- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, AZAL isə 252 min sərnişin daşıyıb. GDP xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur. Ötən ay 14-ü aşağıbüdcəli (loukoster) olmaqla 34 aviaşirkət Bakıya və Bakıdan 4 905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55 %-i xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, AZAL isə 252 min sərnişin daşıyıb. Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət göstərilib. Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub – 2023-cü ilin may ayı ilə müqayisədə…
Bu gün Azərbaycanda işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkədə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir: “Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir”. “Rəsmi…
S&P 500 və Nasdaq yüksəlib və rekordları yeniləyib. Treyderlər ABŞ Əmək Departamentinin ötən ay ölkədə inflyasiyanın gözləniləndən daha əhəmiyyətli azaldığını göstərən hesabatını, həmçinin Federal Ehtiyat Sisteminin (FED) iclasının nəticələrini qiymətləndiriblər. May ayında ABŞ-da istehlak qiymətlərinin (CPI indeksi) artım tempi bir ay əvvəlki 3,4%-dən illik ifadədə 3,3%-ə düşüb, ərzaq və enerji xərcləri 6% (Əsas CPI indeksi) istisna olmaqla, inflyasiya 3-dən 3,4%-ə qədər zəiflədi. Dow Jones indeksi 0,09% azalaraq 38 712,21 bənd təşkil edib. S&P 500 0,85% artaraq 5 421,03 bənd olub. Nasdaq 1,53% artaraq 17 608,44-ə yüksəlib.
Telegram-ın qurucusu Pavel Durov Qırğızıstana səfər edib, mənbələr onun səfəri barədə məlumatları təsdiqləyibGDP xəbər verir ki, milyarderin İssık-Kula getdiyi qeyd edilir.Durov daha əvvəl bildirmişdi ki, “orada həyatın necə olduğunu görmək, insanların Telegram-dan necə istifadə etdiyini və rəqəmsal ehtiyaclarının nə olduğunu öyrənmək üçün” bu yay Mərkəzi Asiyaya səfər edəcək.
Rusiya Mərkəzi Bankı açıqlayıb ki, iyunun 13-dən etibarən Honq-Konq dolları ilə ticarəti dayandıracaq və valyuta bazarında və Moskva birjasında qiymətli metallar bazarında ticarət sessiyasının başlama vaxtını dəyişdirəcək GDP xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında deyilir. Bildilir: “Cümə axşamı valyuta bazarı və qiymətli metallar bazarında ABŞ dolları, avro və Honq-Konq dollarından başqa valyutalarla ticarət sessiyası Moskva vaxtı ilə 9.50-də başlayır.”Qeyd olunur ki. Çərşənbə günü ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqini elan edib. Siyahıya, digərləri ilə yanaşı, Moskva Birjası və onun törəmə müəssisələri – Milli Hesablaşma Depozitarisi və Milli Klirinq Mərkəzi də daxil idi. Bunun fonunda birja dollar…
ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə, Moskva birjası bu gündən etibarən dollar və avro ilə ticarət aparmayacaq.GDP xəbər verir ki, ekspertlər ABŞ-ın bu cür sanksiyalar tətbiq etmək qərarını həm gözlənilən, həm də gözlənilməz adlandırıb.Eksperlərin fikrincə sanksiyalar gözlənilirdi – çünki onlardan ilk təhlükə 2022-ci ilin avqustunda gözlənilməz oldu – çünki ekspertin fikrincə, dollarla ödənişlərdən imtina etmək səyləri kifayət etməyib.
Hindistanın Ehtiyat Bankı Böyük Britaniyadan 100 tondan çox qızılı anbarlarına köçürüb. GDP xəbər verir ki, bu, Britaniyadan Hindistana təyyarə ilə göndərilən fiziki qızıla aiddir ki, bu da son 30 ildə ilk belə nüsxədir. Hindistanın Ehtiyat Bankı daha bir analoji köçürmə etməyi planlaşdırır.
Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini sabit saxlayıb.GDP xəbər verir ki, FED, proqnozlara uyğun olaraq, 2024-cü ilin iyun ayında ardıcıl yeddinci iclası üçün uçot faiz dərəcəsini 5.25 hədəf diapoxonunu 5.50% səviyyəsində saxlayıb. Siyasətçilər inflyasiyanın davamlı olaraq 2%-ə doğru irəlilədiyinə daha çox inam qazanana qədər hədəf duapazonunu azaltmağın məqsədəuyğun olacağını gözləmirlər.
Türkiyənin ASELSAN şirkəti Turkish Aerospace Industries-dən irihəcmli sifariş alıb. GDP xəbər verir ki Türkiyənin ASELSAN şirkəti ümumi dəyəri 48,76 milyon dollar olan “Unikal Helikopter” layihəsi çərçivəsində aviasiya avadanlığının tədarükü üçün Turkish Aerospace Industries-dən sifariş alıb.
Azərbaycanın 2023-cü ildə nəzərəçarpacaq dərəcədə aşağı olmuş karbohidrogen ixracının 2024-cü ildə müəyyən bərpa ilə dəstəklənməsi gözlənilir. GDP xəbər verir ki, bu Dünya Bankı qrupunun “Qlobal iqtisadi perspektivlər”ə dair hesabatında bildirilir. Hesbatada qeyd olunur: “Avropa İttifaqının (Aİ) yeni inkişaf planı subregion iqtisadi inteqrasiyanı gücləndirəcək və sosial-iqtisadi yaxınlaşmanı gücləndirərək Cənubi Qafqazda iqtisadi artımın 2024-26-cı illərdə təxminən 3,5% səviyyəsində sabitləşəcəyi proqnozlaşdırılır. Azərbaycanın 2023-cü ildə nəzərəçarpacaq dərəcədə aşağı olan karbohidrogen ixracında müəyyən bərpa ilə dəstəklənməsi gözlənilir.”
