- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin 2024-cü ilin yanvar-aprel ayları üzrə yığımlarının və ödənişlərinin məbləğini açıqlayıb. GDP xəbər verir ki, ötən ay şirkətlərin sığorta ödənişlərinin ümumi məbləği 209 milyon 555,11855 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 56% çoxdur Ölkədə fəaliyyət göstərən sığorta şirkətləri arasında ən çox yəni 111 milyon 771,2 min manat sığorta ödənişini “Paşa Həyat Sığorta” ASC sığorta şirkəti həyata keçirib. Ən az -50 min manat sıgorta ödənişini isə “Meqa Həyat Sığorta”ASC tərəfindən reallaşdırılıb. 2024-cü ilin aprel ayı ərzində şirkətlərin sığorta topladığı sığorta haqqlarının ümumi məbləği 542 milyon 840,82398 min…
Türkiyənin “Koç Holdinq”i “Yapı Kredi Bank”ın səhmlərinin satışı üçün “First Abu Dhabi Bank” ilə danışıqlara başlayıb. GDP xəbər verir ki, məsələyə yaxın mənbələr qiymətlə bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunarsa, əməliyyatın həcminin 8 milyard dollar civarında ola biləcəyini bildiriblər.
Türkmənistan Manatı 0,29% ucuzlaşıbGDP xəbər verir Asiyanın Forex birjalarında ən çox yəni 0.29% ucuzlaşan Türkmənistan Manatıdır. Özbəkistan Somu isə 0,28% ən çox bahalaşan Forex aləti olub.
Aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb. GDP xəbər verir ki, qiymət artımını satıcılar da təsdiqləyirlər. Qiymət artımına əsas səbəb isə məhsulun azlığı göstərilir.
Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyasına üzv olan bankların “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu”nun görüşü təşkil olunub. GDP xəbər verir ki,görüşdə Mərkəzi Bankın maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə həyata keçirdiyi təşəbbüslərə dair təqdimat diqqətə çatdırılıb. Həmçinin bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında birgə müzakirələr aparılıb.
2024-cü ilin may ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 209,1 min nəfər olub. GDP xəbər verir ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə əsasən cari ilin mayın 1-nə qədər Azərbaycanda işsiz olan şəxslərin 43,0 %-i yəni 89.913 min nəfəri qadınlardır. 2023-cü il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250,1 min nəfər olub. İşsiz insanların 32,5 %-i yəni 81.2825 min nəfərini qadınlar təşkil edib. Bu da ötən ilə nisbətən ölkəmizdə işsiz qadınların sayının 8,6305 nəfər daha çox olduğunun göstərisidir. Sözügedən dövr ərzində işsizlikdən sığorta ödənişinin orta…
Özbəkistan mart ayında 11 ton qızıl satmaqla dünyada ən çox qızıl satan ölkə olub. GDP xəbər verir ki, dünyanın digər mərkəzi bankları daha çox qızıl almağa çalışırlar, lakin Özbəkistan əvvəllər yığdığı qızıl ehtiyatını etimal edilən iqtisadi böhralara qarşı mübarizəyə sərf etmək üçün satır. Qızıl uzun müddətdir Özbəkistan iqtisadiyyatının lövbəri olub. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dövründə qızılda olan beynəlxalq ehtiyatların payı əhəmiyyətli dərəcədə artıb. 2016-cı ildə hakimiyyətə gələn Mirziyoev mərhum sələfi İslam Kərimovdan sonra özbəkistanın beynəlxalq ehtiyatlarda qızılın payı 50 %-dən indi təxminən üçdə ikiyə çatıb.
Bu gün WTI markalı neftin fyuçersləri əvvəlki sessiyada ucuzlaşdıqdan sonra bir barel üçün 79 dollara yaxın olub, çünki investorlar İran prezidentinin helikopter qəzasında ölməsindən sonra Yaxın Şərqdə baş verən hadisələri və Səudiyyə Ərəbistanı kralının səhhəti ilə bağlı yaranan narahatlıqları izləməyə davam ediblər. GDP xəbər verir ki, bazarlar regiondan neft tədarükü ilə bağlı böyük narahatlıq siqnalları müşahidə etmir. İnvestorlar həmçinin ehtiyatla OPEC-in iyunun 1-də hasilatın azaldılması qərarırının dəyişdirilməsi potensialının olduğu iclasını gözləyirdilər. Ukraynanın Rusiya neftayırma zavodlarına hücumları və Qırmızı dənizdə Çinə gedən neft tankerinə husilərin raket zərbəsi endirməsi kimi son hadisələr qlobal neft tədarükü üçün risklər yaratmağa davam edir.
Rusiyada konteyner daşımalarının həcmi 2024-cü ilin birinci rübündə illik 11,4% artıb GDP xəbər verir ki, 2024-cü ilin ilk 4 ayı ərzində Rusiyada konteyner daşımalarının həcmi illik müqayisədə 11,4% artaraq 2,176 milyon TEU-ya çatıb. Qeyd edək ki, yanvar-aprel ayları ərzində tranzit konteyner daşımalarında 20% artım olub, ümumilikdə 198 000 TEU təşkil edib.
G7 liderləri Rusiya aktivlərindən istifadə edərək Ukraynaya 30 milyard avro kredit ayrılmasını müzakirə edəcəklər Bu həftə maliyyə nazirləri 270 milyard avroluq dondurulmuş Rusiya aktivlərinin kredit üçün girov kimi istifadəsinin hüquqi mexanizmlərini hazırlamağa çalışacaq.Avropa Mərkəzi Bankının sədri Christine Lagarde keçən həftə bu aktivlərin açıq şəkildə müsadirə edilməsinə hüquqi və iqtisadi etirazlarını bildirib: “Bu, qorunmalı olan beynəlxalq hüquqi nizamı pozar”O, belə bir addımın maliyyə sisteminin sabitliyini təhdid edəcəyini, dövlət toxunulmazlığı prinsipini sarsıdacağını və Çin və ya Körfəz ölkələri kimi böyük profisiti olan ölkələri Qərbin ehtiyat valyutalarından istifadə etməkdən çəkindirəcəyi ilə bağlı xəbərdarlıq edib. Böyük Britaniyanın güclü dəstəyi ilə ABŞ bu məsələni irəli…
