Author: Aynure Gdp

Brent markalı neftin bir barreli 86,18 dollara yüksəlib. GDP xəbər verir ki, neftin qiyməti geosiyasi risklər səbəbindən artmağa başlayıb. Londonun ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersləri 0,47 dollar və ya 0,55% artaraq 86,18 dollar/barelə çatıb. Nyu-York əmtəə birjasında avqust ayı üçün WTI neftinin qiyməti 0,43 dollar və ya 0,54% artaraq 81,72 dollar/barelə bərabər olub.

Read More

24 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: Qiymətli kağızın ISIN kodu: AZ2087008689 Emissiya həcmi: 50,000,000 manat Nominal qiyməti: 1,000 manat Hərrac qiyməti: 1,000 manat İstiqrazların tədavül müddəti: 7200 gün Faiz dərəcəsi: 3.25 % Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir) Anderrayter: “Unicapital İ.Ş” ASC Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir. BFB-də ticarətdə iştirak etməkdə maraqlı…

Read More

Lider həyat sığortası şirkəti olan PAŞA Həyat-ın baş sponsorluğu ilə iyunun20-21-də Bakıda sayca 10-cu Azərbaycan Beynəlxalq Sığorta Forumu(“Azerbaijan International Insurance Forum” – AIIF-2024) baş tutub. PAŞA Həyat-dan GDP-yə verilən məlumata görə, forumun məqsədi yerli sığortaçılarla dünya sığortaçılarının birbaşa kommunikasiyasını gücləndirməkdir. İki gün davam edən Forumda həyat sığortası və bank kanallarının birgəfəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarəedilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktualolan mövzular ətrafında müzakirələr aparıldı. PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov “Bancassurance”panelində çıxış edərək, bankassurance modelinin yeni trendlərə uyğun olaraqməhz müştəri mərkəzli yanaşmalar əsasında yaradılması və bu prosesdərəqəmsallaşmanın önəmi haqda…

Read More

Tural Yusifov və şəriki Ramin Səfərov Azərbaycan, eyni zamanda qlobal səviyyədə problem olan iqlim dəyişikliyinin əsas səbəblərindən birinə çevrilmiş yaşıllıqların və meşə sahələrinin azalması probleminə optimal həll təklif edən “Green Public” startapını yaradıb. Starpın əsas hədəfi insanların ağac əkmə istəyinin dəyərləndirlərək onlara ən doğru formada kömək etməkdir. Bu barədə fikirlərini  GDP ilə “Green Public”in yaradıcılarından biri  “AvtoStop” layihəsinin rəhbəri Tural Yusifov bölüşüb Sizin yaratmağı planlaşdırdığınız startap hansı problemin həllinə yönəlib? – Bizim yaratdığımız “Green Public” startupı yaşıl dünyanın inkişafına dəstək olmaq məqsədi ilə yaradılıb. “Green Public” mən Tural Yusifov və mənim şərikim Ramin Səfərov tərəfindən fikirləşilən və həyata keçirilməyə çalışılan…

Read More

Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların maliyyə göstəriciləri Mərkəzi Bankın (AMB) prudensial tələblərinə tam uyğundur. Bu barədə açıqlamasında AMB-nin baş direktoru Ziya Əliyev deyib. Onun sözlərinə görə, maliyyə göstəricilərində olan uyğunsuzluğa, məcmu kapitalın çatışmazlığı ilə bağlı hər hansı bir hal yoxdur: “Bu səbəbdən də hansısa sığortaçının bazarı tərk etməsini gözləmirik. Çünki bunun üçün səbəb yoxdur”. Z. Əliyev qeyd edib ki, sığorta bir biznes sahəsidir və orada səhmdarlar biznesin inkişafı ilə bağlı qərarı özləri verirlər: “Biznesin davam etdirilməsi və ya bazardan çıxması ilə bağlı səhmdarların qərarları ola bilər. Bizim bazar da digər ölkələrdəki kimi bu hallarla qarşılaşa bilər. Bu, normaldır və hər…

Read More

Kaspersky “Android” və “iOS” əməliyyat sistemləri ilə çalışan mobil cihazları qorumaq üçün nəzərdə tutulan tətbiqləri yeniləyib. Yeniləmələrlə Android üçün Kaspersky tətbiqi indi istifadəçiyə qarşı casusluq edən “bluetooth” cihazları haqqında məlumat verir. Artıq tətbiqin həm “Android”, həm də “iOS” versiyalarında telefon nömrəsinə bağlı üçüncü tərəf xidmətlərindən istifadəçinin şəxsi məlumatlarının sızması barədə bildiriş funksiyası mövcuddur. Tətbiqləri “Google Play” və “App Store”dan yükləmək mümkündür. Cari funksiyalar Android üçün 11.113 və iOS üçün isə 2.82 versiyalarından başlayaraq mövcuddur. İstifadəçilərə təqdim olunan funksiyalar dəsti əməliyyat sistemindən asılı olaraq dəyişir. “Bu gün biz bütün dünyada, o cümlədən Azərbaycanda mobil cihazlarda müxtəlif növ kibertəhlükələr aşkarlayırıq. Bunlar mobil…

Read More

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar. GDP xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verdi. Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni…

Read More

Azərbaycan hökuməti Qarabağ regionunu dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevirmək niyyətindədir. GDP xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib. “Cəbrayıl, Qubadlı və Zəngilanda zəngin günəş enerjisi resurslarından istifadə edərək, biz yaşayış binalarına və küçə infrastruktur sistemlərinə günəş panellərini inteqrasiya edirik. Bundan əlavə, elektrikli nəqliyyat vasitələri üçün günəş enerjisi doldurma stansiyaları, “ağıllı parkinq” və digər ekoloji cəhətdən təmiz həllər kimi təşəbbüslər davamlı təcrübələrin həyata keçirilməsinə sadiqliyimizi vurğulayır”, – o bildirib. V.Hacıyev xatırladıb ki, Cəbrayılda Böyük Britaniyanın…

Read More

Ölkəmizdə keçirilən AIIF-2024 (Azərbaycan Beynəlxalq Sığorta Forumu – Azerbaijan International Insurance Forum) tədbirinin “Bancassurance” panelində yerli və xarici həmkarlarımızla fikir mübadiləsi apardıq. GDP xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin Sədri Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Sığorta Forum”u barədə bildirib. O qeyd edib “Bank və sığorta sektorları arasında mümkün sinerji imkanlarını nəzərdən keçirdik. Mövcud perspektivləri dəyərləndirməyə çalışdıq. 7 növ sığorta məhsulu və investisiya həllərini müştərilərimiz üçün əlçatan edən uğurlu rəqəmsal biznes modelimiz barədə fikirlərimizi də bölüşdük” Abbas İbrahimov bildirib: “ABB-nin maliyyə ekosistemi yaratmaq hədəflərinə doğru bundan sonra da tərəfdaşlarımızla birgə irəliləyəcəyik.”

Read More

ARDNF-nin büdcəsinin dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklərin icrası məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir. Bu barədə GDP-yə Azərbaycan Dövlət Neft Fondundan (ADNF) məlumat verilib Bildirilib: “Fond tərəfindən valyuta satışı Fondun büdcə xərclərinə uyğun olaraq aylıq və rüblük bölgü planı əsasında həyata keçirildiyindən, valyuta tələbinin artması ilə əlaqədar Fondun valyuta satışı üzrə bölgü planının aylıq icrasında baş verən təbii kənarlaşmalar növbəti ayların valyuta satışları hesabına tənzimlənir.” Neft Fondu açıqlayır: “Beləliklə, valyuta tələbindən asılı olmayaraq Fondun büdcə xərcləri və satılan valyutanın illik həcmləri üzrə limitlər Fondun dayanılı olmasını təmin…

Read More