Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına mikro sahibkarlara bizneslərini genişləndirmək və inkişaf etdirmək üçün güzəştli kredit fürsəti təqdim edilir.
GDP xəbər verir ki, Birbank Biznes vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5% olmaqla 100 000 AZN-dək güzəştli kredit imkanından faydalana bilərlər. Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir.
Tələb olunan sənədlər:
-Şəxsiyyət vəsiqəsi
-VÖEN
-Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd.