- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
Author: Aynure Gdp
Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın maliyyələşməsinə dəstək verən banklar arasında Bank Respublika və AccessBank beynəlxalq maliyyə qurumlarından ən çox vəsait cəlb edərək, borclanan banklar kimi ön plana çıxır. GDP xəbər verir ki, Bank Respublika ölkə iqtisadiyyatını dəstəkləmək məqsədilə beynəlxalq maliyyə qurumlarından ümumi dəyəri 115.95 milyon ABŞ dollarından çox (197.115 milyon manat)olan vəsait cəlb edib. Bankın beynəlxalq tərəfdaşları arasında Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Cənub-Şərqi Avropa üçün Avropa Fondu (EFSE), Niderland İnkişaf Bankı (FMO) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kimi nüfuzlu qurumlar yer alır. Digər tərəfdən, eyni sahədə fəaliyyət göstərən AccessBank isə müxtəlif beynəlxalq maliyyə qurumlarından…
Alibaba səhmləri süni intellekt (Sİ) sahəsinə yatırımların artırılacağı xəbərlərindən sonra dörd ilin maksimum həddinə yüksəlib. GDP xəbər verir ki, çərşənbə günü ticarət zamanı şirkətin kotirovkaları 7,8% artaraq son dörd ilin ən yüksək səviyyəsinə çatıb. Çinli internet-riteyl nəhəngi özünün ən böyük süni intellekt dil modelini – Qwen3-Max-ı təqdim edib və Sİ-ni əsas biznes strategiyası kimi müəyyənləşdirib, – deyə Reuters xəbər verib. Şirkətin illik konfransında Alibaba Cloud-un baş texniki direktoru Çjou Cinjən bildirib ki, bu modelin 1 trilyondan çox parametri var və məhz bu parametrlər Sİ sisteminin informasiyanı necə emal etdiyini müəyyənləşdirir. Alibaba-nın baş icraçı direktoru Eddi Vu tədbir zamanı çıxış edərək bildirib ki, qarşıdakı…
İnnovasiya və sürət lideri “Bakcell” regionun ən mühüm texnoloji tədbiri – “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır. Tədbir çərçivəsində “Bakcell”in Azərbaycanda tətbiq etdiyi innovativ texnologiyalar və süni intellekt əsaslı həlləri təqdim olunacaq. Tədbirin ilk günündə “Bakcell”in baş icraçı direktoru Klaus Müller maliyyə və telekommunikasiya sahələri arasında qarşılıqlı imkanlar mövzusuna həsr olunacaq panel müzakirədə çıxış edəcək. Bundan əlavə, sammit zamanı iştirakçılar “Bakcell”in stendində şirkət tərəfindən təqdim olunan ən son innovativ xidmət və məhsullarla tanış olmaq imkanı əldə edəcəklər. “Bakcell” təqdim etdiyi innovasiya və süni intellekt əsaslı həllərlə Azərbaycanın rəqəmsal transformasiya və texnologiya ekosisteminin inkişafı istiqamətində daim təşəbbüslər həyata keçirir. Bununla yanaşı, şirkət dayanıqlı…
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır. Bunu EBRD-nin xəzinədarın müavini və maliyyələşdirmə üzrə rəhbəri İzabella Laurent Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakı Fond Birjası ilə birgə təşkil olunan Azərbaycan Sabit Gəlir Forumunun “Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu” panelində bildirib. Onun sözlərinə görə, bankın komandası hazırda təklif sirkulyarını (offering circular) yekunlaşdırır və Bakı Fond Birjası (BFB) ilə Milli Depozit Mərkəzi (MDM) arasında müqavilələrin bağlanması prosesi davam edir: “Ümid edirik ki, bütün bu işlər yaxın zamanda başa çatacaq və üzən faizli istiqrazların (floating rate note) buraxılışına start veriləcək. Əməliyyatın bir və ya iki həftə ərzində…
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell bildirib ki, inflyasiya hələ də yüksək səviyyədə qalır, əmək bazarı isə zəifləyir və bu səbəbdən mərkəzi bankın növbəti siyasət addımı üçün “risksiz yol” mövcud deyil. “Bu, çətin vəziyyətdir,” – Pauell çərşənbə axşamı Rod-Aylenddəki çıxışında deyib. O, FED-in maksimum məşğulluq və qiymət sabitliyi üzrə ikili hədəfləri arasında balans saxlamalı olduğunu vurğulayıb. “İkitərəfli risklər o deməkdir ki, risksiz yol yoxdur,” – deyə o əlavə edib. Pauell çıxışında keçən həftə FED-in uçot dərəcəsini 25 baza bəndi azaltması və ilin sonuna qədər daha iki dəfə 25 baza bəndlik azaldılmanın mümkünlüyü ilə bağlı açıqlamalarını təkrarlayıb. FED rəhbəri…
Apple şirkətinin baş icraçı direktoru Tim Kuk Yaponiyaya səfər edib. Bu, onun 2022-ci ilin dekabrından sonra ölkəyə ilk rəsmi səfəridir. Səfər çərçivəsində Tim Kukun Tokionun məşhur Ginza ticarət bölgəsində yenidən təmir edilərək açılışa hazır vəziyyətə gətirilmiş Apple Store-u ziyarət etməsi nəzərdə tutulur. Kukun səfəri Yaponiyada smartfon bazarını tənzimləyəcək yeni qanun layihəsinin müzakirə olunduğu, Apple üçün isə həssas bir dövrə təsadüf edir. Qanunun qəbul edilməsi şirkətin regiondakı fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) və Qazaxıstanın Qiymətli Kağızların Mərkəzi Depozitarı arasında depozitarlararası əməkdaşlığın qurulmasına dair mühüm saziş imzalanıb. GDP xəbər verir ki, Saziş Almatıda keçirilən Ümumdünya Mərkəzi Depozitarlar Forumunun çərçivəsində hər iki qurumun idarə heyəti sədrinin iştirakı ilə rəsmiləşdirilib. Yeni əməkdaşlıq çərçivəsində tərəflər qarşılıqlı hesablar açaraq, qiymətli kağızlar bazarına transsərhəd çıxışı daha da asanlaşdıracaq. Bu təşəbbüs həm Azərbaycan, həm də Qazaxıstan investorlarına qarşı tərəfin kapital bazarına birbaşa çıxış imkanı yaradacaq. Depozitarlararası əlaqənin qurulması nəticəsində bazar iştirakçıları qiymətli kağızları mərkəzi depozitarların nominal saxlayıcı hesablarında saxlayaraq, hesablaşma əməliyyatlarını daha effektiv şəkildə həyata keçirə biləcəklər. Bu isə investisiya portfellərinin diversifikasiyasına və regionda…
Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Zəka Fest” inklüziv intellektual oyun turniri təşkil olunub. Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə “Şəkərbura Şou”nun təşəbbüsü, “Karlara Dəstək” İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir. Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından…
Beynəlxalq ticarət gərginliyi fonunda Çin 2025-ci il ixrac mövsümünün əvvəlində ABŞ-dən soya alış-verişinə heç bir sifariş verməyib. Bu, 1990-cı illərdən bəri ilk belə hadisədir. GDP xəbər verir ki, Bloomberg-un məlumatına görə, bu addım Pekinin Vaşinqtonla davam edən ticarət danışıqlarında kənd təsərrüfatını leverec kimi istifadə etdiyi strategiya dəyişikliyini qeyd edir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin 11 sentyabra olan məlumatlarına görə, Çin təchizatçı kimi ABŞ-ni tamamilə təcrid edib . Bunun əksinə olaraq, 2024-cü il mövsümündə ABŞ Çinin soya idxalının 20%-ni təmin etmiş, bu da 12 milyard dollar dəyərində olmuş və ABŞ-nin ümumi soya ixracatının yarısından çoxunu təşkil edib. Dünyanın ən böyük soya idxalçısı…
Dünyanın ən varlı şəxslərindən biri və LVMH (Moët Hennessy Louis Vuitton) konqlomeratının sahibi Bernard Arno, Fransada planlaşdırılan yeni varlandırma vergisi təklifini şiddətli şəkildə tənqid edib. Arno, aktivləri 100 milyon avrodan çox olan şəxslərdən alınması nəzərdə tutulan 2% dərəcəsindəki vergini “Fransa iqtisadiyyatı üçün ölümcül” və “liberal iqtisadiyyatı məhv etməyə cəhd” olaraq qiymətləndirib.ş Təklif edilən vergi qanunu, hökumətin büdcə kəsirini azaltmaq və sosial proqramlara maliyyə ayırmaq məqsədilə irəli sürülüb. Təxminlərə görə, bu tədbir ildə əlavə 5-7 milyard avro gəlir gətirə bilər.
