- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
- Bəhruz Nağıyev: “Miles&Smiles 7 ildə 29 min kart və 84 min biletə imza atıb”
Author: Aynure Gdp
Avropanın təbii qaz qiymətləri geri çəkilir GDP xəbər verir ki, Avropa təbii qaz fyuçersləri, artan tələb və tədarükün kəsilməsini kompensasiya edən qaz anbarlarının səbəbindən əvvəlki qazanclara baxmayaraq, meqavat-saat üçün təxminən 34 avroya düşüb. Qaz anbarları hazırda 70%-dən çox doludur və bu, LNG təchizatı və enerji sektorunun ehtiyacları ilə bağlı narahatlıqları azaldır.
2024-cü ilin I rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarındadəyişiklik müşahidə edilməsə də, əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə kredit standartlarında yumşalma müşahidə edilib. GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildilir ki,əvvəlki rüblə müqayisədə kredit kartları üzrə kredit standartlarında isə sərtləşmə nəzərə çarpmayıb. Banklar 2024-cü ilin II rübündə kredit kartları istisna olmaqla, istehlak kreditləri üzrə standartlarda yumşalma proqnoz edirlər.
2024-cü ilin ilk rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər açıqlanıb. GDP-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildilir ki, 2024-cü ilin ilk rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər bankların maliyyələşmə dəyəri, likvidlik mövqeyi, bankın risk iştahası və iri kreditorlarının maliyyə vəziyyətinə dair risklər olub. Sorğunun nəticələrində qeyd olunur: “Biznes kreditləri üzrə standartlara yumşaldıcı təsir edən faktorlar isə digər banklarla rəqabət, ümumi iqtisadi gözləntilər və uçot faiz dərəcəsinə dair gözləntilər olub”
Qanunvericiliyə əsasən bələdiyyə orqanları da mülki hüquq münasibətlərində digər hüquqi şəxslər kimi iştirak edir. Bəs bələdiyyə orqanlarının işçiləriylə əmək münasibətlərində, eləcə də gündəlik təsərrüfat əməliyyatlarında vergilərlə bağlı hansı məqamlar ola bilər ? Bələdiyyələr bank hesablarından pul vəsaitlərini nağdlaşdırdıqları zaman onlardan 1% sadələşdirilmiş vergi tutulmalıdırmı? Bələdiyyə orqanında çalışan işçilərin əmək haqqlarından vergi tutulmaları hansı dərəcəylə həyata keçirilməlidir? Bütün bu suallara vergi mütəxəssisi İlqar Əsədov aydınlıq gətirib İlk suala cavab olaraq İlqar əsədov bildirib: “Hərçənd Vergi Məcəlləsinin pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasıyla bağlı olan 220.12-ci maddəsi hüquqi şəxslər və fərdi sahibkarlara aid olsa da, bələdiyyələrə həmin maddə şamil edilmir. Doğrudur,…
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. GDP xəbər verir ki,istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 12 iyun 2024-cü il tarixindən başlayaraq 21 iyun 2024-cü il tarixinə kimi 5 iş günü ərzində “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 24 iyun 2024-cü il tarixində baş tutacaqdır. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı”Kapital Bank” ASCDövlət qeydiyyat nömrəsi –…
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin inzibati binasında Xidmətin rəis müavini Elnur Bağırov, Antiinhisar nəzarəti və İstehlak bazarına nəzarət şöbələrinin rəhbərləri Fuad Yadigarov və Yusif Tapdıqlının iştirakı ilə dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri (“Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs Mirzəyev İskəndər, “ATS Mill” MMC, “Dəvəçi Dəyirman” MMC və s.) və onları təmsil edən assosiasiyalarla görüş keçirilib. Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib. Tədbirdə qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi…
Azərbaycanla İspanyanın “İndra Sistemas” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib. GDP xəbər verir ki, nazir Mikayıl Cabbarov şirkətin vitse-prezidenti Luis Permuy ilə görüş keçirib. Görüşdə “Indra Sistemas” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib. İT və kommunikasiya xidmətləri, İT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın “Indra Sistemas” 46 ölkədə fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.
2024-cü ilin əvvəlindən bu günə qədər Radiotezliklər üzrə Dövlət Komissiyasına 25 müraciət daxil olub. GDP xəbər verir ki, onlardan 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü simsiz giriş şəbəkələri, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması ilə bağlı olub. 1 müraciət isə hüquqi şəxsin adında dəyişikliklə əlaqədar edilib. Dövlət Komissiyasının iclasında 19 müraciət müsbət cavablandırılıb və müvafiq icazələr verilib. 5 müraciətçiyə isə alternativ tezlik resurslarından istifadə etmək təklif edilib.
Yeni emissiya olunan 322 milyon səhm tam yerləşdirildikdən sonra özəl investorların ABB-nin nizamnamə kapitalındakı payı 10%-ə çatacaq, dövlətin payı 90%-ə enəcək. GDP xəbər veir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib: “Əsas məqsəd ABB-yə özəl investisiyaların, kiçik səhmdarların cəlb edilməsidir. Maksimal sifariş limitinin bir investor üzrə 20 min manat dəyərində 75 min ədəd səhm müəyyən edilməsi də bununla bağlıdır.” Abbas İbrahimov qeyd edib: “ABB 6 ildir ki, səhmdarlarına dividend ödəyir. Bu, hər il artıb. Bank daha da inkişaf etdikcə, gəlirlilik artıqda dividend gəlirliliyi hədəfi 15%-dən yuxarı tutulacaq.” ABB sədri deyib: “Hazırda səhmdarlarının qərarı sözügedən səhm buraxılışından…
Azərbaycan Mərkəzi Bankı (AMB) “E-manat” ödəniş terminallarının sahibi olan “Modenis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib. GDP xəbər verir ki, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib. “Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib.
