Neft qiymətləri ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatların əvvəlki sessiyada yüksəlməsindən sonra bir qədər ucuzlaşıb.
Bakı vaxtı ilə saat 8:20-yə Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçerslərinin dəyəri bir barel üçün 85,63 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,08 dollar və ya 0,09% azdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda avqust ayı üçün WTI neftinin qiyməti 0,06 dollar və ya 0,07% ucuzlaşaraq 81,23 dollar/barelə bərabər olub.