- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
Author: Aynure Gdp
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi ilə bağlı qərarını elan edib. GDP xəbər verir ki, qərara əsasən, uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb. Bankdan edilən açıqlamada qeyd olunub ki, bu qərarın qəbulunda bir sıra amillər əsas götürülüb. Bunlara faktiki və gözlənilən inflyasiyanın 4±2% hədəf intervalı ilə uyğunluğu, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, həmçinin pul siyasəti qərarlarının real sektora ötürülməsinin xüsusiyyətləri daxildir. Bu, AMB-ın inflyasiyanı hədəf intervalında saxlamaq və iqtisadi artımı dəstəkləmək məqsədilə mövcud pul-kredit şəraitini sabit saxlamaq strategiyasını əks etdirir
GBM CEE Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Türkiyə 2025 Mükafatları çərçivəsində “İlin Müqaviləsi” nominasiyasının qalibi məlum olub. Bu mükafata Azərbaycan Beynəlxalq Bankı üçün Mashreq Bank-ın rəhbərlik etdiyi 12 beynəlxalq kreditor tərəfindən təqdim edilən 200 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış maliyyələşdirmə razılaşması layiq görülüb. Beləliklə Azərbaycanın aktivlərinə görə ən böyük bankı ABB “İlin müqaviləsi– Azərbaycan” mükafatı ilə təltif olunub. Bildirilir ki, mükafatlar arasında “İlin Maliyyə İnstitutları üzrə Sindikatlaşdırılmış Krediti”, “İlin Debüt Korporativ İstiqrazı”, “İlin Debüt Maliyyə İnstitutu İstiqrazı” və “İlin müqaviləsi – Azərbaycan” nominasiyaları yer alıb. Məlumata görə, layihədə hüquqi məsləhətçi qismində çıxış edən Dentons şirkətinə Dubay ofisinin partnyoru Qasim Aslam və Bakı ofisinin partnyoru Ülviya Zeynalova-Bockin rəhbərlik edib. Komandaya həmçinin hüquqşünaslar Arif Doha və Tofiqə…
Qızılın qiymətində son on ilin ən kəskin azalması qeydə alındıqdan sonra iri qızıl hasilatı şirkətlərinin səhmləri sürətlə ucuzlaşıb. Barrick Gold, Newmont və Agnico Eagle Mines kimi aparıcı istehsalçı şirkətlərin səhmləri çərşənbə axşamı 8 faizdən çox dəyər itirib. Eyni zamanda, sektordakı ən böyük istehsalçıları izləyən VanEck Gold Miners ETF fondu 9,5% eniş nümayiş etdirib — bu, mart 2020-dən bəri ən pis göstərici hesab olunur.
Sızdırılmış daxili sənədlərə görə, Amazon şirkəti 2027-ci ilə qədər ABŞ-da 600 minədək işçini robotlarla əvəz etməyihədəfləyir. GDP xəbər verir ki, Amazon-un robototexnika bölməsi şirkətin əməliyyatlarının 75 faizini avtomatlaşdırmaq üzərində işləyir. Bu proses nəticəsində yalnız ABŞ-da 160 min iş yerinin ləğv ediləcəyi gözlənilir. Sənədlərdə qeyd olunur ki, avtomatlaşdırma şirkətə hər məhsul üzrə təxminən 30 sent qənaət etməyə imkan verəcək. Layihənin 2027-ci ilə qədər tam gücü ilə işləməsi planlaşdırılır. Ekspertlər xəbərdarlıq edirlər ki, bu dəyişikliklər Amazon-un əməliyyat səmərəliliyini artırsa da, ABŞ əmək bazarında ciddi sosial və iqtisadi təsirlər yarada bilər.
Apple -ın səhmləri NASDAQ birjasında sürətlə bahalaşaraq 4,8% artım nümayiş etdirib və bir səhm üçün 264,38 dollar qiymət həddinə çatıb. GDP xəbər vetir ki, bu, texnoloji nəhəngin tarixində ən yüksək göstərici olub. Ekspertlərin fikrincə, artımın əsas səbəbi iPhone 17 modelinin ABŞ və Çin bazarlarında güclü satış göstəriciləridir. Yeni smartfon əvvəlki iPhone 16 modelini populyarlıq baxımından geridə qoyub və satışlar şirkətin maliyyə göstəricilərinə birbaşa təsir edib. Bu fonunda Apple-ın bazar kapitallaşması 3,92 trilyon dollara yüksəlib. Bununla da şirkət dünyada dəyərinə görə ikinci yerə yüksəlib — siyahının lideri isə hələ də NVIDIA olaraq qalır.
Carlsberg şirkəti cəmi 12 millimetr hündürlüyündə və 0,05 millilitr (bir damcı) həcmində olan dünyanın ən kiçik spirtsiz pivə butulkasını istehsal edib. Miniatür butulka tam etiket və qapaqla təchiz olunub. Şirkətin məlumatına görə, bu simvolik layihə insanların alkoqoldan məsuliyyətli istifadəsinin vacibliyini xatırlatmaq məqsədi daşıyır. Carlsberg nümayəndələri bildiriblər ki, layihə həm brendin innovativ ruhunu, həm də sağlam həyat tərzinin təbliğinə verdiyi önəmi vurğulayır.
Qızıl cəmi 2 saat ərzində 200 dollar ucuzlaşıb — bu, son 15 ilin ən kəskin gündəlik enişidir.
Dövlət Məşğulluq Agentliyi 3.2 milyon manata ofis icarəyə götürəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu (SK-AIH) və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında çərçivə sazişi imzalanıb. Bu barədə “Samruk-Kazyna” məlumat yayıb. “İmzalanmış saziş çərçivəsində tərəflər bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi də daxil olmaqla, enerji sahəsində birgə layihələr portfelini müəyyən etməyi planlaşdırırlar. “SK-AIH” fondu minoritar səhmdar qismində çıxış edəcək. Əməkdaşlıq Qazaxıstanla Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsi və yaşıl iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır”, – məlumatda qeyd olunub.
Kapital Bank- “Birbank” SİMA yeni nəsil imzanın inteqrasiyasına başlayıb. Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Fərid Hüseynov GDP.Az-a açıqlamasında bildirib ki, proses artıq bu ay etibarilə start götürüb: “Bu ay başlamışıq. Yəqin ki, marta qədər tamamlanar, amma detallı hələ baxmaq lazım olacaq,” – deyə o qeyd edib. Məsələ ilə bağlı AzInTelecom MMC-nin PR şöbəsinin rəhbəri Amin Nəzərli isə bildirib ki, quruma məxsus olan SİMA – yeni nəsil rəqəmsal imzanın Kapital Bank -“Birbank”a inteqrasiyası ilə bağlı razılıq əldə olunub: “Hazırda qarşılıqlı əməkdaşlıq çərçivəsində tərəfdaşa lazım olan bütün texniki və inzibati məsələlərdə dəstək göstərilməklə inteqrasiya prosesi aparılır,” – deyə Nəzərli vurğulayıb. Beləliklə, Kapital Bank və AzInTelecom arasındakı bu əməkdaşlıq rəqəmsal identifikasiya və…
