- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Şəki şəhərinin mərkəzində 22092 təsərrüfatdan 6905 ev təsərrüfatı və biznes subyekti “Aztelekom”MMC-nin təqdim etdiyi GPON xidmətlərindən yararlanır. “GDP”nin məlumatına görə, rayonun Oxud, Yeni Oxud, Kiş, Çeşməli, Qoxmuq, Zərdüştlər, Çələbixan, Baltalı, Baş Layski, Qumux, Cunud, Şin, Aşağı Göynük, Cumakənd, Orta Zəyzid, Baş Zəyzid, Vərəzət, Qırxbulaq, Köbər Zəyzid, Daşüz, Küdürlü, Çələbixan dördyol, Böyük Dəhnə, Cəfərabad, Çolaqlı, Göybulaq, Dərəcənnət Təzə kənd, Dərəcənnət köhnə kənd, Suçma, Aran, Kiçik dəhnə, Turan, Çayqaraqoyunlu, Şəkikənd, Cəyirli, Aşağı Küngüt və Fazıl kəndlərində 25261 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 98%-nin genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə rayon ərazisində 15463 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam…
Mərkəzi Bankın sədri Taleh Kazımov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb. GDP xəbər verir ki, görüş zamanı İbrahim Məmmədzadə üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş tədbirlər və qalibin gələcək təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin sədr tərəfindən idarəetmə sahəsində bilik və bacarıqların artırılması istiqamətində tövsiyələr səsləndirilib.
Bu gün birjalarda qızılın 1 unsiyası 2,430 ABŞ dollarından baha ticarət olunmağa başlayıb. GDP xəbər verir ki, qızıl qlobal birjalarda Federal Ehtiyat Sistemi(FED)-in faiz dərəcəsinin azaldılması, güclü mərkəzi bank satınalmaları və təhlükəsiz liman tələbi ilə bağlı artan spekulyasiyalarla dəstəklənən yeni rekorda doğru irəliləyir. ABŞ dollarından asılılığını azaltmağa çalışan Çinin addımları güclü qızılın dəyər qazanmasınıı daha da dəstəkləyir.
Azərbaycan iqtisadiyyatına 2024-cü ilin yanvar-aprel ayları ərzində 5230,4 milyon manat məbləğində investisiya qoyulub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur. İqtisadiyyata qoyulan sərmayenin 4210,1 milyon manatını və ya 80,5% ölkəmizin daxili investisiyalarıdır. Ümumilikdə 2024-cü il ərzində Azərbaycan iqtisadiyyatına 13 milyard 230,7 milyon manat investisiya qoyulub ki, bunun da 10 milyard 640,5 milyon manatı daxili mənbələrdən yönəldilmiş investisiyalardır. Müəllif:Aynur Qəniyeva
İnvestorların Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinin perspektivini qiymətləndirməsi fonunda dollar indeksi bu gün 104.5 ətrafında sabitləşib. GDP xəbər verir ki, ötən həftə, ABŞ-da inflyasiyanın azalma istiqamətində dinamikasının əlamətləri mərkəzi bankın bu il siyasətin yumşaldılması dövrünə başlayacağına dair proqnozları gücləndirdiyi üçün dollar indeksi təxminən 1% enib. Bir sıra FED rəsmiləri faizləri azaltmağa keçməzdən əvvəl ehtiyatlı olmağa çağırıb. Dollar indeksi sabit qalıb, lakin Çin Xalq Bankı əsas kredit faizlərini dəyişməz saxladığı üçün yuana qarşı yüksəlməyə davam edir.
Küveytdə inflyasiya apreldə 3,17%-ə yüksəlib. GDP xəbər verir ki, Küveytdə illik inflyasiya 2024-cü ilin aprelində əvvəlki aydakı 3,02%-dən 3,17%-ə yüksəlib ki, bu da 2021-ci ilin avqust ayından bəri ən aşağı göstəricidir. Ölkədə Nəqliyyat qiymətləri martda müşahidə edilmiş 0,92%-dən apreldə 1,06%-ə qədər artıb. Bununla yanaşı qida və içkilərin qiymətlərində 5,79% bahalaşma qeydə alınıb. Müxtəlif mal və xidmətlər mart ayında müşahidə edilən 4,66%-ə qarşı aprel ayında 3,96% olub. İnflyasiya isə mənzil xidmətləri 1,41% bahalaşıb. Qeyd edək ki, Küveytdə məişət əşyalarının qiymərləri tənzimlənir
Başlama tarixi: 17.05.2024-cü il; saat 14:00Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.06.2024-cü il; saat 10:00Təkliflərin açılış tarixi və vaxtı: 11.06.2024-cü il; saat 10:00 Təchizatçılara (bütün sahibkarlıq subyektləri) təklif edilir ki, bu keçiddən – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və satınalma haqqında ətraflı məlumatları əldə etsinlər. Təchizatçı açıq tender proseduru ilə əlaqədar bütün sənədlər, o cümlədən tenderlə bağlı bütün yazışmalar Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır. Təchizatçı tender təkliflərini, eləcə də bütün digər sənədləri və müraciətləri dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Elanda göstərilən…
Analitiklər Nvidia-nın qazancının 412% artaraq bir səhm üçün 5,58 ABŞ dollar bahalaşacağını, satışlarının isə 245% artaraq 24,51 milyard dollara çatacağını proqnozlaşdırır GDP xəbər verir ki, NVDA səhmləri keçən həftə 2,9% bahalaşaraq 924,79 ABŞ dollarına yüksəlib.
Azərbaycan banklarının Xankəndində filialları açılıb. GDP xəbər verir ki, ABB və Kapital Bank-ın Xankəndi şəhərində filialının açılması ilə bağlı sosial şəbəkələrdə məlumat və fotolar yayımlanıb. Filialların açılması barədə məlumat sözügedən banklar tərəfindən rəsmi şəkildə yayımlanmayıb. Amma 17 may tarixində Kapital Bankın İdarə Heyətinin sədri Fərid Hüseynov bu günlərdə Kapital Bank-ın Xankəndidə filialının açılmasının planlaşdırıldığını açıqlamışdı.
BRİKS ölkələri dollardan asılılığı azaltmaq üçün ümumi valyuta yaratmağı planlaşdırır. GDP xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani deyib. Nazir müavini qeyd edib: “Bu addım iqtisadiyyatın və ticarətin bir çox sektorlarına təsir edəcək böyük infrastruktur tələb edir. O, “Rusiya – İslam dünyası: KazanForum” forumunun kuluarlarında bildirib ki, müxtəlif proqramlar nəzərdən keçirilir və onların həyata keçirilməsi mexanizmi təşkilata üzv olan ekspertlər tərəfindən müzakirə olunur.
