Author: Aynure Gdp

2025-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış investisiya qiymətli kağızları ilə bağlı məlumat açıqlanıb. Bu dövr ərzində 14 yeni qiymətli kağız buraxılışı qeydiyyata alınıb. Onlardan 8-i səhm buraxılışı, 6-sı isə istiqraz buraxılışlarından ibarət olub. GDP xəbər verir ki, səhm buraxılışları əsasən “qapalı yerləşdirmə” üsulu ilə həyata keçirilib. Oktyabr ayında qeydiyyata alınmış ən böyük səhm buraxılışı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Şirkət 545 milyon 7 min 995 ədəd, nominal dəyəri 2 manat olan səhmlər buraxaraq, ümumi dəyəri 1 milyard 90 milyon 15 min 990 manat olan emissiya həyata keçirib. Digər əhəmiyyətli səhm buraxılışı isə “AZERFLOAT” Qapalı Səhmdar Cəmiyyətinə aiddir.…

Read More

2022-ci ildən etibarən Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2018-ci ildən başlayaraq vergi, gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib: “Bu dövr ərzində qeyri-neft qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58 %-dən, cari ilin son tarixinə 70 %-dək yüksəlib. 2022-2025-ci illərdə orta illik hesabla ümumdaxili məhsulun 3,3 % artması gözlənilir və bu da strategiya ilə müəyyən…

Read More

Azərbaycanda pul siyasəti üzrə islahatlar çərçivəsində ölkədə ilk dəfə olaraq banklararası bir gecəlik təminatsız əqdlər üzrə faiz dərəcəsi – AZIR indeksi Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb və davamlı olaraq uçot dərəcəsinə yaxın idarə olunub. GDP xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. O xatırladıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazların yerləşdirilməsinə başlayıb və 50 milyon manatlıq ilk buraxılışı açıq təklif üsulu ilə uğurla yerləşdirib: ” Bu, Azərbaycanın…

Read More

Dekabrın 15-də, saat 17:00-da “PAŞA Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. GDP xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək. Yığıncağın gündəliyi açıqlanmayıb. Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,2 %-i “Bless” MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Read More

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 74 korporativ istiqraz emissiyası təsdiq edilib. GDP xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. Bundan başqa, onun sözlərinə görə, 10 ayda qiymətli kağızlar bazarındakı əməliyyatların ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artaraq 55 milyard manat təşkil edib: “Dövr ərzində dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların dəyəri 8,9 milyard manat olub. ​Hesabat dövründə qiymətli kağızların dövlət qeydiyyatı üzrə 17 milyard manat həcmində emissiya həyata keçirilib”, – deyə o qeyd edib.

Read More

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 300 073 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib. GDP Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır. Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 614-ü (19,2 %) ilkin, 242 459-u (80,7 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 11,9 % çox və 4,9 % azdır. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 58 587, mənzil üzərində 78 092, torpaq sahəsi 152 521, qeyri-yaşayış binası üzərində 2 592, qeyri-yaşayış sahəsi üzərində 7 564, əmlak kompleksi üzrə 616, çoxmərtəbəli yaşayış binası üzərində 98 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı…

Read More

2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşun müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, inflyasiyanın hədəf daxilində idarə edilməsi həm iqtisadi artımın davamlılığı, həm də maliyyə sabitliyi üçün zəmin yaradacaq: “​Bu məqsədlə monitar sferada islahatlar davam etdiriləcək, inflyasiyanın amilləri və maliyyə bazarlarında gedən proseslərin təhlili dərinləşdiriləcək. ​Mərkəzi Bank pul siyasətini həyata keçirməklə, əsasən inflyasiyanın tələb amillərinin idarə olunmasına önəm verəcək. ​Təklif amillərinin effektiv idarə…

Read More

Azərbaycanda rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir. GDP xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib. “Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır”, – deyə o qeyd edib. Bundan başqa, Z.Nuriyev deyib ki, diqqəti çəkən digər bir məqam isə card-to-card tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə innovasiyalarının tətbiqini sürətləndirmək məqsədilə Xüsusi Tənzimləmə Rejimində (sandbox) əhəmiyyətli yeniliklər həyata keçirir. AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda etdiyi çıxışında bildirib ki, hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılıb, II qəbul dövrü üzrə isə bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.Xəlilov açıdı ki, innovativ məhsulların tənzimləmə mühitinə daha çevik inteqrasiyasını təmin etmək üçün “Pre-Sandbox” modeli hazırlanır. Həmçinin, xüsusi tənzimləmə rejiminə müraciətlərin davamlı açıq müraciət modeli əsasında qəbulu üçün işlər yekun mərhələdədir. “Bu yanaşma gələcəkdə maliyyə innovasiyalarının sınaq mühitinə daha çevik və fasiləsiz şəkildə qəbulunu…

Read More