- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
ABŞ-ın Qazaxıstandakı səfiri Culi Stafft bildirib ki, ABŞ nadir torpaq elementlərinin tədarükündə Çinə alternativ kimi Qazaxıstanı nəzərdən keçirir.
Avropa İttifaqının “EU4Digital Facility” proqramı çərçivəsində hazırlanmış genişmiqyaslı meta-analiz hesabatında Azərbaycanın Trans-Xəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafındakı strateji rolu və enerji təhlükəsizliyi sahəsindəki əhəmiyyəti geniş şəkildə vurğulanıb. “Advancing a Cross-Regional Connectivity Agenda with Central Asia, Türkiye and the South Caucasus” (Mərkəzi Asiya, Türkiyə və Cənubi Qafqaz ilə Transregionai Əlaqələndirmə Gündəliyinin İnkişaf etdirilməsi) adlı hesabat Avropa Komissiyasının sifarişi ilə hazırlanıb və regionda nəqliyyat, ticarət, enerji və rəqəmsal sektorlarda mövcud və planlaşdırılan layihələrin hərtərəfli təhlilini təqdim edir. Nəqliyyat və Ticarət: Orta Dəhlizin əsas halqası Hesabata görə, Şimal Dəhlizinin etibarlılığının azalması və Cənub marşrutunun ləng inkişafı fonunda, Trans-Xəzər Nəqliyyat Dəhlizi (TNDD) Avropa və…
“İran ilə Rusiya arasındakı münasibətlər möhkəmdir, çoxsaylı sazişlər imzalanır və həyata keçirilir. GDP xəbər verir ki, “Biz ilin sonuna qədər (İran təqvimi ilə ilin sonu mart ayının 20-nə təsadüf edir) maneələri aradan qaldıracağıq ki, arzulanan dəmiryolu marşrutu inşa edilsin və istifadəyə verilsin”, – deyə İslam Respublikası Prezidenti Pezəşkian bildirib. “Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiya, İran, Azərbaycan və Hindistanın birgə layihəsidir və Avrasiya çərçivəsində mal dövriyyəsini sürətləndirməyi nəzərdə tutur.
Kaspersky mütəxəssisləri “Telegram” hesablarını hədəf alan yeni kütləvi oğurluq sxemini aşkarlayıb. Hücumçular messencerin daxilində yerləşən tətbiqlər və sosial mühəndislik vasitəsilə istifadəçilərin təsdiq kodlarını ələ keçirirlər. GDP şirkətə istinadla xəbər verir ki, sxem belə işləyir: qrup iştirakçılarından biri “çat köçürülür” adı ilə link paylaşır. Linkə klikləyən istifadəçi beş rəqəmli kodu daxil etməyə məcbur edilir. Bu kod hesabı yeni cihazda aktivləşdirmək üçündür. Kod daxil edildikdən sonra hücumçular istifadəçinin hesabına daxil olur və eyni mesajı digər qruplarda paylaşırlar. Sonradan hesabdan istifadəçini bloklamaq da mümkündür. Kaspersky təhlükəsizlik üzrə mütəxəssisi Sergey Qolovanov bildirir ki, istifadəçilər şübhəli linklərə klikləməməli və təsdiq kodunu heç bir yerdə daxil…
Bloomberg agentliyinin məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarında 2025-ci ilin sonlarından etibarən fond bazarının və şirkətlərin dəyərinin kəskin azalması risklərinə qarşı sığortaya tələbat nəzərəçarpacaq dərəcədə artıb. GDP xəbər verir ki, məlumata görə, investorlar mümkün bazar enişi və korporativ iflas risklərindən qorunmaq üçün sığorta və hedc alətlərinə daha çox üstünlük verirlər. Ekspertlər bu artımı qlobal iqtisadi qeyri-müəyyənlik, pul-kredit siyasəti ilə bağlı gözləntilər və geosiyasi risklərlə izah edirlər.
WhatsApp tətbiqinin (ana şirkəti Meta) metadatalarının İsrailin hərbi süni intellekt sistemi ilə əlaqəli şəkildə istifadə edildiyi iddiası beynəlxalq mediada geniş rezonans doğurub. GDP xəbər verir ki, 972 Magazine nəşrinin yaydığı araşdırmaya görə, İsrailin “Lavender” adlı süni intellekt sistemi Lavender AI systemWhatsApp metadatalarından istifadə edərək Qəzzada yaşayan şəxsləri müəyyən meyarlara əsasən qiymətləndirir. Bildirilir ki, sistem 2,3 milyon nəfər üzrə döyüş fəaliyyətində iştirak ehtimalını analiz edir və nəticələrə əsasən potensial hədəflər siyahısı formalaşdırır. Məlumata görə, əsas məlumat mənbələrindən biri şübhəli hesab edilən şəxslərin üzv olduqları WhatsApp qrupları barədə informasiyadır. İddialarda qeyd olunur ki, proses minimal insan müdaxiləsi ilə həyata keçirilir və operatorlar hər hədəf üzrə qısa…
Avropa İttifaqı rəhbərliyi uzun müddətdir müzakirə edilən rəqəmsal identifikasiya sistemini (e-ID) qətiləşdirmək üçün yeni cəhdlərə başlayıb. GDP xəbər verir ki, əldə olunan məlumata görə, Aİ vətəndaşlarının internetə çıxışı üçün vahid elektron şəxsiyyət vəsiqəsi daşıması məcburi edilə bilər. Rəsmi səbəb kimi uşaqların sosial şəbəkələrin zərərli təsirindən qorunması göstərilir. Fransada parlament artıq 15 yaşdan kiçik uşaqların sosial mediaya girişini qadağan edən qanunu qəbul edib. İspaniyada isə analoji sənəd parlament müzakirəsinə çıxarılıb. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen çıxışında Avstraliyanın təcrübəsini nümunə göstərib. O, sosial şəbəkələrə ancaq 16 yaşdan yuxarı istifadəçilərin buraxıldığı Avstraliya modelini yüksək qiymətləndirib. “Biz uşaqlarımızı qorumalıyıq. Bu, müqəddəs vəzifəmizdir,”…
“PASHA Holding” artıq IPO prosesinə və korporativ idarəetmə standartlarına tam hazırdır. Bunu holdingin baş icraçı direktorunun müavini, “Bir” ekosisteminin baş icraçı direktoru və “PASHA Financial Holding”in rəhbəri Fərid Məmmədov deyib. Onun sözlərinə görə, requlyatorun aktivliyi şirkətlərdə müstəqilliyin real dəyərini göstərib. Məmmədov qeyd edib ki, Gürcüstan müstəqil müşahidə şurası üzvlərinin, o cümlədən qadınların şuralarda iştirakının təmin edilməsi kimi təşəbbüslərə Azərbaycandan bir neçə il əvvəl başlayıb. “Əvvəllər bəzi standartlar formal görünə bilərdi. Lakin regulyator tələbləri tətbiq olunduqca müstəqilliyin şirkətlərə nə qədər dəyər qatdığını gördük”, – o bildirib. Məmmədov vurğulayıb ki, holdinqdə müşahidə şurası yüksək səviyyəli, qlobal bank və qeyri-bank təcrübəsinə malik, həmçinin…
Reuters agentliyində Bakı Fond Birjasının baş icraçı direktoru Ruslan Xəlilovla müsahibə əsasında məqalədə dərc olunub. GDP-nin məlumatına görə məqalədə bildirilir ki, Bakı Fond Birjası yaxın zamanda planlaşdırılan bir bankın ilkin kütləvi səhmlərinin yerləşdirilməsi (IPO) və Abu Dhabi Securities Exchange ilə rəqəmsal tərəfdaşlıq sayəsində sürətli artım və xarici kapitalın cəlb olunmasına ümid edir. Birjanın baş icraçı direktoru Ruslan Xəlilov bu barədə Reuters-ə müsahibəsində bildirib. Səhm bazarının kapitallaşması hazırda neft istehsalçısı olan Azərbaycanın ümumi daxili məhsulunun cəmi 3%-nə bərabərdir. Xəlilovun sözlərinə görə, bu göstərici 2027-ci ilin ortalarınadək 5%-ə, 2030-cu ilə qədər isə 10%-ə yüksələcək. O qeyd edib ki, birja repo əməliyyatlarının üstünlük…
PASHA Real Estate Group, PASHA Holding-in törəmə şirkəti olaraq, ABŞ-da yeni investisiya layihəsinə başlayıb. Şirkət bu istiqamətdə ABŞ-da yerləşən developer Nolan Reynolds International və ultra-lüks kurort brendi One&Only-nin sahibi və operatoru Kerzner International ilə strateji tərəfdaşlıq qurduğunu açıqlayıb. GDP xəbər verir ki, layihə One&Only brendi altında Hudson Valley bölgəsində yeni turizm məkanının inşasını nəzərdə tutur. Hudson Valley layihəsi PASHA Real Estate Group-un beynəlxalq genişlənmə strategiyasında mühüm mərhələ hesab olunur və şirkətin ABŞ bazarına ilk investisiyası kimi qiymətləndirilir. Layihə qlobal səviyyədə şaxələndirilmiş portfelin formalaşdırılması, tanınmış destinasiya məkanlarının yaradılması, yüksək səviyyəli operatorlarla əməkdaşlıq və institusional tərəfdaşlıqların gücləndirilməsi məqsədlərinə xidmət edir. Məlumata görə,…
