Author: Aynure Gdp

Nikkei 225 İndeksi 0,59% yüksələrək bağlanır GDP xəbər verir ki, Tokioda Nikkei 225 İndeksi bazar ertəsi günü 229 bənd və ya 0,59% dəyər qazanıb. Qazananlar: Unitika 6,41%, Nh Foods 5,61%, Chugai Pharma 3,72% yüksəlib Ən çox itirənlər: Chiyoda -3,46%, Sumitomo Metal Mining -2,54%, Isetan Mitsukoshi -2,30% enib.

Read More

Neft qiymətləri ötən həftə yüksəldikdən sonra bir qədər ucuzlaşıb GDP xəbər verir ki, Brent neftinin qiymətləri keçən həftə yüksəldikdən sonra bazar ertəsi səhər mülayim ucuzlaşıb. Bakı vaxtı ilə saat 9:09-a Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri 1 barel üçün 85,17 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 7 sent aşağıdır. Nyu-York əmtəə birjasında elektron hərraclarda WTI markalı neftin avqust fyuçersləri də 7 sent azalaraq 80,66 dollar olub.

Read More

Avropa İttifaqı Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Kiyev üçün silah alışına Macarıstanın veto qoymasını yan keçəcək mexanizm hazırlayıb.GDP xəbər verir ki, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel bildirib.Onun sözlərinə görə, əvvəllər Rusiya aktivlərindən istifadə təklifini rədd edən Budapeşt “[onların] istifadəsi ilə bağlı qərarda iştirak etməməlidir”. Borrell qeyd edib ki, vetodan yan keçmə mexanizmi “hər hansı hüquqi qərar kimi mürəkkəb, lakin işlək” olacaq.Nəşrin məlumatına görə, Aİ xarici işlər nazirləri bu sxemi iyunun 24-də keçiriləcək iclasda müzakirə edəcəklər.

Read More

Bakının bir sıra yollarında sıxlıq yaranıb. GDP DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən hazırda yollardakı vəziyyəti təqdim edir: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Read More

Alpen Gold, Milka və Oreo istehsalçılarına antiinhisar qanunlarını pozduqlarına görə maliyyə sanksiyası tətbiq edilib. GDP xəbər verir ki, Alpen Gold, Milka və Oreo istehsalçılarına antiinhisar qanunlarını pozduqlarına görə 337,5 milyon avro cərimələnib. Şirkət məhsulları lüks bazarlarda daha yüksək qiymətə satırdı və Belçika, Lüksemburq və Almaniyada distribyutorlarına məhdudiyyətlər tətbiq edirdi.

Read More

Bugatti ilk “hibrid” Tourbillonunu nümayiş etdirdi – 1800 at gücündə mühərrik gücünə malikdir. GDP xəbər verir ki, kapotun altında 3 elektrik mühərriki olan 16 silindrli mühərrik var. O, 100 km/saat həddinə cəmi 2 saniyəyə sürətlənir və maksimal sürəti 445 km/saatdır. Superkarın qiyməti təxminən 4 milyon dollardır.

Read More

İlin son 4 ayında Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrGDP xəbər verir ki, əsas ixrac məhsulları aşağıdakılardır.-xam neft, təbii qaz və neft-qaz- meyvələr və tərəvəzlər- plastik kütlə və ondan hazırlanmış məmulatlar- kimya sənayesi məhsulları- pambıq lifi və sapları- alüminium və ondan hazırlanmış məmulatlar- qara metallar və onlardan hazırlanmış məmulatlar- spirtli və alkoqolsuz içkilər- bitki yağları- şəkər

Read More

Rusiya və Azərbaycan milli valyutalara keçid məsələsi üzərində işləyir. GDP xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RİAC) baş direktoru İvan Timofeyev deyib. O bildirib: ” ABŞ-nin Moskva Birjasına qarşı son sanksiyalarından sonra hesablaşmalarda problemlər yaranıb. Hazırda Moskva və Bakı arasında milli valyutalara keçidlə bağlı danışıqlar aparılır”.

Read More

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. GDP xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0.49 ABŞ dolları və ya 0.55% artaraq 88.49 ABŞ dolları təşkil edib. Ötən gün neftimiz 87.99 ABŞ dollarına ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Read More

NVİDİA ilin ilk rübündə 26 milyard dollarlıq rekord gəlir əldə etdiyini açıqlayıb. GDP xəbər verir ki, bu, bir il əvvəllə müqayisədə 260% artım deməkdir. Son 5 ildə gəlir artımı 1100% olub. Çərşənbə günü şirkətin səhmləri ilk dəfə olaraq 1000 dolları ötüb.NVİDİA-da uzaqdan işləməyə qadağalar, kütləvi ixtisarlar, aktiv süni intellekt tətbiqi və mükəmməl reputasiyaya malik CEO-su yoxdur.

Read More