Author: Aynure Gdp

Notariuslar özləri bizə müraciət edir ki, «Bəlkə siz gəlib bizdə şöbə açasınız». Bunu GDP-yə açıqlamasında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direktoru Fərid Hüseynov deyib. O rəhbərlik etdiyi bankın ölkədə notariuslara xidmət göstərilməsi ilə bağlı monopolist mövqedə olması ilə bağlı fikirlərə münasibət bildirib: «Notariuslar müxtəlif banklarla işləyirdi bəzən də bağlanan bankların notariat kontorlarında filiallarına rast gəlinirdi. Notariuslar özləri bizə müraciət edir ki, «Bəlkə siz gəlib bizdə şöbə açasınız».«Kapita Bank» uzun müddətdir ki, bu istiqamətdə fəaliyyət həyata keçirir.» Fərid Hüseynov qeyd edib: “Hətta illər öncə notariuslardakı terminallar «Kapita Bank»ın terminalları idi.Biz bu istiqamətdə notariuslarla birgə fəliyyət göstərirdik. Hazırda da biz notariusların…

Read More

«Kapital Bank»ın xalis mənfəətinin azalması mövsümi məsələlərlə və davamlı investisiyalarla bağlı ola bilər. GDP xəbər verir ki, bunu «Kapital Bank»ın 2023-cü ilin yekunları və yeni strateji dövrə dair mətbuat konfrasında Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov bankın 2024-cü ilin ilk rübündə xalis mənfəətinin azalmasına aydınlıq gətirərkən deyib. O bildirib: «Burda vacib məsələlərdən biri bayaq qeyd olunduğu kimi «Kapital Bank» kifayət qədər rəqəmsallaşmaya ,müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına investisiyalar qoyur.Bu xərclər daha çox investisya xarakterlidir bu investisiyaların gəlirlərini gələcək dövrlərdə daha çox görəcəyik.» Müəllif:Aynur Qəniyeva

Read More

“Ölkədə maliyyə institutlarının və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, həm də dayanıqlı iqtisadi inkişaf üçün maliyyə əlçatanlığının artırılmasının prioritet olmasını diqqətə çatdırdım.” GDP xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu”nda çıxışı barədə məlumat verərkən qeyd edib. Taleh Kazımov bildirib: “Bu gün “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu”nda çıxış etməkdən çox məmnun oldum. Çıxışımda milli iqtisadiyyatın transformasiyası üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması istiqamətində Mərkəzi Bank tərəfindən nəzərdə tutulan təşəbbüsləri vurğuladım. Ölkədə maliyyə institutlarının və maliyyə bazarlarının sabitliyini təmin etməklə yanaşı, həm də dayanıqlı iqtisadi…

Read More

Bizim yanaşmamız « yalnız “Amazon” səhmlərini alaq» deyil. Bunu GDP-yə açıqlamasında “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icracı direktoru Fərid Hüseynov deyib. O bildirib: «Kapita Bank» öz investisiya strategiyası çərçivəsində xarici bazarlara da investisiya edir. Bu hər hansısa bir dövlətin özünün buraxdığı qiymətli kağızlar yaxud nüfuzlu şirkətin buraxdığı qiymətli kağızlar ola bilər. Bu bizim üçün standart qaydada kreditləşmə kimi bir alətdir. Biz kredit verəndə müştərini təhlil etdiyimiz kimi investisiya etdiyimiz qiymətli kağızlaraı da təhlil edirik. Fərid Hüseynov əlavə edib ki, əsas istiqamətimiz Azərbaycan olduğu üçün xaricdə investisiyalarımızın həcmi çox böyük deyil. «Bizim yanaşmamız «yalnız “Amazon” səhmlərini alaq» deyil. İnvestisiyalarımız daha çox gəlirliyin və…

Read More

Liviyada təxminən 1,9 milyard dollar dəyərində 26 ton qızılın ölkədən çıxarılmasının qarşısı alınıb- bu, ölkənin qızıl ehtiyatlarının demək olar ki, dörddə biri deməkdir.GDP xəbər verir ki, qızıl ixracı ilə bağlı insident hələ 2023-cü ilin dekabrında baş verib, lakin məmurlar yalnız indi həbs edilib.Liviya prokurorluğu külli miqdarda qiymətli metalın iddia edilən mənşəyini dəqiqləşdirməyib. Liviya qanunlarına görə, qızıl yalnız Mərkəzi Bank tərəfindən xarici ölkəyə satıla bilər.ArabNews xəbər verir ki, 2014-cü ildən bəri hələ də siyasi qeyri-sabitliklə üzləşən Liviya BƏƏ-yə, eləcə də Türkiyəyə qeyri-qanuni qızıl ixracı üçün tranzit zona kimi istifadə olunur.

Read More

Ölkə ərazisində mövcud ev təsərrüfatlarının 2,29 milyonunun genişzolaqlı internetə çıxışı təmin olunub. GDP xəbər verir ki, bunu “Aztelekom” Baş direktoru Tural Pirverdiyev “M360 Eurasia 2024” konfransında deyip. Baş direktor çıxışında “Onlayn Azərbaycan” layihəsinin statusu ilə bağlı məlumat verib: “Ölkə ərazisində mövcud ev təsərrüfatlarının 2,29 milyonunun genişzolaqlı interntə çıxışı təmin olunub. Bu mövcud ev təsərrüfatlarının 78% -ini təşkil edir.

Read More

“Ookla” hesabatına görə Azərbaycanda genişzolaqlı internetin sürəti 36% artıb. GDP xəbər verir ki, genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın aprel ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 39,24 Mbit/s-i keçib. Bu, illik sürətin 36% artımı deməkdir.    

Read More

Azərbaycan Fintex Assosiasiyası Macarıstanın Fintech Bridges Nonprofit Kft şirkəti ilə Anlaşma Memorandumu imzalayıb. GDP xəbər verir ki, bu əməkdaşlığın ümumi məqsədləri bilik mübadiləsini asanlaşdırmaq, Macarıstan və Azərbaycan fintex şirkətləri arasında əməkdaşlıq, vençur kapitalının bölüşdürülməsi və hər iki tərəfdən fintexlərin iştirakı ilə birgə müəssisə layihələrinin həyata keçirilməsidir.

Read More

Avropa İttifaqı(Aİ) Facebook və Instagram-la bağlı araşdırmalar aparır. GDP xəbər verir ki, Avrupa İttifaqı hər iki sosial şəbəkə məhdudiyyət tətbiq edə bilər. META-ya məxsus Facebook və Instagram, uşaqlarda asılılıq yaradan davranışları təşviq etməkdə və yaşın yoxlanılması tələblərinə əməl etməməkdə şübhəli bilinir.

Read More

Rusiya məhkəməsi BlackRock-u ilin sonuna qədər Vısoçayşey səhmdarlarının iclaslarında iştirak etmək hüququndan məhrum edib. GDP xəbər verir ki, məhkəmə materiallarında 2024-cü ilin sonuna qədər Lüksemburq BlackRock Global Funds və Britaniyanın BNYMTD Ltd-nin BlackRock Gold və General Fund-un nümayəndəsinin Vısoçayşey səhmdarlarının yığıncaqlarında iştirak etmək hüququnun dayandırıldığı qeyd olub. İlkin olaraq, şirkətin bəyanatında Vısoçayşeyin nizamnamə kapitalında pay sahibi olan Kipr Fayweld Holdings Ltd də var idi, lakin məhkəmə qərarında bu barədə məlumat verilməyib.

Read More