- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Author: Aynure Gdp
“”Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır.” GDP xəbər verir ki,bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın “2023-cü il üzrı Dayanıqlı İnkişaf Hesabatı”barədə öz fikirlərini bölüşərkən deyib. O bildirib: “Bu hesabat ABB Maliyyə Qrupu olaraq son illərdə dayanıqlı inkişaf istiqamətində əldə etdiyimiz nailiyyətlərə ümumi baxışdır. “Yaşıl dünya naminə həmrəylik ili”ndə belə bir hesabat bizim üçün xüsusi dəyər daşıyır. Nəticələrimizi qiymətləndirməyə, yeni hədəflərimizi müəyyənləşdirməyə kömək göstərir.” Abbas İbrahimov əlavə edib: “Ənənəmizə sadiq qalaraq 2023-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatımızda da məlumatların maksimum əhatəli olmasına çalışmışıq. Yanaşmalar yeni, standartlar beynəlxalq təcrübəyə uyğundur”.
Nazirlər Kabinetinin Qərarına əsasən, “Standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili Qaydaları” təsdiq edilib. Sənəd “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və standartlaşdırma üzrə texniki komitələrin yaradılması və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir. Qaydalara əsasən, iqtisadi fəaliyyətin hər növü üzrə bir texniki komitə yaradılır. Texniki komitənin yaradılması təşəbbüsü ilə çıxış edən fiziki və hüquqi şəxslər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun tərtib edilmiş ərizə ilə milli standartlaşdırma qurumuna müraciət edirlər. Dövlət orqanları (qurumları) isə texniki komitənin yaradılması ilə bağlı milli standartlaşdırma qurumuna müraciət edirlər. Texniki komitənin fəaliyyət göstərəcəyi ünvan barədə məlumat ərizədə (müraciətdə) qeyd…
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən Bakı Fond Birjasında “PASHA Yatırım Bankası” A.Ş-nin sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları yerləşdiriləcək. GDP xəbər verir ki,”PAŞA Kapital İnvestisiya Şirkəti” QSC yayımlayıb. Məlumatda bildirilir: ” Yerləşdiriləcək istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, ümumi həcmi 25 000 000 ABŞ dolları təşkil edir. Qiymətli kağızların əsas anderrayteri qismində isə Azərbaycanın kapital bazarında fəaliyyət göstərən şirkətlər sırasında ən böyük dövriyyəyə malik olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC çıxış edir.”
Azərbaycan enerji təchizatı məsələsində Avropa İttifaqının(Aİ) mühüm tərəfdaşıdır.GDP xəbər verir ki, Avropa Komissiyasının enerji siyasəti strategiyası üzrə nümayəndəsi Kristina Lobillo Borrero bildirib ki, hazırda Azərbaycan qazının Avropaya nəqlində artım davam edir.Onun sözlərinə görə, qaz tədarükü ilə yanaşı, Aİ Azərbaycanla enerji keçidi məsələsində də əməkdaşlıq edir.
Brent neftinin bir bareli 77,51 dollara satılır Neft qiymətləri, fevralın əvvəlindən bəri ən aşağı səviyyəni saxlayaraq, əvvəlki beş sessiyada enişdən sonra çərşənbə günü stabilləşib. GDP xəbər verir ki,Bakı vaxtı ilə saat 10:05-ə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 77,51 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,01 dollar vəya 0,01% azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində iyul ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,02 dollar və ya 0,03% ucuzlaşaraq 73,23 dollar təşkil edib.
“Rəqəmsal rublla ilk beynəlxalq hesablaşmalar 2025-ci ilin ikinci yarısında baş tuta bilər.” GDP xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov deyib. O bildirib: “Digər ölkələrlə milli rəqəmsal valyutalarda hesablaşmalar beş ildən sonra adi hala çevriləcək”
Türkiyədə inflyasiya may ayında 75%-i keçib və iqtisadçıların qiymətlər azalmağa başlamazdan əvvəl zirvəyə çatacağını gözləyir. GDP xəbər verir ki, iqtisadçılar əvvəllər 85 milyonluq ölkədə inflyasiyanın 75% ətrafında zirvəyə çatacağını proqnozlaşdırmışdılar. Türkiyə höküməti ölkədə qiymətləri ucuzlaşdırmaq üçün bir ildir davamlı olaraq faiz dərəcələrini yüksəldib. Bu artım orta türk istehlakçısı üçün əhəmiyyətli maliyyə çətinlikləri ilə nəticələnir.
Türkiyə ilk dəfə olaraq Avropaya təbii qaz ixrac etməyə başladı. GDP xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra “TRT Haber” telekanalı ilə yayımlanan xalqa müraciətində bildirib. Onun sözlərinə görə, Türkiyənin BOTAŞ şirkəti üç Avropa ölkəsinə qaz ixracına başlayıb: “BOTAŞ şirkəti Bolqarıstan, Macarıstan və Rumıniyaya qaz ixrac etməyə başlayıb.”
Azərbaycan ABŞ Dövlət Departamentinin ( Enerji Resursları Bürosu ilə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıb.GDP xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkədəki səhifəsində yazıb.Nazir yazıb: “Bakı Enerji Həftəsi çərçivəsində biz ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Harri Kemian ilə görüşdük, Azərbaycanın enerji təchizatında etibarlı enerji tərəfdaşı kimi rolu, yaşıllığa keçid üzrə fəaliyyəti müzakirə etdik enerji, COP29 çərçivəsində enerji gündəmində olan məsələlər, o cümlədən ikitərəfli əməkdaşlıq.”
Türkiyədə ilkin proqnozlara görə, bu ilin sonunda inflyasiya 38%-ə çata bilər.GDP xəbər verir ki, bunu Türkiyənin Mərkəzi Bankının rəhbəri Fatih Karahan parlamentin plan və büdcə komissiyasının iclasında çıxışı zamanı deyib.
