Author: Aynure Gdp

Azərbaycanın Mərkəzi Asiya blokuna qoşulması ABŞ və Avropa üçün yeni geosiyasi imkanlar açır. “Bu blok qərb ölkələri ilə əlaqələri gücləndirir ki, bu da energetika, tənzimləyici minerallar və Rusiya ilə Çinin strateji nəzarətinin qarşısının alınması sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır”,- deyə Forbes məqaləsində qeyd olunur. Xüsusi diqqət Azərbaycanın energetika və nadir torpaq elementləri sahəsindəki strateji potensialına yönəldilib. Forbes qeyd edir ki, ölkə əhəmiyyətli neft, qaz və nadir torpaq metal ehtiyatlarına malikdir – bu resurslar qlobal sənaye və regional iqtisadiyyat üçün açıcı əhəmiyyət kəsb edir. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, Azərbaycan “dünyada ən yüksək enerji özünəyetərlilik göstəricilərindən birinə malikdir, xam neft…

Read More

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb. Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Read More

Bakı Fond Birjası (BFB) yaxın günlərdə bazar iştirakçılarına interaktiv statistik həll təqdim edəcək. Bu yenilik treyderlərə, analitiklərə və data mütəxəssislərinə bazar göstəricilərini daha dərindən təhlil etmək, məlumatları real vaxtda izləmək və qərarvermə prosesini optimallaşdırmaq imkanı yaradacaq. GDP xəbər verir ki, bunu BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib. Onun sözlərinə görə, yenilənmiş veb-səhifədə istifadəyə verilən “Bazara baxış” bölməsi vətəndaşlara və investorlara bazarda bu gün ticarətdə olan qiymətli kağızlar, mövcud istiqrazlar və ümumi bazar seqmentləri barədə operativ məlumat təqdim edir. Qasımov qeyd edib ki, təqdim olunacaq yeni analitik həllər bazar iştirakçılarının məlumatlara…

Read More

Rəqəmsal fırıldaqçılıq hallarının böyük əksəriyyəti vətəndaşların psixoloji cəhətdən manipulyasiya edilməsi yolu ilə həyata keçirilir. Bu məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib. O qeyd edib ki, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, banklar və finteklərdən ibarət ekspert qrupu yaxın gələcəkdə genişləndirilməsi nəzərdə tutulan pilot layihə üzərində işləyir. Cuvarovun sözlərinə görə, Daxili İşlər Nazirliyinə daxil olan şikayətlər əsasında təhlil göstərir ki, fırıldaqçılığın üç əsas növü var və onların təxminən 80-90%-i “müştərinin manipulyasiya olunması” kateqoriyasına aid edilir. Bu, həmçinin sosial mühəndislik adlanır. Mütəxəssis fırıldaqçılığın əsas kateqoriyalarını belə izah edib:…

Read More

25-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib. GDP xəbər verir ki, Tərtər rayonun Kəbirli kəndində yerləşən “Aqropat” MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Dolu nəticəsində təsərrüfatda həm miqdar, həm də keyfiyyət itkisi baş verib. Qeyd edək ki, dolu nəticəsində yaranan keyfiyyət itkisi riski Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Aqrar sığorta Qaydaları”nda nəzərdə tutulur. Dolu nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolunun vurduğu zədələr nəticəsində meyvənin qabıqlarının çapılması, qaralması,…

Read More

IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Bank Respublika ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Xətai Gəncəliyev sektorda mərkəzləşdirilmiş anti-fraud sisteminin tətbiqi ilə bağlı mövcud vəziyyət və qarşıda duran çətinliklərdən danışıb. GDP -nin məlumatına görə, Xətai Gəncəliyev bildirib ki, digər banklar kimi Bank Respublika da mərhələli şəkildə mərkəzləşdirilmiş fırıldaqçılıqla mübarizə sisteminə keçid prosesini həyata keçirir. Lakin bu istiqamətdə bir sıra mövcud və potensial çətinliklər mövcuddur. Onun sözlərinə görə, ən əsas problemlərdən biri bulud həllərinə dair mövcud məhdudiyyətlərlə bağlıdır. Birinci və əsas çətinlik kimi bulud həllərinə qoyulan məhdudiyyətlər göstərildi. Direktor bildirdi ki, bazarda mövcud olan əsas təchizatçılar (vendorlar) demək olar ki, yalnız bulud…

Read More

2025-cü ilin oktyabr ayında “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ümumi dəyəri 20 milyon manat olan istiqraz buraxılışını 27 oktyabr tarixində dövlət qeydiyyatına aldırmışdır. Şirkət istiqrazları “kütləvi təklif” üsulu ilə satışa çıxarıb. Eyni gündə, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti də istiqraz buraxılışı həyata keçirib. Şirkət 20 milyon ABŞ dolları dəyərində olan 20,000 ədəd istiqrazı qapalı yerləşdirmə üsulu ilə buraxmışdır. Hər bir istiqrazın nominal dəyəri 1,000 ABŞ dolları təşkil edir və ümumi buraxılışın həcmi 20 milyon ABŞ dolları olaraq müəyyən edilib. Qeyd edək ki,  2025-ci ilin oktyabrın 3-dən 30-dək olan dövr ərzində yerli səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən manat və xarici…

Read More

“Azərmaş Group” MMC-nin 2024-cü ilin maliyyə göstəriciləri, 2023-cü il ilə müqayisədə əhəmiyyətli bir artım nümayiş etdirib. Şirkətin satış gəlirləri 2024-cü ildə 63 milyon 657 min 809 manata çatmışdır, bu isə 2023-cü illə müqayisədə 104.1% artım deməkdir. GDP şirkətin maliyyə hesabatına istinadla xəbər verir ki, xalis mənfəət də 83.6% artaraq 9 milyon 335 min 410 manat olmuşdur. Bu artım şirkətin gəlir artımını səmərəli şəkildə idarə etdiyini və xərclərin nisbətən aşağı tempdə artdığını göstərir. Ümumi mənfəət marjası isə təxminən eyni səviyyədə qalmışdır, 2024-cü ildə bu göstərici 26.1%, 2023-cü ildə isə 26.4% olmuşdur. Bu, şirkətin fəaliyyətindəki sabit gəlirliliyi göstərir. Şirkətin cəmi aktivləri 2024-cü…

Read More