- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
Author: Aynure Gdp
2024-cü ilin ilk 5 ayında ötən ilin ilk 5 ayı ilə müqayisədə hesablanmış sığorta haqları 77 milyon 320 min manat və ya 13,6% artıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, yanvar may ayları ərzində sığorta ödənişləri isə 100 milyon 401 min manat və ya 57,6% artıb. Cəlvəldə sığorta şirkətlərinin hər birinin ödədiyi sığorta ödənişi və topladığı sığorta haqqlarının ümumi məbləğ əks olunub.
Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb. Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul olunub.
Beynəlxalq iqtisadi statistika portalı olan “Trading Economics” Azərbaycanda orta aylıq əməkhaqqı ilə bağlı proqnozunu açıqlayıb. GDP xəbər verir ki, “Trading Economics” bu ilin ikinci rübündə Azərbaycanda orta aylıq əməkhaqqı üzrə proqnozunu 965 manatdan 1000 manata, üçüncü rüb üzrə 975 manatdan 1010 manata, dördüncü rüb üzrə 980 manatdan 1040 manata kimi artırıb. Portal hesab edir ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda orta aylıq əməkhaqqı 1080 (əvvəlki proqnoz 987 manat) manata çatacaq. “Trading Economics” qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı 2025-ci il üzrə ümumilikdə 1110 manat, 2026-cı ildə isə 1135 manat proqnozlaşdırılır. Qeyd edək ki, Dövlət Statistika…
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Sənədi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. İclasda maliyyə naziri Samir Şərifov da iştirak edib. Dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinə 1 milyard 160 milyon manat, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması üçün 807 milyon manat, infrastruktur və digər layihələrin maliyyə təminatı…
2024-cü ilin yanvar-may dövründə Azərbaycanın 17 sığorta şirkəti tərəfindən 643 milyon 754 min manat sığorta haqları hesablanıb, 274 milyon 837 min manat sığorta ödənişləri verilib. GDP xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb. Məlumatda bildilir: ” 2023-cü ilin eyni dövründə sığorta şirkətləri tərəfindən 566 milyon 434 min manat sığorta haqları hesablanmış, 174 milyon 436 min manat sığorta ödənişləri həyata keçirilmişdi.” Beləliklə, 2024-cü ilin ilk 5 ayında ötən ilin ilk 5 ayı ilə müqayisədə hesablanmış sığorta haqları 77 milyon 320 min manat və ya 13,6%, sığorta ödənişləri isə 100 milyon 401 min manat və ya 57,6% artıb.
Müsahibimiz ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovdur – Abbas müəllim, bu günlərdə ABB-nin səhmlərinə abunə yazılışı başlandı. Bankın yeni səhmlərinin buraxılması və kütləvi şəkildə vətəndaşlara təklif edilməsi hansı zərurətdən irəli gəlir? – Kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin emissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 31 avqust tarixli müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilir. Bildiyiniz kimi, sözügedən Sərəncamda dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu dövlət qurumlarından biri də ABB-dir. Əsas məqsəd vətəndaşlarımızın ABB-nin idarə edilməsində iştirakının genişləndirilməsi, ən mühümü isə ölkəmizdə qiymətli kağızlar bazarının inkişafıdır. Ölkəmizdə ilk dəfədir ki, bu miqyasda…
Brent markalı neftin qiyməti 86,1 dollar/barel səviyyəsində sabitləşib GDP xəbər verir ki, Benchmark neft qiymətləri bir gün əvvəl yüksəldikdən sonra bu gün səhər sabit qalıb. Treyderlər Yaxın Şərqdəki hadisələri izləyirlər. Bakı vaxtı ilə saat 09:13-ə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti bir barel üçün 86,06 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,05 dollar və ya 0,06% bahadır. Nyu-York əmtəə birjasında elektron hərraclarda avqust ayı üçün WTI neftinin fyuçersləri də 0,05 dollar və ya 0,06% artaraq 81,68 dollar olub.
Hərracların sonunda S&P 500-ün dəyəri 16,75 bənd və ya 0,31% azalaraq 5447,87 bənd təşkil edib. GDP xəbər verir ki, Nasdaq indeksi 192,54 bənd (1,09%) ucuzlaşaraq sessiyanı 17 496,82 bəndlə başa vurub.
Dow Jones İndeksi 0,67% yüksəlişlə bağlanıb. GDP xəbər verir ki, Nyu-Yorkda Dow Jones indeksi bazar ertəsi 261 bənd və ya 0,67% bahalaşıb. Qazanclara liderlik edən , Amgen 3,19%, Goldman Sachs 2,54%, Chevron 2,39% bahalaşıb. Ən çox itirənlər sırasında Amazon -1,78%, Intel -1,67%, Home Depot -1,31% dəyər itirib.
ABŞ-ın Maliyyə naziri Janet Yellen Yahoo Finance-ə bildirib ki, o, ABŞ-ın tənəzzülü üçün “əsas görmür” və Federal Ehtiyat Sisteminin gələn il 2% inflyasiya hədəfinə çatacağını gözləyir – bu, mərkəzi bank siyasətçiləri tərəfindən proqnozlaşdırılandan daha sürətli bir tempdir. “Mən inflyasiyanın aşağı düşəcəyini gözləyirəm və gələn ilə girdiyimiz zaman inflyasiyanın FED-in 2% hədəfinə qayıdacağına inanıram” GDP xəbər verir ki, Federal ihtiyat Sistemi (FED) rəsmiləri keçən həftə FED-in üstünlük verdiyi inflyasiya mezarının yəni 2026-cı ildə inflyasiyanın 2%-ə qayıdacağını göstərən median proqnozunu açıqlayıb. FED rəsmiləri həmçinin inflyasiyanın aşağı düşməsi gözləniləndən daha uzun sürdüyü üçün bu il yalnız bir faiz endirimi siqnalı verib. Yellen ciddi…
