Author: Aynure Gdp

Asiya İnkişaf Bankının (AİB) Prezidenti Masato Kanda bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. GDP xəbər verir ki, bu barədə rəsmi sosial şəbəkə hesabında məlumat bölüşən Asiya İnkişaf Bankının (AİB) Prezidenti bildirib ki, görüşdə Azərbaycanın regionlar və bazarlar arasında “körpü” rolunu necə formalaşdırdığı məsələsi müzakirə edilib. AİB-in Prezidenti açıqlamasında qeyd edib ki, danışıqlar zamanı Azərbaycanın uzunmüddətli strateji prioritetləri, o cümlədən iqtisadiyyatın diversifikasiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və ekoloji cəhətdən təmiz gələcəyə doğru sürətli keçid əsas müzakirə mövzuları olub. “Orta Dəhlizdən Xəzər regionu üzrə Yaşıl Enerji Dəhlizinə qədər ölkə Asiya və Avropa üzrə həyati əhəmiyyət kəsb edən bir birləşdirici zəncir kimi…

Read More

 “Taksonomiyaların Yol Xəritəsi Təşəbbüsü” çərçivəsində, BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP30) növbəti tədbiri zamanı dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına həsr olunmuş yüksək səviyyəli tədbir keçiriləcək. “Bakıdan Belemə: Özəl kapitalın cəlb edilməsini stimullaşdırmaq üçün taksonomiyanın qarşılıqlı əlaqəliliyinin inkişafı” adlı tədbir, Dayanıqlı Biznes üzrə COP (SB COP) və İnkişafın Maliyyələşdirilməsi üzrə Beynəlxalq Klub (IDFC) ilə əməkdaşlıqla həyata keçiriləcək. Tədbirin əsas məqsədi, COP29-da müəyyən edilmiş və 2035-ci ilə qədər ildə ən azı 1,3 trilyon ABŞ dolları məbləğində iqlim maliyyəsi səfərbər etməyi hədəfləyən Yeni Kollektiv Kəmiyyət Hədəfinə çatmaq üçün zəruri olan özəl kapitalın hərəkətə gətirilməsini asanlaşdırmaqdır. Bu məqsədlə, müxtəlif yurisdiksiyaların dayanıqlı maliyyə…

Read More

Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun rəhbərliyi altında Braziliyanın Receita Federal gömrük qurumu ilə Azərbaycanın DGK-si arasında hökumətlərarası gömrük əməkdaşlığı sazişi imzlanıb. GDP xəbər verir ki, iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunmuş BMT-nin Konfransı (COP30) tədbiri çərçivəsində Braziliyanın Manaus şəhərində “Yaşıl Gömrük: İnnovasiya və Davamlılıq” mövzusu müzakirə edildi. Tədbirdə Azərbaycanın Dövlət Gömrük Komitəsinin (DGK) iqlim dəyişikliyi və ətraf mühitin qorunması sahəsindəki pioner rolu xüsusi vurğulanıb. Dünya Gömrük Təşkilatının (DGT) nümayəndəsi və Braziliyanın Federal Gəlirlər İdarəsinin gömrük üzrə rəsmiləri qeyd edib ki, COP-ların tarixində iqlim dəyişikliyi məsələlərinə həsr olunmuş ilk gömrük təşəbbüsü Azərbaycan tərəfindən 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı…

Read More

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  Avropa İttifaqının (Aİ) dəstəyi ilə hazırlanan “EU Business Climate Report: Azerbaijan 2024” hesabatında effektivlik baxımından bütün dövlət qurumları arasında birinci sırada qərarlaşdı. Bu, Azərbaycanda KOB sektoruna yönəlmiş və KOBİA tərəfindən icra edilən institusional siyasətin artıq ölçülə bilən real təsir yaratdığını və bunun beynəlxalq səviyyədə tanındığını göstərir. Son illər KOBİA tərəfindən sahibkarlıq mühitinin sadələşdirilməsi, xidmətlərin modernləşməsi və biznes-dövlət əlaqələrinin çevikləşməsi istiqamətində atılan addımlar öz praktiki nəticəsini verir. Xüsusilə KOB evləri modelinin Aİ tərəfindən innovativ təşəbbüs kimi tanınması təsadüfi deyil. Bu model sahibkarlara “tək pəncərə” rahatlığı ilə xidmət göstərir, bürokratik yükü azaldır, biznesin gündəlik ehtiyaclarına…

Read More

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % azdır. Gömrük daxilolmaları proqnozdan 3,2 % az icra edilib. “Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edərək proqnoza qarşı 96,8 faiz icra olunub”, – Maliyyə Nazirliyi bildirirb. Qeyd edək ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 79,6 %-i təmin olunub.

Read More

İpoteka və Kredit Zəmanət Fondu “satmaq öhdəliyi ilə kirayə” mexanizmi çərçivəsində Sumqayıt şəhərində 219 yeni mənzili vətəndaşların ixtiyarına verir. GDP xəbər verir ki,mənzillər Sülh prospektində yerləşən yaşayış kompleksində yerləşir və tam təmirli vəziyyətdə təqdim olunur. Təklif olunan yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Mənzillərin seçimi üçün elektron qapılar bu gün, 20 noyabr saat 15:00-da açılacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə Fondun veb-saytında yerləşdirilən keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi prosesi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçiriləcək. Bu proseslə bağlı…

Read More

 Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. GDP xəbər verir ki, görüş zamanı ölkədə BMK-nin dəstəyi ilə icra olunan təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planları ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin Mərkəzi Bank və BMK arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Read More

 Kapital Bankın İdarə Heyətinin Sədri Fərid Hüseynov LinkedIn sosial şəbəkəsində paylaşımında qeyd edib ki, gələcək cəsarət edib başlayanlarındır. GDP xəbər verir ki, Hüseynov bildirib ki, bankın 5 il əvvəl başladığı rəqəmsal transformasiya prosesində əsas hədəfin yeni texnologiyaları tətbiq etməkdən daha çox, yerli maliyyə sektorunda “mümkünsüz” görünəni mümkün etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün həmin cəsarətli addımların real nəticələri özünü göstərir. Son günlərdə Bir Ecosystem komandasının nümayəndələri Londonda McKinsey & Company-nin “QuantumBlack” komandası tərəfindən təşkil olunan “Süni İntellektlə Həyata Keçirilən Transformasiya” seminarında iştirak ediblər. Bankçılıq və maliyyə sahəsində süni intellektin imkanlarının müzakirə olunduğu tədbirdə “Agentic AI” və “Generative AI”…

Read More

Bakı Fond Birjasının (BFB) rəhbərliyi Azərbaycan Kapital Bazarı Assosiasiyası (AKBA), ABB Invest İnvestisiya Şirkəti və Pakistan-Azərbaycan Ticarət Palatasının nümayəndələrindən ibarət nümayəndə heyəti 10-14 noyabr tarixlərində Pakistanda rəsmi səfərdə olub. GDP xəbər verir ki, nümayəndə heyəti Kəraçidə “Kapital Bazarında Regional İnteqrasiya və İnnovasiya: Əməkdaşlığın Yeni Dövrü” mövzusunda keçirilən Beynəlxalq Kapital Bazarı Konfransı və Sərgisində iştirak edib. Bakı Fond Birjasının Baş İcraçı Direktoru Rüslən Xəlilov “Kapital Bazarı və Regional Əməkdaşlıq İmkanları” adlı panel müzakirəsində çıxış edərək, harmonizə olunmuş tənzimləmə, kiçik investorların iştirakı və fintex texnologiyalarının rolu kimi aktuial mövzulara toxunub. Səfər çərçivəsində Pakistan Fond Birjası (PSX), MUFAP, CDC, Al Meezan Investment Management…

Read More

Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən “Pul Siyasəti İcmalı”nda məlumat verilib ki, banklar həm sterilizasiya, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətlərindən istifadə ediblər. GDP xəbər verir ki,məlumata görə, yanvar-sentyabr ayları ərzində banklar tərəfindən iş günlərinin 100%-də bir gecəlik depozit daimi imkan alətinə, 11%-də isə bir gecəlik əks-repo alətinə müraciət olunmuşdur. Onu da qeyd edək ki, əməliyyat çərçivəsinin təkmilləşdirilməsi ilə əlaqədar cari ilin fevral ayından etibarən bir günlük daimi imkan depozit və əks-repo əməliyyatlarının müddəti 24 saatdan bir gecəliyə keçirilib

Read More