- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
Author: Aynure Gdp
Azərbaycan Biznesinın İnkişafı Fondu tərəfindən 2025-ci ilin yanvar-sentyabr ayları ərzində biznesə dəstək üçün 249,1 milyon manat güzəştli kredit ayrılıb. GDP xəbər verir ki, dövlətin sahibkarlıq infrastrukturunu gücləndirmək strategiyası çərçivəsində həyata keçirilən proqram üzrə daxili investisiyaların artırılmasına yönəldilib. Fond tərəfindən verilən güzəştli kreditlər 4590 müxtəlif layihənin maliyyələşdirilməsinə yönəldilib. Kreditlərin ayrılması ilə əlaqədar açıqlanan məlumata görə, bu layihələr əsasında ölkə üzrə 3500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bakcell-in meqa lotereyasında hər gün yeni “iPhone 17” qalibləri seçilir. Marja.az xəbər verir ki, bu gün isə artıq 2-ci “Zeekr 001” avtomobilinin qalibi bəlli olacaq. Lotereyada hədiyyə qazanmaq üçün “Şans” paketlərini əldə etmək və şirkətin xidmətlərindən istifadə etmək kifayətdir. “Şans” paketləri həm lotereyada əlavə şans, həm də şəbəkədaxili danışıq dəqiqələri qazandırır. Lotereya şərtləri barədə ətraflı məlumat üçün: lotereya.bakcell.com
TuranBank-ın 2025-ci ilin yanvar–sentyabr dövründə ümumi aktivləri 892.534 min manat olaraq qeydə alınıb ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 40.941 min manat və ya 4,81% artım deməkdir. Aktivlərin strukturunda isə əhəmiyyətli dəyişikliklər müşahidə olunub. Belə ki, nağd pul və ekvivalentlər 106.198 min manatdan 80.510 min manata düşərək 25.688 min manat və ya 24,18% azalıb. Eyni şəkildə, ticarət və investisiya qiymətli kağızları da 29.333 min manatdan 16.094 min manata enərək 13.239 min manat və ya 45,13% azalma nümayiş etdirib. Hesabat dövründə digər tərəfdən TuranBank-ın banklarda saxladığı depozitləri 48.135 min manatdan 78.220 min manata yüksələrək 30.085 min manat və ya 62,52%…
AccessBank 2025-ci ilin ilk doqquz ayında faiz gəlirləri 21,753 min manat və ya 13.15% artıb ki, bu da əsasən müştərilərə verilən kreditlər üzrə gəlirlərin 21,412 min manat artması hesabına gerçəkləşmişdir. Lakin eyni zamanda faiz xərcləri 10,575 min manat və ya 16.95% artmış, xüsusilə cəlb edilmiş kreditlər üzrə xərclər 5,944 min manat və ya 55.34% artıb. Nəticədə xalis faiz gəliri 11,178 min manat və ya 10.85% yüksələrək 114,197 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri 410 min manat və ya 3% azalma ilə 13,259 min manat, qeyri-faiz xərcləri isə 7,865 min manat və ya 12.12% artım ilə 72,774 min manat olmuşdur.…
Bank Respublikanın 30 sentyabr 2025-ci il tarixinə xalis mənfəəti 43.167,72 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə 39.273,09 min manatdan 3.894,63 min manat və ya 9,9% çoxdur.Xüsusilə, müştəri kreditləri üzrə faiz gəlirləri 31.1% artaraq ən mühüm töhfəni verib. Bu, bankın əsas kredit biznesinin genişləndiyini və faiz marjlarının yaxşı idarə olunduğunu göstərir. Bankın ümumi faiz gəliri 217.737,20 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə bankın əldə etdiyi 172.618,52 min manatdan 45.118,68 min manat və ya 26,1% çoxdur. GDP Bank Respublikanın 2025-ci ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatına istinadla xəbər verir ki, xüsusilə,…
10 oktyabr 2025-ci il tarixində Yelo Bank – ın dəstəyi ilə, yerli kommunikasiya mütəxəssislərinin, media nümayəndələrinin, dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə “PR Forum 2025” uğurla baş tutdu. Forumun builki mövzusu çağdaş dövrün ən aktual çağırışlarına – brend etibarı, dezinformasiya və Korporativ Sosial Məsuliyyət (KSM) məsələlərinə həsr olunmuşdu. Tədbir çərçivəsində müasir PR strategiyaları, onların tətbiq sahələri və bu sahədə əldə olunmuş real təcrübələr (keyslər) ətrafında dərin və peşəkar müzakirələr aparıldı.Forumun əsas panellərində aşağıdakı mövzular diqqət mərkəzində oldu: • Dezinformasiyanın artdığı dövrdə brendin etibarını necə qorumaq olar?• Korporativ Sosial Məsuliyyət: Şirkətlərin imicinə və cəmiyyətə təsiri• Krizis şəraitində effektiv kommunikasiya üsulları…
Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 460 min barel təşkil edib. GDP bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir. Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı avqust ayı ilə müqayisədə 4 min barel çoxdur. Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabrda faktiki hasilat 91 min barel geriləyib. Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 465 min barel, ikinci rübündə isə 462 min barel, üçüncü rübdə isə 458 min barel təşkil edib. 2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.
Bu il oktyabrın 1-nə qədər İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Azərbaycan sahibkarlarına güzəştli şərtlərlə 642 milyon manat kredit verilib, bunun 93 milyon manatı bu ilin yanvar-sentyabr aylarının payına düşüb. GDP bu barədə Fonda istinadən xəbər verir. Xatırladaq ki, ölkə Prezidentinin 29 noyabr 2017-ci il tarixli fərmanı ilə ölkədə ilk dəfə sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsinə başlanılıb. Kredit-zəmanət mexanizminin formalaşdırılması və inkişaf etdirilməsi Fondun qarşısında prioritet vəzifə kimi müəyyən edilib. Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay, Fond tərəfindən sahibkarlıq kreditləri üzrə hesablanmış faizlərin…
İnnovasiya lideri Bakcell media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. Bakcell tərəfindən təşkil edilən “İnnovasiyaların Qarabağda tətbiqi” adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.Tədbirdə Bakcell-in baş icraçı direktoru Klaus Müller çıxış edərək Qarabağın gələcəyində innovasiyaların strateji əhəmiyyətini vurğulayıb: “Qarabağ Azərbaycanın gələcəyi və milli qürurunun simvoludur. Bakcell olaraq biz innovasiyaları bu torpağın inkişafı və yenilənməsi üçün aparıcı vasitə kimi görürük. Qarabağın bərpasında süni intellekt və rəqəmsal həllərin tətbiqi regionun sabahını formalaşdıracaq,” – deyə Klaus Müller qeyd edib.Tədbir çərçivəsində Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) İllik Toplantılarında iştirak etmək məqsədilə ABŞ-yə işgüzar səfəri başlayıb. GDP AMB-yə istinadən xəbər verir ki, oktyabrın 18-nə qədər davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Vaşinqtonda Azərbaycanın da daxil olduğu Seçki Qrupunun toplantısında, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank sədrlərinin qatılacağı tədbirlərdə iştirak edəcək, eləcə də Dünya Bankı və IMF-in rəhbər şəxsləri ilə görüşlər keçirəcək. Səfər çərçivəsində nümayəndə heyətinin bir sıra xarici mərkəzi bankların və maliyyə institutlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlərinin və qarşılıqlı müzakirələrinin keçirilməsi…
