- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
Author: Aynure Gdp
“PAŞA Bank” ASC İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev GDP-yə verdiyi eksklüziv müsahibəsində bildirib ki, Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərraclarının məqsədi bank sektorunda likvidlik problemini aradan qaldırmaq deyil. Nağıyev qeyd edib ki, nə “PAŞA Bank”, nə də bütövlükdə ölkənin bank sektorunda likvidliklə bağlı hər hansı problem mövcud deyil: “PAŞA Bankın hazırda hər hansı bir likvidlik problemi yoxdur. Baxmayaraq ki, tələb 30% səviyyəsindədir, bizim ani likvidlik əmsalımız bu tələbdən 2-3 dəfə yüksəkdir. LCR (Likvidliyin Örtücülük Əmsalı) əmsalı isə 200%-dən yuxarıdır. Bizim heç bir likvidlik çətinliyimiz yoxdur. Nəinki bizim, həm də bütöv bank sektoru adından danışmaq istərdim – bank sektorunun da…
“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, Azərbaycanda istifadəçilərin ən çox razı qaldığı mobil bank tətbiqi ABB Mobile olub. GDP xəbər verir ki, araşdırma nəticələrinin əks olunduğu məlumata əsasən, ABB Mobile istifadəçilərinin 94,8%-i tətbiqdən razılıq ifadə edib. Onların 60,9%-i tətbiqə ən yüksək – “5”, 33,9%-i isə “4” qiymətini verib. Bu baxımdan bank mobil tətbiqləri arasında ikinci sırada LeoBank qərarlaşıb. Araşdırmaya əsasən, bu tətbiqdən istifadə edənlərin 93,9%-i məmnun qalıb. Respondentlərin 58,3%-i “5”, 35,6%-i isə “4” bal qeyd edib. Birbank istifadəçiləri arasında məmnunluq göstəricisi 91,2% təşkil edib. Onların 59,6%-i tətbiqi “5”, 31,6%-i isə “4” səviyyəsində dəyərləndirib. Daha az faizlə 7% “3”, 1,1% “2” və 0,7% “1” bal qeyd olunub. Daha aşağı nəticələrlə Ubank və Paşa Mobile Bank gəlir. Ubank istifadəçilərinin 88%-i tətbiqdən razı olduğunu bildirib – onların 68%-i “5”, 20%-i “4” bal verib. Paşa Mobile Bank üzrə məmnunluq göstəricisi 80% olub. Respondentlərin 53,3%-i tətbiqi “5”, 26,7%-i “4”…
“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırmanın nəticələrinə görə, “Birbank” 82%-lik göstərici ilə bank mobil tətbiqləri bazarında lider mövqedədir. GDP xəbər verir ki, araşdırmada qeyd olunur ki, “Birbank”ı 39%-lə “ABB Mobile”, 28%-lə isə “LeoBank” izləyir. Nəticələr göstərir ki, rəqəmsal bank xidmətləri sahəsində rəqabət artsa da, “Birbank” istifadəçi payı baxımından açıq fərqlə birinci yerdə qərarlaşıb. Ümumilikdə, bank tətbiqlərindən istifadə edənlərin payı mobil operatorların tətbiqlərindən istifadə edənlərlə müqayisədə 10% çoxdur — müvafiq olaraq 83%-ə qarşı 73%. təşkil edir.
“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı yeni araşdırma göstərib ki, ölkə əhalisinin 83%-i bankların mobil tətbiqlərindən aktiv şəkildə istifadə edir. GDP xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən, bu göstərici paytaxtda 86%, regionlarda isə 80% təşkil edir. İstifadəçilər arasında kişilərin payı 50,3%, qadınların payı isə 49,7% olub, bu da cinslər arasında istifadənin demək olar ki, bərabər səviyyədə olduğunu göstərir. Yaş göstəriciləri də maraqlı fərqləri ortaya qoyub. Belə ki, 35 yaşadək respondentlərin 85%-i, 36 yaş və yuxarı şəxslərin isə 80%-i bank mobil tətbiqlərindən yararlanır. Ümumilikdə, bank tətbiqlərindən istifadə edənlərin payı mobil operatorların tətbiqlərindən istifadə edənlərlə müqayisədə 10% çoxdur — müvafiq olaraq 83%-ə qarşı 73%. təşkil edir.
“Business Insight International Research Group” tərəfindən aparılan “Mobil Tətbiq Dünyası” adlı araşdırmanın nəticələrinə görə, ölkə əhalisi mobil tətbiqlərdən əsasən rasional və praktik məqsədlərlə faydalanır. GDP “Business Insight International Research Group”un araşdırmasına istinadən xəbər verir ki, respondentlərin böyük əksəriyyəti – 82% – mobil tətbiqlər vasitəsilə internet paketi almaq, 73% – balansı yoxlamaq, 42% isə balansı artırmaq funksiyalarından mütəmadi istifadə etdiyini bildirib. Araşdırma həmçinin müəyyən narazılıqları da üzə çıxarıb. Belə ki, istifadəçilərin 82%-i mobil tətbiqlərdən istifadə zamanı heç bir problemlə qarşılaşmadığını qeyd etsə də, 18%-i müxtəlif çətinliklərin mövcud olduğunu bildirib. Bu problemlər arasında texniki xətalar, proqramın gec açılması, sistemin səhv verməsi, tətbiqin donması və ya yavaş işləməsi, eləcə də balans və məlumatların səhv göstərilməsi kimi hallar xüsusi olaraq qeyd olunub.
“Business Insight” Beynəlxalq Araşdırma Qrupu tərəfindən aparılan “MOBİL TƏTBİQ DÜNYASI” araşdırmasının nəticələri açıqlanıb. Sorğuya əsasən, ölkə əhalisinin 73%-i mobil operator tətbiqlərindən istifadə edir. Paytaxt və regionlar arasında istifadə faizində müəyyən fərq müşahidə olunur. Belə ki, paytaxt sakinlərinin 76%-i, region sakinlərinin isə 71%-i bu tətbiqlərdən yararlanır. Gender fərqi də qeydə alınıb: mobil tətbiq istifadəçiləri arasında 54% təşkil edən kişilərin sayı 46% təşkil edən qadınlardan çoxdur. Araşdırma gənc nəslin bu texnologiyalara daha meyilli olduğunu aşkar edib. 35 yaşadək respondentlərin 79%-i mobil operator tətbiqlərindən istifadə edir. Bu göstərici 36 yaş və yuxarı olan şəxslərdə 66% təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəlilik prinsipinə əsasən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna 2025-ci ildə də sədrlik edəcək. Sədrlik çərçivəsində üzv dövlətlər arasında kapital bazarının inkişafına dair təhlillər aparılır və müvafiq siyasət tövsiyələri hazırlanır. 2024-cü ildə işçi qrupun təşəbbüsü ilə “Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri” mövzusunda hesabat hazırlanmışdı. Bu işin davamı kimi 2025-ci il üçün fəaliyyət mövzusu “Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac” kimi müəyyən edilib. Bu mövzuda aparılan araşdırmanın nəticələri 14-cü…
Onlayn kontent platforması “OnlyFans” işçi başına düşən gəlirə görə dünyanın ən gəlirli şirkəti elan edilib. GDP xəbər verir ki, şirkət hər bir əməkdaşına görə 37,6 milyon dollar gəlir əldə edib. Müqayisə üçün, texnologiya sektorunun nəhəngləri bu göstəricidə xeyli geridə qalıb. NVIDIA hər işçiyə 3,6 milyon dollar, Apple 2,4 milyon dollar, Meta 2,2 milyon dollar, Google isə 1,9 milyon dollar gəlir gətirib.
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib ki, cari ilin aprel ayından etibarən, milli valyutada olan xəzinə vəsaitlərinin daha səmərəli idarə edilməsinə başlanılıb. Bu dövr ərzində, yerli banklarda depozit şəklində yerləşdirilən vəsaitlərdən əldə olunan gəlirlər 75.1 milyon manata çatıb. GDP -nin məlumatına görə, Mursaqulov qeyd edib ki, bu ilin aprel ayından etibarən 22 depozit hərracı keçirilib. 2024-cü ildə isə depozit hərracları keçirilmədiyindən, dövlət xəzinəsinə məxsus vəsaitlərin idarə olunmasından əldə edilən gəlir 17.5 milyon manat olub. Cari ildə, xüsusilə milli valyutada olan vəsaitlərin depozit şəklində yerləşdirilməsi ilə, gəlirlər əhəmiyyətli dərəcədə artaraq 75.1 milyon…
İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ilin yanvar-sentyabr ayları ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ümumi ipoteka kreditlərinin həcmi 3,2% azalıb və 365,6 milyon manatdan 354 milyon manata düşüb. GDP xəbər verir ki, verilən kreditlərin orta məbləği əhəmiyyətli dərəcədə artıb. 2024-cü ildə bu məbləğ 94 683 manat idisə, 2025-ci ildə 104 800 manata yüksəlib ki, bu da 10,7%-lik bir artım deməkdir. Bu artım daşınmaz əmlak qiymətlərinin yüksəlməsi və daha bahalı mənzillərə olan tələbin artması ilə əlaqədardır. Güzəştli ipoteka kreditlərində isə dəyişikliklər daha sabit olub. Güzəştli kreditlərin həcmi 3,8% artaraq 66,5 milyon manatdan 69 milyon manata yüksəlib. Həmçinin, güzəştli ipoteka…
