Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ildə balans kapitalı 1,6 dəfə artaraq 1 milyard 554,215 milyon manata çatıb. GDP “AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları“na istinadən xəbər verir ki,ötən il Mərkəzi Bakın nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb. Beləliklə, AMB 2023-cü ili 349,113 milyon manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ili zərərlə başa vurmuşdu.

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) aktivlərində borc qiymətli kağıları 2022-ci ilə nisbətən 22,8 % artarak 27 milyard 46,827 milyon manat təşkil edib. GDP “AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları”na istinadən xəbər verir ki, 2023-cü ildə Meqatənzimləyicinin möcvud aktivlərində pul vəsaitlərinin və onların ekvivalentləri bir əvvəlki ilə nisbətən 14,5% azalaraq 5 milyard 629,471 milyon manat olub. Bu dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar cüzi artaraq 1 milyard 208,132 milyon manata, banklara verilmiş kreditlərin balans dəyəri isə 74,8 % azalaraq 72,951 milyon manata çatıb.

Read More

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Gürcüstanın “Georgian Beer Company Ltd” şirkətinin təsisçisi arasında Qəbələ rayonunda lisenziyalı premium pivə markalarının, yerli brend pivəsinin və sərinləşdirici içkilərin istehsalı üzrə yeni zavodunun qurulmasına dair Birgə İştirak Müqaviləsi imzalanıb GDP xəbər verir ki,İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcustanın  “Georgian Beer Company LLC” şirkətinin nümayəndələri Sezar Çöçelli, Şalva Çöçelli və Qoça Darçiaşvili ilə görüşüb, ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.. Rəqabətqabiliyyətli məhsul istehsalı ilə ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək zavodda illik 140 milyon litr istehsal gücünün və 300-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Read More

Türkiyənin, İstanbul şəhərində “Azərikard” və “SAS” şirkəti arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanıb. GDP xəbər veir ki, bu əməkdaşlıq çərçivəsində Azərikard-ın imkanları SAS-ın qabaqcıl texnologiyaları, qlobal təcrübə və həll imkanları ilə birləşərək müştərilər üçün daha yüksək təhlükəsizlik və etibarlılığına şərait yaradacaq. “Azərikard” “SAS Fraud Management” sistemlərini şirkətin potensialının artırılması üçün tətbiq etməyə başlayır.

Read More

Nvidia-nın gəliri proqnozları üstələyib GDP xəbər verir ki, Nividi-nın 22,6 milyard dollarlıq gəliri 21,1 milyard dollarlıq gözləntiləri üstələyib. Nvidia-nın son 8 rüb ərzində kateqoriyalar üzrə gəlirlərinin dinamikası.

Read More

Gürcüstan bankları ölkədəki etirazlar fonunda ucuzlaşır. GDP xəbər verir ki,ölkənin ən böyük iki bankı TBS Bank Group və Bank of Georgia Group müvafiq olaraq 26% və 25% dəyər itirdi – bu, onların tarixlərindəki ən böyük enişdir. Bütün bu qarışıqlıq ABŞ, Fransa, Avstraliya və digər ölkələrin Gürcüstanda tətbiqinə qarşı çıxış edən xarici agentlər haqqında qanundan qaynaqlanır.

Read More

Brent markalı neftin bir barreli 82,2 dollara düşüb GDP xəbər verir ki, ticarət zamanı Brent neftinin qiymətləri enməkdə davam edib. ABŞ-da yanacaq ehtiyatları ilə bağlı məlumatların dərc edilməsi bazara ciddi təsir göstərməyib. Bakı vaxtı saat 17:48-də Brent markalı neftin iyul fyuçerslərinin kotirovkaları 0,68 dollar (0,8%) azalaraq 82,2 dollar/barelə bərabər olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin iyul ayı fyuçerslərinin qiyməti bu vaxta qədər 0,64 dollar (0,8%) ucuzlaşaraq bir barelə görə 78,02 dollar təşkil edib. Neftin qiyməti ardıcıl üçüncü seansdır ki, ucuzlaşır.

Read More

Sektorun sərmayə bazarlarına yatırdığı investisiyalar isə 1 mlrd manatı ötür. GTP xəbər verir ki, “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib. Ziya Əliyev qeyd edib: Sığorta sektorunun sərmayə bazarında institusional investor rolu da dinamik olaraq böyüməkdədir. Hazırda sektorun aktivləri 2 mlrd manata yüksəlmişdir. Sektorun sərmayə bazarlarına yatırdığı investisiyalar isə 1 mlrd manatı ötür. Son zamanlar sığortaçıların qiymətli kağızlar bazarına investisiya marağının xeyli yüksəlməsi müşahidə edilməkdədir.”

Read More

Sığorta təminatı verilən risklərin həcmi isə yarım trilyon manatı ötüb. GTP xəbər verir ki, “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi” konfransında çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib. O bildirib: “Bu Ümumi Daxili Məhsulun 4 qatından artıqdır. Ötən il sığorta ödənişlərinin həcmi 590 mln manat təşkil edib. Bu sektorun əhalinin və biznesin zərərlərinin kompensasiyasında mühüm rol oynamağa başladığını göstərir” Müəllif: Aynur Qəniyeva

Read More