-də qəbul edilib. Buna əsasən, TBC Bank Qrupu özünün TBC International Holdings Limited (Böyük Britaniya) şirkəti vasitəsilə Ukraynanın “Elains” və İrlandiyanın Fondy Payments Ltd şirkətlərinin səhmlərini almaq hüququnu əldə edir. Bundan əlavə, Antiinhisar Komitəsi TBC Bank Group və fiziki şəxs – Ukrayna vətəndaşı tərəfindən razılaşdırılmış addımlara icazə verib. Bu addımlar beş il müddətinə səhmdar müqaviləsində nəzərdə tutulmuş məhdudlaşdırıcı şərtlərin həyata keçirilməsinə aiddir. TBC Bank Gürcüstanın iki ən böyük bankından biridir və sektorun aktivlərinin təxminən 40%-ni təşkil edir. Bankın…
ABŞ-da səhmlər günorta ticarətində aşağı enib. Dow 500 bənddən çox dəyər itirdi və Apple səhmlərinin 1,5% azalması diqqəti cəlb edib. GDP xəbər verir ki, Dow 500 bənddən çox dəyər itirib və Apple səhmlərinin 1,5% azalması diqqəti cəlb edib. S&P 500 və Nasdaq müvafiq olaraq 0,6% və 0,3% ucuzlaşaraq rekord həddən geri çəkilib. S&P Qlobal PMI göstəriciləri inflyasiyanın yüksəlməsi fonunda ABŞ-ın biznes fəaliyyətinin sürətləndirildiyini göstərən gözləntiləri alt-üst etdikdən sonra əhval-ruhiyyə pisləşib. Bu da Federal Ehtiyat Sisteminin gözləmədə qalacağına dair proqnozları gücləndirib və Xəzinədarlıq gəlirlərinin daha yüksək olmasına səbəb olub.
Qəhvə istehsalında geniş istifadə edilən robustanın qiyməti son 45 ilin ən yüksək qiymətinə ticarət olunur. GDP xəbər verir ki, aprel ayında robustanın 1 funtu orta hesabla 1,94 dollar təşkil edib ki, bu da mart ayı ilə müqayisədə demək olar ki, 17% bahalşmanın göstəricisidir. Bahalaşmanın səbəbi kimi dünyanın ən böyük robusta istehsalçısı olan Vyetnam keçmiş və cari mövsümlərdə zəif məhsuldarlıqdan sonra “təchizatla bağlı çətinliklərlə üzləşir”.
Yaxın illərdə Azərbaycanda elektromobillərin istehsalı və ixracı üzrə layihələr həyata keçirilə bilər.GDP xəbər verir ki, bunu Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının icraçı direktoru Gülay Həsənova deyib.Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda 8 min minik avtomobilinin istehsalı planlaşdırılır ki, bunun da 2 mini yük avtomobilləri və avtobuslardır. İcraçı direktorun sözlərinə görə, yerli istehsal olan avtomobillərin qiymətləri 17 800 manatdan 160 000 manata qədərdir.
Türkiyə Mərkəzi Bankı ikinci aydır ki, uçot dərəcəsini dəyişməyərək 50 fauz bəndi səviyyəsində saxlayıb. GDP xəbər verir ki, ötən ilin iyununda tənzimləyici iki ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini 8,5%-dən 15%-ə qaldırdı, sonra isə mütəmadi o Mart ayında o, onu 45%-dən 50%-ə qaldırıb.
Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq ilk Elektron Pul Təşkiları lisenizyasını alan şirkətlərdən biri də “United Payment” MMC oldu. “United Payment” 2020-ci ildən Azərbaycanda təsis edilməyə başlamış və 2021-ci ildən qeydiyyatdan keçərək Ödəniş aqreqatoru fəaliyyətinə və elektron kommersiya fəaliyyətlərinə başlamışdır. Bununla yanaşı, 2022-ci ilin Yanvar ayından etibarən Türkiyədən Azərbaycana beynəlxalq ödənişlərin təchiz edilməsi xidmətini təqdim etməyə başlamış, daha sonra digər ölkələrdən də Azərbaycan istiqamətinə beynəlxalq ödənişlər xidmətini təmin etməyə davam etmişdir. 2 850 000 Manat tam ödənilmiş Nizamnamə Kapitalı ilə, ölkədə ən iri həcmli nizamnamə kapitalına sahib olan…
