- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
2024-cü ilin may ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2% artıb. GDP xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb Komitədən bildirilib: “May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib”
2024-cü ilin may ayında istehlak qiymətləri indeksi aprel ayına nisbətən 0,1 faiz azalıb. Yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artıb. GDP xəbər verir ki, Dövlət Statistika Komitəsi ()DSK) istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Komitədən bildirilir: 2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8 faiz azalıb (deflyasiya).
Qida məhsulları, içkilər və tütün məmulatları 1,4% ucuzlaşıb GDP xəbər verir ki, Dövlət Statistika Komitəsi ()DSK) istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb. Məlumatda bildirilir ki, 2024-cü ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin may ayına nisbətən 0,3% artıb, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz azalıb, qeyri-qida məhsulları üzrə 1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,2% artıb.
“Xarici ticarət balansında 2.7 milyard dollarlıq profisit təkrar gəlirlər balansında isə 180 milyon dollar profsit formalaşıb.” GDP xəbər verir ki, bunu “Tədiyə balansının açıqlamasına dair brifinq”də Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin rəhbəri Samir Nəsirov deyib. O bildirib: “2024-cü ilin birinci rübündə Azərbaycanın Cari Əməliyyatlar Balansının profisiti 1.7 milyard ABŞ dolları təşkil edib. Cari Əməliyyatlar balansı əsas 4 maddədən ibarətdir. Formalaşan 1.7 milyard dollarlıq profsit əsasən xarici ticarət balansında və təkarar gəlirlər balasındakı profsitdən təsirlənib.” Samir Nəzirov qeyd edib: “Xarici ticarət balansında 2.7 milyard dollarlıq profisit təkrar gəlirlər balansında isə 180 milyon dollar profsit formalaşıb”
2024-cü ilin 1-ci rübündə Tədiyə balansının kapital və maliyyənin hərəkəti hesabında 1.6 milyard dollarlıq kəsir yaranıb. GDP xəbər verir ki, bunu “Tədiyə balansının açıqlamasına dair brifinq”də Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin rəhbəri Samir Nəsirov deyib. Departament rəhbəri kəsirin yaranma səbəbi kimi ölkəmizin xarici maliyyə öhdəliklərinin ödənilməsini göstərib.
2024-cü ilin birinci rübündə Azərbaycanın Cari Əməliyyatlar Balansının profisiti 1.7 milyard ABŞ dolları təşkil edib. GDP xəbər verir ki, bunu “Tədiyə balansının açıqlamasına dair brifinq”də Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika Departamentinin rəhbəri Samir Nəsirov deyib. Xarici ticarət balansında 2.7 milyon dollarlıq position formalaşıb.Burada əsasən mal idxal və ixracının arasındakı fərq rol oynayıb.
Bu gün Şərqi Zəngəzur iqtisadi rayonunda ilk dəfə olaraq iki faydalı qazıntı yatağı hərraca çıxarılacaq.GDP xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Ehtiyatlardan İstifadə üzrə Dövlət Agentliyi tərəfindən hərrac Zəngilan rayonunun Ağalı kəndində keçiriləcək.Qubadlı rayonundakı Hacılı əhəngdaşı yatağı və Laçın rayonundakı Əhmədli təbii daş yatağı hərraca çıxarılacaq.
Çin Yuanı inflyasiya məlumatlarına görə daha yüksəlibGDP xəbər verir ki,treyderlərin son Çin inflyasiya rəqəmlərinə cavab verməsi nəticəsində yuan bir dollar üçün 7,26 civarına yüksəlib. Məlumatlar may ayında istehlak qiymətlərinin sabit nisbətdə artdığını, istehsalçı qiymətlərinin deflyasiyasının isə bir qədər mülayimləşdiyini üzə çıxardı ki, bu da Çin hökumətinin iqtisadiyyatı stimullaşdırmaq tədbirlərinin müsbət nəticələr verməyə başladığını göstərir. Bu arada, treyderlər ABŞ-ın əsas inflyasiya hesabatını və qarşıdan gələn Federal Ehtiyatın faiz dərəcəsi qərarını, Çindən gələn iqtisadi göstəriciləri, xüsusən də iqtisadiyyatın sağlamlığını ölçmək üçün kredit məlumatlarını gözləyərkən ehtiyatlı davrandılar.
İyunun 3-dən iyunun 9-dək Azərbaycandan Rusiyaya 1,2 milyon yumurta ixrac olunub.GDP xəbər verir ki, ümumilikdə, 2023-cü il dekabrın 19-dan Azərbaycan tərəfi Rusiya Federasiyasına 46,8 milyon ədəd yumurta tədarük edib.
Avropa rəsmiləri hərbi münaqişənin qitənin enerji təchizatına əlavə ziyan vurmasının qarşısını almağa çalışaraq, əsas Rusiya-Ukrayna boru kəməri ilə qaz tədarükünün davam etdirilməsi ilə bağlı danışıqlar aparır. GDP xəbər verir ki, Avropa Rusiya qazından imtina etməyə çalışır, lakin bir sıra Şərqi Avropa ölkələri onu Ukraynadan keçən boru kəməri ilə almağa davam edir. Tranzit müqaviləsinin müddəti bu ilin sonunda başa çatır. Və hərbi əməliyyatları nəzərə alaraq, əksər bazar müşahidəçiləri qaz tədarükünün tamamilə dayandırılacağını gözləyirlər. Amma Avropa hökumətlərinin və şirkətlərinin nümayəndələri ukraynalı həmkarları ilə qazın gələn il necə davam edəcəyini müzakirə edirlər.
