Author: Aynure Gdp

Emil Maqsud oğlu Qarayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Bununla bağlı Azərbaycan Prezidenti iyunun 14-də Sərəncam imzalayıb. E. Qarayev baş vergi xidməti müşaviridir. Beləliklə, Dövlət Vergi Xidmətinin rəisinin 3 müavini oldu. O, 4 avqust 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisasını magistr pilləsi üzrə bitirib. 2006-2009-cu illərdə “Deloitte Touche” MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə…

Read More

Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 6 mini keçib. GDP bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) istinadən xəbər verir. Xatırladaq ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

Read More

Fondun dürüstləşdirilmiş büdcəsində cari ilin sonuna 1 204,2 milyon manat profisitin proqnozlaşdırılması onu deməyə əsas verir ki, ilin sonuna Fondun xərclər ilə bağlı hər hansı maliyyə çətinlikləri olmayacaqdır.   Bu barədə GDP-yə Azərbaycan Dövlət Neft Fondundan məlumat verilib. Qeyd olunub: “Bildiririk ki, 31 may 2024-cü il tarixinə Dövlət Neft Fondunun faktiki daxilolmaları 7440,7 milyon manat, xərcləri 5346,6 milyon manat təşkil edib, Fondun aktivləri ilin əvvəli ilə müqayisədə 1,76 mlrd ABŞ dollar və yaxud 3,1% artaraq 57,8 mln ABŞ dollar təşkil edib” Neft Fondu hesab edir: “Cari ildə dövlət və icmal büdcənin aparılan dürüstləşdirilmə çərçivəsində Fondun 2024-cü ilin büdcəsində müvafiq dəyişikliklərin…

Read More

İllik inflyasiya hədəf diapazonunun aşağı həddinin altına düşdü, baza inflyasiya dərəcəsi aprel ayında 0,7%-ə qədər daha da azalıb ki, bu da 2015-ci ilin yanvar ayından bəri ən aşağı göstəricidir. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, illik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib. Qeyd olunur: “Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.” Bildirilir: “İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya Bankının məlumatına əsasən 2024-cü ilin may ayında illik əsasda əmtəə qiymətləri indeksi 5.6%, o cümlədən qeyri-enerji qiymətləri üzrə 5.1% artsa da, BMT-nin Ərzaq və Kənd…

Read More

Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. GDP xəbər verir ki, Bu barədə Azərbaycan Mərkəzi Bankının Faiz dəhlizinin parametrləri haqqında məlumatında qeyd olunub. Bildilir ki, 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib. 5 ayda ölkənin strateji valyuta ehtiyatları 1.8% və ya 1.3 mlrd. ABŞ dolları artaraq 69.7 mlrd. ABŞ dollarına çatıb.

Read More

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonunun aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin may ayında 12 aylıq inflyasiya 0.3% təşkil edib ki, bu da Mərkəzi Bankın aprel proqnozlarına uyğundur. GDP xəbər verir ki, may ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib.May ayında 12 aylıq baza inflyasiya 0.4% olub. İllik ərzaq deflyasiyası 1.4%, qeyri-ərzaq inflyasiyası 1%, xidmətlər inflyasiyası isə 2.2% təşkil edib. Bildirlir: “Ev təsərrüfatları arasında keçirilmiş sorğuların nəticələrinə görə qarşıdakı 12 aya gözlənilən inflyasiya hədəf diapazonunun aşağı həddinə yaxındır.” “İnflyasiyanın xarici fonu ümumilikdə neytraldır. Dünya…

Read More

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. GDP xəbər verir ki, Mərkəzi bank bu barədə məlumat yayımlayıb. Məlumarda bildirlir: “Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunub. İnflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.”

Read More

Unibank iPhone telefonlarının alınması üzrə kotirovka elan edir. Kotirovkada iştirak etmək istəyənlər qiymət təklifini bağlı və möhürlənmiş zərfdə, kotirovka komissiyasının sədri Tural Həsənovun adına, R.Behbudov 55 ünvanına (“Unibank”ın Baş ofisi) göndərməlidirlər. Zərflərin qəbulu üçün son tarix 25.06.2024-cü il, saat 12.00-dır. Kotirovkada qalib gələn şirkət həmin alqı–satqı ilə bağlı hesabı “Unibank” KB ASC-də açmalıdır.Texniki şərtlər: 50 ədəd iPhone 15 pro 128 GB, qara rəngdə.

Read More

Neft qiymətləri ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatların əvvəlki sessiyada yüksəlməsindən sonra bir qədər ucuzlaşıb. Bakı vaxtı ilə saat 8:20-yə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 85,63 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,08 dollar və ya 0,09% azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda avqust ayı üçün WTI neftinin qiyməti 0,06 dollar və ya 0,07% ucuzlaşaraq 81,23 dollar/barelə bərabər olub.

Read More

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 21 iyun 2024-cü il tarixində saat 11:00-da yayımlanacaq. GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı faiz aləti ilə qiymətlərin sabitliyinə nail olmuşdur, inflyasiyanın daha da geriləməsi iqtisadi inkişafın sürətinə mənfi təsir edə bilər. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankının faizlərini bir müddət sabit saxlayacağı ehtimalı yüksəkdir. 

Read More