Author: Aynure Gdp

Sabah XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya-Azərbaycan biznes dialoqu baş tutacaq.GDP xəbər verir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.Tərəflər əsas diqqəti ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə yönəldəcəklər.Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun çıxışları gözlənilir

Read More

“Turanbank” ASC 2023-cü ili 811 min manat xalis mənfəət ilə başa vurub. GDP xəbər verir ki, bu barədə bankın 2023-cü il üzrə Beynəlxalq Standartlara uyğun Hazırlanmış Audit olunmuş Maliyyə Hesabatlarında məlumat verilib. Hesabata görə, “Turanbank” ASC-nin 2023-cü ildə mənfəət vergisindən əvvəlki mənfəəti 1 milyon 148 min manat təşkil edib. Bildirlir ki, 2023-cü ildə “Turanbank”ın kredit portfeli 2023-cü il ərzində 2022-ci il ilə müqaisədə  72 milyon 633 min manat və ya 13,7% artaraq  602 milyon 630 min manat olub. Bank 2023-cü ildə   79 milyon 443 min manat faiz gəliri əldə edib ki, bu da illik müqaisədə 19 milyon 30 min…

Read More

“Azərbaycan İtaliyanın “Saipem” şirkəti ilə dekarbonizasiya sahələrində həyata keçirilən tədbirləri müzakirə edib.” GDP xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi “X” sosial şəbəkə hesabında yazıb. Nazir bildirib: “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə əməkdaşlıq istiqamətlərini və prioritetləri (enerji tərəfdaşlığının mövcud vəziyyəti, birgə əməkdaşlıq imkanları, “yaşıl enerji” və dekarbonizasiya sahələrində ölkəmizdə həyata keçirilən tədbirlər) müzakirə etdik” “Saipem” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə şirkətlə əməkdaşlıq istiqamətlərini və prioritetləri müzakirə etdik:- #Enerji tərəfdaşlığının mövcud vəziyyəti;- Birgə əməkdaşlıq imkanları;- #Yaşılenerji və dekarbonizasiya sahələrində ölkəmizdə… pic.twitter.com/2cxE2ILkcP— Mikayil Jabbarov (@MikayilJabbarov) June 4, 2024

Read More

“Bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb” Bunu bu gün “PAŞA Bank” ın təşkilatçılığı ilə baş tutan “Azərbaycan bazarında sindikat kreditləşməsi” mövzusuna dair konfransda bankın idarə heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib. O bildirib: “Bu gün Azərbaycanda çox sayda irimiqyaslı layihələrin keçirilməsini nəzərə alaraq, bazarda təqdim olunan kredit alətləri arasında sindikat kreditləşməsinin aktiv tətbiqinə böyük zərurət yaranıb. Bugünkü tədbirin məqsədi bu mövzuya diqqət çəkməklə real sektorun biznesləri, potensial investorları və maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirib, bu sahədə əməkdaşlığın qurulması istiqamətində açılan perspektivləri tanıtmaqdır.”

Read More

Sorğuya cəlb edilən 953 respondentin cəmi 87.9%-i bank xidmətlərindən istifadə etdiyini qeyd edib. Respondentlər ən çox istifadə etdikləri bank kimi 17 bank adı qeyd ediblər. Onların 97.6%-i qrafikdə göstərilən TOP 10 bankdan istifadə edir. GDP xəbər verir ki, bu barədə Business Insight” şirkətinin Azərbaycanın “Tövsiyyə” Çempionları Hesabatında  məlumat verilir. Bildilir ki, sorğuda iştirak edən respondentlərin 67.7%-i “Kapital Bank”ın, 15.2%-i “ABB”nin , 6%-i “Unibank”ın istifadəçisidir. O cümlədən soğuda iştirak edənlərin 5%-i “Leobank”ın ,2.3%-i, “Rabitə Bank”ın 1.4%-i”Access Bank”ın, 1.4%-i “AzerTürk Bank”ın , 1.4%-i “Bank of Baku”nun, 1.2%-i “PAŞA Bank”ın, 1.0%-i”bank Respunka”nın xidmətlətindən istifadə etdiyini bildirib.

Read More

Analizlər göstərir ki, digər banklara nisbətdə ABB müştəriləri nisbətən daha yaşlı nəslin nümayəndələridir. Öz istehlakçı bazasında ABB «Müştərini düşünən», «Uyğun faiz şərtləri təklif edən» və «Keyfiyyətli xidmət göstərən» bir bank kimi mövqelənib. GDP xəbər verir ki, bu fikirlər “Business Insight” şirkətinin Azərbaycanın “Tövsiyyə” Çempionları Hesabatında əks olunub. Hesabatın davamında bildirilir: “Kapital Bank-ın riteyl bazarının lideri olması onun bir sıra brend xarakterinə də yaxşı mənada təsir edib. Belə ki, qavrayışlarda Kapital Bank rəqiblərinə nisbətdə «Mobil internet bankçılığı», «Yenilikçi», «Gəlirli», «Şöbə və ATM saylarının çoxluğu» kimi xüsusiyyətləri özündə ehtiva edir.” Əlavə edilib ki, müştəri xidmətləri keyfiyyəti isə Kapital bank və ABB-nin ortaq…

Read More

“Türkiyə BRICS təşkilatına qoşulmaq niyyətindədir”. GDP xəbər verir ki, bunu “South China Morning Post” qəzetinə müsahibəsində , bu barədə məlumatı Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.  O bildirib: “Bu məsələ təşkilata üzv ölkələrin nazirlərinin Nijni Novqorodda keçiriləcək görüşündə müzakirə ediləcək: “Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Görək, bu il nəyə nail ola biləcəyik”. Qeyd edək ki, BRICS-ə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləri daxildir.

Read More

Sosial Tədqiqatlar Mərkəzində Mərkəzi Bankın İstehlakçılarla iş departamenti ilə Mərkəz arasında görüş keçirlib. GDP xəbər verir ki, görüşdə Mərkəzi Bank tərəfindən İstehlakçılarla iş departamentinin direktoru Murad Məmmədov, İstehlakçılarla iş departamentinin Vətəndaşların qəbulu şöbəsinin rəisi Vüsal Hüseynov, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Mərkəzin icraçı direktoru Sahib Məmmədov, Sosial-iqtisadi təhlil departamentinin müdiri Seymur Əliyev iştirak edib. Mərkəzi Bankla Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Birgə fəaliyyətlə bağlı təkliflərin hazırlanaraq Mərkəzi Bankın və Sosial Tədqiqatlar Mərkəzinin idarə heyətlərinə təqdim olunması qərara alınıb.

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “AFB Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. Məlumata görə, inzibatçı təyinatı ilə bağlı qərarın qəbul edildiyi tarixdən 5 iş günü müddətində Mərkəzi Banka yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” qanunun 15.2-ci maddəsi ilə müəyyən edilmiş tələbə “AFB Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq banka daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Read More

“Biz 2027-ci ilin sonunda 2 qiqavat bərpaolunan enerji əldə edəcəyik. Bu, olduqca real rəqəmdir və hələ ki, başlanğıcdır”. GDP xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib. Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində su elektrik enerjisi baxımından nəhəng potensialın olduğunu vurğulayan dövlət başçısı bildirib: “2020-ci ilin noyabrında həmin əraziləri azad edəndən sonra biz artıq 270 meqavat gücündə su elektrik stansiyaları istismara vermişik. Üç-beş il…

Read More