Author: Aynure Gdp

Keçən həftə PASHA Holding, məşhur İtalyan brendi Bvlgari-nin nümayəndə heyətini Bakıda qəbul edib. Dünya şöhrətli zərgərlik evinin Roma baş ofisindən Azərbaycana təşkil edilən bu ilk səfər, Blue Planet komandasının dəvəti ilə baş tutub. Səfər proqramı çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzində təşkil olunan yüksək zərgərlik üzrə “Opera Qalası”nda iştirak ediblər. Tədbir Bvlgari-nin Azərbaycan bazarındakı mövqelərinin möhkəmlənməsini bir daha nümayiş etdirib. Nümayəndə heyəti eyni zamanda PASHA Holding-in ofisində rəhbərliklə görüş keçirib. Görüşdə Avropa üzrə Baş Direktor Benjamin Beaufils, İtaliya və Türkiyə üzrə Baş Direktor Renato Munafó; PASHA Holding-in Baş İcraçı Direktoru Cəlal Qasımov, Blue Planet Distribution-un Baş İcraçı Direktoru Mehriban Axundova, PASHA…

Read More

Azər Türk Bank-ın Prosessinq Mərkəzinin direktoru Namid Abdulova yeni vəzifə verilib. Belə ki, o, artıq fəaliyyətini Kapital Bank-da davam etdirəcək. GDP xəbər verir ki, sorğumuza əsasən verilən məlumata görə Namid Abdulov bankın Ekvayrinq texnologiyaları sahəsinin lideri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, Namid Abdulov bakalavr təhsilini “Maliyyə və kredit” ixtisası üzrə alıb. Magistr dərəcəsinə isə həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetində yiyələnib. Eyni zamanda London Biznes Məktəbində “Biznes administrasiyasının idarə olunması” üzrə master proqramını keçib. O, Azər Türk Bank və Yapı Kredi Bankda məsul vəzifələrdə çalışıb.

Read More

Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdirilir. GDP xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Həmçinin dəyişikliyə əsasən,…

Read More

Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar ayında ölkənin xarici ticarət göstəricilərində 2025-ci ilin eyni dövrü ilə müqayisədə kəskin eniş qeydə alınıb. Həm ixrac, həm də idxal əhəmiyyətli dərəcədə azalıb, lakin ən böyük çöküş idxal seqmentində baş verib. GDP Dövlət Gömrük Komitəsinin yayımladığı məlumatlara istinadla xəbər verir ki, 2025-ci ilin yanvarında 5 milyard 90.83 milyon ABŞ dolları səviyyəsində olan xarici ticarət dövriyyəsi, 2026-cı ilin eyni dövründə 3 milyard 538.06 milyon ABŞ dollarına enib. Bir il ərzində ümumi ticarət həcmi 1 milyard 552.77 milyon ABŞ dolları azalıb. Faiz ifadəsində bu, 30.5 %-lik eniş deməkdir. Xarici ticarətin hər iki…

Read More

“Volkswagen” (VW) avtomobil konserni Fransada məhkəmə qarşısına çıxacaq. Şirkətə “insanların və heyvanların sağlamlığına təhlükə yaradan mallar barədə qəsdən yanıltma” ittihamı irəli sürüləcək. GDP xəbər verir ki, məhkəmə prosesinin çox güman ki, 2027-ci ildə başlanması gözlənilir. İttihamla üzləşən digər şirkətlər sırasında Fransanın “Renault” və “Stellantis” konsernləri də var. “Dizelqeyt” adlandırılan qalmaqal 2015-ci ildə ABŞ-da “Volkswagen”in dizel avtomobillərində zərərli tullantıların gizlədilməsi ilə bağlı iddialarla başlayıb. Daha sonra bir çox digər avtomobil istehsalçıları da oxşar əməllərdə ittiham olunublar. Müxtəlif ölkələrdə şirkətlərə milyardlarla avro cərimələr tətbiq edilib. Təkcə “Volkswagen” “Dizelqeyt” qalmaqalı ilə bağlı ümumilikdə 32 milyard avrodan çox məbləğ ödəyib.

Read More

The Wall Street Journal-ın JPMorgan Chase Institute analitik mərkəzinin araşdırmasına istinadən verdiyi xəbərə görə, ABŞ gəncləri getdikcə əlçatmaz hala gələn mənzil almaq əvəzinə, fond bazarına investisiya yatırmağa üstünlük verir. Araşdırmanın nəticələrinə əsasən, 2013-cü ildən 2023-cü ilədək olan dövrdə 25-39 yaş arası insanlar arasında broker hesablarına vəsait köçürənlərin payı üç dəfədən çox artaraq 14,4%-ə çatıb. Daha çarpıcı mənzərə 26 yaşlılar arasında müşahidə olunub: 22 yaşından sonra ən azı bir dəfə investisiya edənlərin payı 2015-ci ildəki 8%-dən 2025-ci ilin mayına qədər 40%-ə yüksəlib. JPMorgan Chase İnstitutunun tədqiqat direktoru Corc Ekerd qeyd edib: “Son illərdə pərakəndə investisiyalarda güclü artım müşahidə edirik. Bu insanlar…

Read More

Bank of America-nın proqnozlarına görə, ABŞ-ın dövlət borcu növbəti onillikdə sürətlə artaraq təxminən iki dəfə böyüyəcək və 64 trilyon dollara çatacaq. Bu artım fonunda qlobal maliyyə bazarlarında ABŞ dollarına qarşı mənfi əhvali-ruhiyyə hökm sürür. GDP xəbər verir ki, Financial Times-ın məlumatına görə, investisiya fondlarını idarə edən menecerlər ABŞ siyasətinin getdikcə daha gözlənilməz hala gəlməsi səbəbindən dollara qarşı son 10 ilin ən pessimist mövqeyini nümayiş etdirirlər. Araşdırmalar göstərir ki, fondların dollara sərmayə qoymaq riskini götürməyə hazırlığı, keçən ilin aprelində keçmiş prezident Donald Trampın genişmiqyaslı ticarət rüsumları tətbiq etdiyi dövrdən də aşağı səviyyəyə enib. Valyuta bazarındakı göstəricilər də bu həssaslığı təsdiqləyir. Dollar…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “A-Solutions” Elektron Pul Təşkilatı MMC-yə icrası məcburi göstərişlər verib. GDP xəbər verur ki, qurumun yaydığı məlumata əsasən, qərar nəzarət tədbirləri zamanı aşkar edilmiş bir sıra çatışmazlıqlarla bağlıdır. Bildirilib ki, şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, həmçinin informasiya təhlükəsizliyi, daxili nəzarət və risklərin idarə olunması istiqamətlərində müəyyən edilmiş nöqsanların aradan qaldırılması tapşırılıb. Mərkəzi Bankın göstərişləri icrası məcburi xarakter daşıyır. Qeyd olunan tələblərin yerinə yetirilməsi şirkətin fəaliyyətində müvafiq sahələr üzrə təkmilləşdirmələrin aparılmasını nəzərdə tutur.

Read More

Hazırda Mərkəzi Bank tərəfindən milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı, habelə Mərkəzi Bankın “Yubiley və xatirə pul nişanlarının onlayn satış sistemi” vasitəsi ilə satın alınmış pul nişanlarının təhvil verilməsi Mərkəzi Bankın ərazi idarələrində (Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsi), eləcə də Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən “Nağd pul ofisi”ndə həyata keçirilir. Əhalinin bu xidmətə əlçatanlığının artırılması, həmçinin vətəndaşlara daha operativ xidmət göstərilməsinin təmin edilməsi məqsədilə milli pul nişanlarının dəyişdirilməsi ilə bağlı xidmət 02 mart 2026-cı il tarixindən etibarən operator bankların (“Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC)…

Read More