- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Author: Aynure Gdp
İnvestisiyaların da sığortalanmasını nəzərdə tutan dəyişikliyin edilməsi gözlənilir. GDP xəbər verir ki, bunu “PAŞA Kapital” İnvestisiya şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev şirkətin maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfrasında deyib. O bildirib: “Hazırda bildiyiniz kimi depozitlərin sığortalanması ilə bağlı bir qanun var. İnvestisiyaların da sığortalanmasını nəzərdə tutan dəyişikliyin edilməsi gözlənilir. İnvestisiyaların sığortalanması nə deməkdir? Hərhansı bir investisiya şirkətinin defolt olduğu, yəni ödəniş qabiliyyətini itirdiyi halda Mərkəzi Bankın həmin investisiya şirkəti vasitəsi ilə investisiya etmiş vətəndaşların aktivlərin bərpası ilə bağlı prosedurları özündə ehtiva edir.” Ceyhun Hacıyev fikirlərini milsallarla izah edib “Bu nədən ibarətdir? Əgər müştəri yerli dövlət istiqrazlarını, korparativ istiqrazları alıbsa…
“Xarici investorlar tərəfindən Azərbaycanın dövlətinin öz istiqrazlarına maraq var” GDP xəbər verir ki, bunu “PAŞA Kapital” İnvestisiya şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev şirkətin maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfrasında deyib. O bildirib: “Əgər bizim bazarımızın infrastrukturu Mərkəzi Bankın strategiyasının sonuna kimi təkminləşdirilsə burada investorların sayı artacaq. Xarici investorlar bu riskə pozitiv baxır. “AzerGold” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) isrtiqrazlarına xarici investorlar maraq göstərir. Ona görə ki, bu dövlət təşkilat şirkətləridir. Həmin şirkətlərin müflis olmağının riski sıfırdır. Bu onlar üçün marağa səbəb ola bilər.”
Ölkələr üzrə iqtisadi prioritetləri göstərmək və hansı sektorların inkişaf etdiyini və iqtisadiyyatların sadə əmtəə ixracından kənarda necə dəyər yarada biləcəyini müəyyən etmək üçün aşağıdakı diaqramda real göstəricilər əks olunub. GDP xəbər verir ki, 2022-ci ildə yarımkeçirici cihazların idxalı ilə bağlı olan məlumatlar göstərir ki, reagionumuzda bu sahədə əhəmiyyətli boşluq mövcuddur. Bu boşluq gələcəkdə əhəmiyyətli iqtisadi inkişafdan geridə qalmağa gətirib çıxaracaqçevriləcək. Təəccüblü və eyni zamanda təəccüblü olmayan odur ki, Özbəkistanın Rusiya idxalına yaxın olan idxalı orada startap ekosisteminin son yüksəlişini bir daha təsdiqləyir. Bölgədəki hər kəs 1,6 milyard dollarlıq yarımkeçirici cihaz idxal edən (1,1 milyard dollar xalis, 550 milyon dollar ixraca…
Neft qiymətləri bazar ertəsi ticarətdə müsbət dinamikanı davam etdirib.GDP xəbər verir ki, OPEC və Beynəlxalq Enerji Agentliyinin müvafiq olaraq çərşənbə axşamı və çərşənbə günü açıqlanacaq aylıq neft bazarı hesabatlarını gözlənilir. Bundan əlavə, investorların diqqəti Çərşənbə günü başa çatacaq Federal Ehtiyat Sisteminin ikigünlük iclasına yönəlib.Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri Bakı vaxtı ilə saat 17:45-ə 80,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,84 dollar və ya 1,06% çoxdur.Nyu-York əmtəə birjasında iyul ayı üçün WTI neftinin qiyməti bu vaxta qədər 0,94 dollar və ya 1,24% artaraq 76,47 dollar/barel olub.
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 50 milyon manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. GDP xəbər verir ki, istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 10 iyun 2024-cü il tarixində yekunlaşıb. İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı“Kapital Bank” ASCDövlət qeydiyyat nömrəsi – İSİNAZ2009005151İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlıTicarət üsulu/formasıKütləvi/Abunə yazılışıİstiqrazın sayı500,000 (ədəd)İlkin ticarət qiyməti100 manatBuraxılış həcmi50,000,000 manatİllik gəlirlilik faizi10%Ödəmə Perioduİldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə) hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq…
2024-cü ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 2261 layihənin maliyyələşdirilməsinə 83,4 milyon manat güzəştli kredit verilib. GDP xəbər verir ki, hesabat dövründə sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika” ASC, “Rabitabank” ASC, “AccessBank” QSC (AccessBank Azerbaijan), “Yelo Bank” ASC və “Aqrarkredit” QSC fərqlənib. Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə “Bank Respublika” ASC, “Rabitəbank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB), “AccessBank” QSC və “Yelo Bank” ASC daxildir. Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına…
21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir. Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. Səhmlər üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı”Legion Financial” ASCDövlət qeydiyyat nömrəsi – İSİNAZ1001025464Səhmlərin növü və formasıSəhm adi, sənədsiz, adlıTicarət üsulu/formasıKütləvi/Abunə yazılışıSəhmlərin sayı13,000 (ədəd)İlkin ticarət qiyməti100 manatBuraxılış həcmi1,300,000 manatHərrac qiyməti100 manatReallaşdırılmış həcm795,000 manatSifarişlərin ümumi həcmi (nominal qiymətlə)795,000 manatİnvestor sayı4Sifariş sayı4Anderrayter“Assist Finance İ.Ş” ASC
Dövlət Vergi Xidməti 2024-cü ilin iyun ayının 10-da “NBR GROUP DISTRIBUTION” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb. GDP xəbər verir ki,şirkətin nizamnamə kapitalı 100000 manatdır. Məlumata görə, şirkətin təşkilati-hüquqi forması Məhdud məsuliyyətli cəmiyyət, qanuni təmsilçisi isə Rzayev Bahadir Nəcəfqulu oğludur.
Mərkəzi Bank vətəndaşlara Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində onlara aid məlumatları Elektron Xidmətlər Portalı üzərindən əldə etmək imkanı təqdim edib. GDP xəbər verir ki, ötən ilin yanvar ayından istifadəyə verilmiş xidmətdən ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı artıq 100 min nəfəri keçib. Vətəndaşlar tərəfindən əldə edilmiş kredit hesabatlarının sayı isə 300 mindən çox olub. Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında müvafiq səhifəyə (http://accr-portal.e-cbar.az) “digital.login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.
““Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.1-ci maddəsinə əsasən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması məqsədilə ödəniş xidməti istifadəçilərindən qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini təmin etmək üçün bu pul vəsaitini alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidməti təchizatçısına köçürmədiyi təqdirdə, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda hesabda saxlaya bilər.” GDP xəbər verir ki, bunu Banklar Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərində fintexləri təmsil etməsi mexanizminə aydınlıq gətirərkən Azərbaycan Banklar Assosiasiyasının nəzdindəki “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri Tamerlan Rüstəmov deyib. O bildirib: “Bank olmayan ödəniş xidməti təchizatçılarında…
