- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
JPMorgan: 2026-cı ilin sonuna qədər qızılın qiyməti 5200-5300 dollar səviyyəsinə qalxa bilər, əsas hərəkətverici qüvvə isə inkişaf etməkdə olan ölkələrin mərkəzi banklarının davam edən alışları olacaq.
Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin neftin bir bareli həftəni 67,94 ABŞ dolları səviyyəsində başa vurub. GDP xəbər verir ki, həftə ərzində neftin orta qiyməti 66,50 ABŞ dolları olub. Həftənin ilk günündən etibarən qiymət ardıcıl dörd gün ərzində qalxaraq, ümumi artım 2,86 ABŞ dolları və ya 4.39 % təşkil edib.
Çinli tədqiqatçılar, məlumat mərkəzlərində sürəti min dəfə artıran və süni intellekdən istifadə edən foton kvant çipini təqdim etdilər. Bu, dünyada ilk dəfə hazırlanan 6 düymlük nazik-filmli möcüzə, Çinin Vıçjendə keçirilən Dünya İnternet Konfransında dünyanın hər yerindən gələn 400-dən çox iştirakçını geridə qoyaraq “Texnologiyada Liderlik” mükafatını yeni qazanıb. Zuchongzhi 3.0 (105 kubit) müəyyən tapşırıqların həllində Frontier superkompüterindən 1 kvadrilyon dəfə daha sürətlidir. Foton kompüteri Jiuzhang 2.0, klassik kompüterlərin 2,5 milyard il vaxt tələb edəcəyi bir problemi 200 saniyəyə həll etdi.
S&P Global məlumatlarına görə, bu il ABŞ-da 655 iri şirkət iflas edib, bu isə son 15 ildə ən yüksək göstəricidir.
Dubayda dünyanın ən yüksək oteli olan Ciel Dubai Marina açılıb. 364 metr hündürlüyü ilə bu möhtəşəm bina, qonaqlara unikal təcrübələr təqdim edir. GDP xəbər verir ki, otel, sürətli liftlər, şəhər və dənizə panoramik baxışlar, eləcə də iki hovuzla fərqlənir. Ciel Dubai Marina, 82 mərtəbəsi ilə qonaqlara müxtəlif səviyyələrdəki hovuzlardan, 360 dərəcəlik restoran və lounge-zonalardan möhtəşəm mənzərələr təqdim edir. Hər bir otaqda isə şəhərin canlı görüntüsünü izləməyə imkan verən şüşə divarlar yerləşir. Otelin digər üstünlükləri arasında səkkiz restoran, 24 saat fəaliyyət göstərən fitness mərkəzi və 61-ci mərtəbədə yerləşən spa mərkəzi də var. Bu qeyri-adi otel, Dubay şəhərini birbaşa izləmək imkanı yaratmaqla…
(®) Bakcell-in süni intellekt əsaslı meqa lotereyasında daha bir “Zeekr 001” qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə əsasən, 6-ci lüks avtomobil qalibi Rəbiyət Ağayeva olub. Məlumata görə, lotereya çərçivəsində süni intellekt hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” qaliblərini müəyyən edir. Lotereya 31 dekabr tarixinədək davam edəcək və növbəti həftələrdə daha 7 “Zeekr 001” avtomobilinin qalibləri elan olunacaq. Sən də cəmi 1 AZN ilə növbəti lüks avtomobil qalibi ola bilərsən! Lotereyada qalib gəlmək üçün sadəcə “Şans” paketlərini əldə etmək kifayətdir: 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES • 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES…
Azərbaycana olan turlar 2025-ci il oktyabr ayının nəticələrinə görə 11% ucuzlaşıb. GDP xəbər verir ki, Rusiya Dövlət Statistika Komitəsi (Rosstat) bu məlumatı yayıb. Rosstatın məlumatına əsasən, qiymətlərdə enmə trendi digər Cənubi Qafqaz ölkələri və regionlar üçün də qeydə alınıb. Belə ki, Abxaziyaya, Ermənistana və Gürcüstana olan tur paketləri də orta hesabla 11% ucuzlaşıb. Statistika həmçinin göstərir ki, ən kəskin qiymət enişi Türkiyədə qeydə alınıb. Türkiyəyə olan turlar oktyabr ayı ərzində 18%, Misirə olan turlar isə 12%-dən çox ucuzlaşıb.
Ölkənin aparıcı maliyyə və təhsil qurumlarının dəstəyi ilə 13-15 yaş arası şagirdlər üçün “Maliyyə Savadlılığı Viktorinası” təşkil olunur. Tədbir məktəblilərin pul, büdcə, qənaət və investisiya kimi maliyyə anlayışlarına aid biliklərini sınayacaq. Viktorina Azərbaycan Respublikasının Mərkəzi Bankı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilati dəstəyi, həmçinin ölkə banklarının tərəfdaşlığı ilə həyata keçirilir. Yarış üç mərhələdən ibarət olacaq: İlkin seçim mərhələsi (7 noyabr 2025): “Google Forms” vasitəsilə qeydiyyat və suallara cavab. Nəticədə 100 nəfər yarımfinala vəsiqə qazanacaq. Yarımfinal (27 noyabr 2025): “Zoom” və “Kahoot!” platformaları üzərindən onlayn keçiriləcək və 20 nəfər finalçı müəyyən ediləcək.…
Asiya İnkişaf Bankının (AİB) rəhbəri Masato Kanda bu gün Bakının İçərişəhər Metrostansını ziyarət edib və Bakı Metropoliteninin rəhbərliyi ilə paytaxtın nəqliyyat infrastrukturunun genişləndirilməsinin növbəti mərhələsinə hazırlıq məsələlərini müzakirə edib. GDP xəbər verir ki, AİB-nin Ölkə Tərəfdaşlığı Strategiyası çərçivəsində bank Azərbaycan Hökumətinin metro xidmətlərini modernləşdirmə, rəqəmsal əməliyyatları, sistem səmərəliliyini və şəbəkə tutumunu yaxşılaşdırma planlarını dəstəkləyir. Masato Kanda vurğulayıb ki, bu səylər şəhərdə hərəkətliliyi artıracaq, Bakı üzrə bağlantıları gücləndirəcək və insanlar və bizneslər üçün imkanları genişləndirəcək. AİB rəhbəri bildirirb ki, bank səmərəli, inklyuziv və gələcəyə hazır şəhər nəqliyyatını qurmaq üçün tərəfdaşları ilə yanaşı işləməyə davam edəcək. Qeyd edək ki, AİB Azərbaycanın…
Asiya İnkişaf Bankının (ADB) Prezidenti Masato Kanda Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Strategiyasının rəsmi olaraq təqdim edildiyini bildirib. GDP xəbər verir ki, Masato Kanda Maliyyə Naziri və ADB-nin nümayəndəsinin Sahil Babayevlə görüşdüyünü və Azərbaycan üçün yeni Asiya İnkişaf Bankı Ölkə Tərəfdaşlıq Strategiyasını rəsmi olaraq təqdim etdiklərini qeyd edib. Görüşdə Azərbaycanın inkişaf planlarının konkret nəticələrə necə çevrilə biləcəyi müzakirə olunub. Yeni strategiyada bərpa olunan enerji sahəsini inkişaf etdirən, dəmir yolu və metro sistemlərini modernləşdirən və özəl sektor tərəfindən idarə olunan artımı təmin edən rəqabətqabiliyyətli sənayeləri gücləndirən investisiyalar prioritet mövqedə qərarlaşıb. ADB rəhbəri son və gələcək maliyyələşdirmə sorğuları ilə bankın bu milli…
