Author: Aynure Gdp

Mərkəzi Bankın rəsmi məlumatlarına əsasən, Azərbaycan bank sektoru 2023-cü ilin sentyabr ayını sabit inkişaf dinamikası ilə başa vurub. Ölkədə fəaliyyət göstərən bankların ümumi aktivləri 56,138 milyon manat təşkil edib. Sentyabr ayı ərzində bank sektorunda müsbət trendlər müşahidə olunub. Bankların ümumi aktivləri və öhdəlikləri 0,8% artım göstərərkən, balans kapitalı isə daha sürətli – 1,3% artaraq 7,170,2 milyon manat səviyyəsini ötüb. Bankların ümumi öhdəlikləri 48,967,8 milyon manat olaraq qeydə alınıb. Kapitalın daha sürətli artım tempi bankların öz kapital bazasını gücləndirdiyini və risklərə qarşı daha yaxşı mövqedə olduğunu göstərir.

Read More

“CityNet TV” yə yeni qoşulan abunəçilər indi TV Plus xidməti ilə yanaşı “Digiturk” paketini xüsusi endirimlə əldə edə bilərlər. Kampaniya çərçivəsində “CityNet TV Plus + Digiturk” paketinə 26.99 AZN deyil, aylıq cəmi 19.99 AZN ödəyərək qoşulmaq mümkündür. Futbol və əyləncə sevənlər üçün ideal olan bu fürsət sayəsində “CityNet TV” istifadəçiləri canlı idman həyəcanını və keyfiyyətli əyləncəni eyni anda yaşamaq imkanı əldə edirlər. Abunəçilər bu endirimli qiymətdən bir il boyunca (12 ay) yararlana biləcəklər. Təklif 31 dekabr 2025-ci il tarixinə qədər qoşulan müştərilər üçün keçərlidir. Xüsusi endirimdən yararlanmaq üçün *1177 ilə əlaqə saxlaya bilərsiniz. “Digiturk” paketi çərçivəsində idman həvəskarları “BeIN Sports…

Read More

Qızılın qiyməti bir unsiyası üçün 4000 ABŞ dolları  həddinin altına enərək, onilliyin ən aşağı dinamikasını nümayiş etdirib. GDP xəbər verir ki, bunun əsas səbəbi ABŞ və Çin arasında ticarət müqaviləsində irəliləyiş qeydə alınması və fond bazarının güclənməsidir. Qızılın qiyməti keçən həftə 4380 ABŞ dolları ilə rekord səviyyəyə qalxsa da, həddindən artıq alınmış vəziyyət və ticarət danışıqlarındakı irəliləyiş səbəbilə gerilədi. Citigroup təhlilçiləri yaxın aylarda qiymətin 3800 ABŞ dolları səviyyəsinə qədər enəcəyini proqnozlaşdırır. Mərkəzi bankların tələbinin zəifləməsi də qiymətin aşağı düşməsində mühüm amil olub. Ekspertlər qeyd edir ki, hətta 3500  ABŞ dolları səviyyəsi belə qızıl üçün tarixi baxımdan yüksək qiymət olaraq qalır.

Read More

Beynəlxalq Valyuta Fondunun (BVF)  proproqnozlarına görə, ABŞ-ın dövlət borcu bu əsrdə ilk dəfə olaraq İtaliya və Yunanıstanın borc səviyyəsini keçəcək, bu da Amerikanın dövlət maliyyəsində ciddi problemlər olduğunu göstərir. GDP  xəbər verir ki, BVF-nin qiymətləndirmələrinə görə, onilliyin sonuna qədər ABŞ-ın ümumi dövlət borcu 20 faiz bənddən çox artaraq ölkənin ÜDM-nin 143,4%-nə çatacaq və pandemiyadan sonra qeydə alınmış əvvəlki rekordları üstələyəcək. Proqnozlara görə, ABŞ-ın büdcə kəsiri 2030-cu ilədək hər il ÜDM-in 7%-dən çox olacaq, bu da fondun bu il və bütün onillik ərzində müşahidə etdiyi bütün varlı ölkələr arasında ən yüksək göstəricidir.

Read More

Azərbaycan Respublikası Hesablama Palatasının apardığı auditə əsasən, COP29-un təşkili üçün daxil olan vəsaitin 92,5%-i dövlət büdcəsindən, 7,5%-i isə digər mənbələrdən təşkil edib. GDP Hesablama Palatasıının COP29-un auditinə dair məlumatına istinadla xəbər verir ki, əməliyyat xərclərinin böyük hissəsi iki əsas istiqamətə sərf edilib: Konfransın keçirilmə yerləri: 65,4% Məzmun dəyərinin formalaşdırılması: 10,2% Audit zamanı müəyyən edilmiş əsas tapıntılara aşağıdakılar aiddir: Ümumi büdcə aşılmaması şərtilə bəzi xərc kateqoriyaları üzrə büdcə artımı olub. Müqavilələrin icrasında avans ödənişlərində maksimal həddin gözlənilməməsi və təchizatda gecikmələr kimi nöqsanlar aşkar edilib. Uzunmüddətli aktivlər (maşın və avadanlıqlar) tədbirdən sonra bir sıra dövlət qurumlarının istifadəsinə veriləcək. Hesablama Palatasının qərarına əsasən,…

Read More

Yaponiyanın nəhəng avtomobil istehsalçısı Toyota Motor Corp, aprel-sentyabr ayları ərzində qlobal satışların 4,7 faiz artaraq yeni rekord müəyyən etdiyini açıqladı. GDP xəbər verir ki, bu artım əsasən Şimali Amerikada və Çində hibrid avtomobillərə olan davamlı tələbat hesabına əldə edilib. Şirkətin verdiyi məlumata görə, altı aylıq dövrdə ümumi satışlar 5,267,216 avtomobilə çataraq, iki ildən sonra ilk dəfə bu dövr üçün yeni rekord qeydə alınıb. Eyni zamanda, qlobal istehsal həcmi 6,0 faiz yüksəlib. Bölgələr üzrə təhlildə, ABŞ bazarda satışların 11,3 faiz artaraq 1,29 milyon avtomobilə yaxınlaşdığı qeyd edilib. Çində isə amansız qiymət rəqabətinə baxmayaraq, yeni elektrikli və hibrid modellərə maraq sayəsində satışlar…

Read More

2025-ci ilin yanvar-sentyabr ayları ərzində (cari ilin 9 ayında) Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən 1 milyard 157 milyon 254 min manat sığorta haqları hesablanıb. GDP xəbər verir ki, Mərkəzi Bankın məluamatına görə,hesablanmış sığorta haqları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 133 milyon 547 min manat və ya 13% çoxdur. 2024-cü ilin 9 ayında sığorta şirkətləri tərəfindən 1 milyard 23 milyon 707 min manat sığorta haqları hesablanmışdı. Cari ilin 9 ayı ərzində sığorta ödənişləri isə 130 milyon 150 min manat və ya 23,5% artaraq 683 milyon 896 min manat təşkil edib. Ötən ilin 9 ayında sığorta ödənişləri 553 milyon 746…

Read More

Azərbaycan sığorta bazarında şirkətlərin 2025-cü ilin yanvar-sentyabr ayı üzrə,  ümumilikdə sığorta şirkətləri 683.896 min manat dəyərində sığorta ödənişi etmişdir. GDP xəbər verir ki,  “Paşa Həyat Sığorta” 427.062 min manat sığorta ödənişi ilə  bazarın aparıcı şirkəti kimi ön plana çıxır. Onu 102.969 min manat gəliri olan “Paşa Sığorta” izləyir. Üçüncü yerdə isə 47.513 min manat gəlir qeydə alan “Atəşgah Həyat” Sığorta Şirkəti yer alır. Bazarın orta həcmli ödəniş edəni qrupunda “Atəşgah” Sığorta (29.471 min manat), “Qala Sığorta” (19.401 min manat) və “Meqa Sığorta” (11.836 min manat) kimi şirkətlər daxildir. Sıra Sığorta Şirkətinin Adı Sigorta Ödənişləri (min manat) 1 “Paşa Həyat…

Read More