Author: Aynure Gdp

2025-ci ilin yanvar–noyabr ayları üzrə investisiya şirkətlərinin ümumi əməliyyat həcmlərində 2024-cü illə müqayisədə ən böyük dəyişiklik “PAŞA Kapital”ın nəticələrində özünü göstərir. Şirkət 2025-ci ildə əməliyyat həcmini 23,3 milyard manatdan 41 milyard manata yüksəldərək 76,14% artım əldə etmiş və bazarda aparıcı mövqeyə sahib olmuşdur. Oxşar yüksəliş CPM-İnvest tərəfindən də nümayiş etdirilib: şirkət həcmini demək olar ki, iki dəfə artıraraq 96,8% artımla 5,8 milyard manata çatdırmışdır. Bu tendensiya göstərir ki, iri portfelli və aktiv investisiya strategiyaları yürüdən şirkətlərin bazardakı payı əhəmiyyətli şəkildə yüksəlib. Digər tərəfdən, uzun illərdir bazarın ən böyük oyunçusu olan “ABB İnvest” üçün 2025-ci il geriləmə ilə xarakterizə olunur. Şirkət…

Read More

2025-ci ilin ilk 11 ayı üzrə Bakı Fond Birjasının fəaliyyət göstəriciləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə bazarda həm struktur, həm də dinamik dəyişikliklərin baş verdiyini göstərir. GDP Bakı Fond Birjasına isrtinadla xəbər verir ki, sözügedən dövrdə Birjanın ümumi ticarət həcmi 63,7 mlrd manatdan 58,2 mlrd manata düşərək təxminən 8,7% azalma nümayiş etdirib. Bu azalma əsasən REPO və ARMB notları seqmentindəki geriləmə ilə bağlıdır. Ümumi əməliyyat sayı isə daha kəskin 57,6% səviyyəsində azalaraq 63 min əməliyyatdan 26,8 min əməliyyata enib. Bu dəyişikliklər bazarda iştirakçı davranışlarının və likvidliyin struktur xarakterli dəyişdiyini göstərir. Dövlət Qiymətli Kağızları (DQK) bazarında 2025-ci ilin yanvar -noyabr…

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfəri çərçivəsində Koreya Maliyyə Nəzarət Xidmətinin (KMNX) sədri Li Çanjin ilə görüşüb. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, görüşdə hər iki ölkənin maliyyə sektorunun vəziyyəti, aparılan islahatlar və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi barədə təcrübə və məlumat mübadiləsi aparıblar. Görüşün əsas mövzularından biri də Azərbaycan Mərkəzi Bankı ilə Koreya Maliyyə Nəzarət Xidməti arasında gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər olub. Tərəflər bu sahədə qarşılıqlı əlaqələri genişləndirmək və təcrübə mübadiləsini daha da dərinləşdirmək istəyini bildiriblər.…

Read More

Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. GDP xəbər verir ki, Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb. Sazişə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada sindikat kredit ayırıb. Yerli valyutada maliyyələşdirmə borcalanların valyuta risklərini azaldır və ölkədə kiçik və orta sahibkarların maliyyə dayanıqlığını gücləndirir. “Bu investisiya ilə biz Azərbaycandakı sahibkarların inkişafına birbaşa dəstək veririk. Yerli valyutada…

Read More

Pərakəndə bitcoin investorları, Maykl Seylorun Strategy fondunda yatırım edənlər, hazırda zərər içindədir. Fondun səhmləri son maksimum göstəricilərdən 60% aşağı düşüb və kriptovalyuta bazarındakı ümumi eniş fonunda vəziyyət daha da ağırlaşır. Şirkət bazar panikasını azaltmaq və qiymətlər bir qədər də düşərsə, bitkoinlərin satılmasının qarşısını almaq məqsədilə bazar ertəsi 1.4 milyard dollar həcmində ehtiyat yaratdığını açıqlayıb. Bu ehtiyat dividend və faiz ödənişlərini qarşılamaq üçün nəzərdə tutulub. Lakin bir çox investor üçün artıq ciddi itkilər yaranıb. Strategy-nin üç birja fondu — MSTX, MSTU və MSTP — xüsusilə ağır zərər görüb. Bitcoin üzrə ikiqat leveraged (yüksəldilmiş riskli) strategiya tətbiq edən bu fondlar 2025-ci ildə…

Read More

2025-ci ildə rezident maliyyə institutlarının kart əməliyyatlarının sayı 220,304.1 min ədəd təşkil edərək, 2024-cü ilə nisbətən 46,972.1 min ədəd və ya 27.1% artmışdır. Əməliyyat həcmi isə 12,873.7 min manat təşkil edərək, 2024-cü ilə müqayisədə 1,710.1 min manat və ya 15.3% artmışdır. Visa Kartları: Visa kartları üzrə əməliyyatların sayı 39,289.5 min ədəd və ya 38.6%, həcmi isə 1,587.5 min manat və ya 25.6% artmışdır.     Visa kartı bazar payını əhəmiyyətli dərəcədə artıraraq 2025-ci ildə 64.08%-ə yüksəlmişdir ki, bu da 2024-cü ilə nisbətən 5.36% artımın göstəricisidir. Visa-nın bazar payının artması, həm əməliyyat sayında, həm də ümumi bazar strukturunda onun dominantlığının güclənməsini…

Read More

Ləğv prosesində olan “Muğanbank” ASC 1 dekabr 2025-ci il tarixindən etibarən fəaliyyətini yeni ünvanda davam etdirəcək. Bankın ləvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən yayımlanan rəsmi məlumatına əsasən, qurumun yeni ünvanı Bakı şəhəri, Xocalı prospekti 36A (ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi) kimi müəyyən edilib. Müştərilərə qeyd edilən tarixdən etibarən bankın yeni ünvanı ilə əlaqə saxlamaq tövsiyə olunur.

Read More

Sərfəli mobil operator “Nar” “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” adlı konfransda korporativ sosial məsuliyyət (KSM) sahəsində milli təcrübənin inkişafı və şirkətlərlə QHT-lər arasında əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib. Tədbir Azərbaycan Milli QHT Forumu və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib. Üç gün davam edən tədbirdə aparıcı şirkətlər, banklar, biznes assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı KSM-in sadəcə sosial aksiyalar deyil, biznes idarəetməsinin strateji hissəsi olduğu vurğulanıb. Tədbir çərçivəsində təşkil edilən konfransda “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova şirkətin…

Read More