Author: Aynure Gdp

SOCAR, 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat yayıb. Qeyd edilib ki, 2025-ci ildə SOCAR tərəfindən 66 min metr qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2,1% artaraq, 51,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton neft hasil olunub. Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,1 milyon ton təşkil…

Read More

“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” platformasının növbəti inkişaf mərhələsinə start verilib. Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır. Layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır. Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması,…

Read More

Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin yekunları və kapital bazarlarının gücləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. Bu barədə AMB sədri Taleh Kazımov öz rəsmi “X” sosial şəbəkə hesabında yazıb. “Mərkəzi Bankda Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşümüz oldu. Görüş çərçivəsində 2025-ci ilin yekunları üzrə kapital bazarlarında müşahidə olunan meyillər, sektorun inkişafına təsir edən əsas amillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Bu zaman kapital bazarlarının davamlı inkişafı, investisiya şirkətlərinin maliyyə dayanıqlılığının artırılması, investor hüquqlarının qorunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən…

Read More

2025-ci ili əhatə edən göstəricilər göstərir ki, SOCAR-ın fəaliyyətində enerji sektorunda struktur dəyişiklikləri getdikcə daha aydın görünür və SOCAR bu transformasiyanın mərkəzində dayanır. Hesabat dövrü ərzində SOCAR üçün ən diqqətçəkən tendensiya neft sektorunda davamlı geriləmə, qaz sektorunda isə daha dayanıqlı artım dinamikasının formalaşmasıdır və bu dinamika birbaşa SOCAR-ın strateji istiqamətləri ilə bağlıdır. SOCAR səviyyəsində neft hasilatındakı  azalma SOCAR-ın istehsal portfelində dəyişikliklərin baş verdiyini göstərir. SOCAR-ın hasilatındakı bu azalma ölkə üzrə ümumi neft hasilatında da özünü göstərir və üç illik intervalda təxminən 2,5 milyon tona yaxın itki ilə müşahidə olunur. Paralel olaraq SOCAR tərəfindən həyata keçirilən neft ixracının da aşağı düşməsi…

Read More

“SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən “Hidro-3” layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub. SOCAR-ın yaydığı məlumatda bildirilir ki, bu, Azərbaycanın enerji sektorunda tarixi əhəmiyyətə malik yeni bir nailiyyətdir. Layihə 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan “Gold Standard” tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı il tarixində “Hidro-3” layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib. Qeyd edilib ki, bu, Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir. Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək…

Read More

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Visa” şirkətinin baş vitse-prezidenti, MDB, Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros ilə görüş keçirib. GDP xəbər verir ki, görüş zamanı ödənişlər sahəsində son tənzimləyici dəyişikliklər, fırıldaqçılıq hallarının qarşısının alınması, eləcə də ödəniş sistemləri və sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması istiqamətində müasir yanaşmalar müzakirə olunub. Tərəflər həmçinin Azərbaycanda ödəniş infrastrukturunun modernləşdirilməsi, rəqəmsal ödəniş ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi istiqamətində görülən işlər və planlaşdırılan təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıblar.

Read More

(®) Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər “YAŞA” Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək göstərəcək. Qeyd edək ki, “Üçüncü Bahar” İctimai Birliyinin əsas məqsədi yaşlı insanları bir araya toplayaraq onların asudə vaxtını səmərəli keçirməsini təmin etmək, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aktiv iştirakını təşviq etməkdir. Bu məqsədlə “YAŞA” Mərkəzlərində yaşlıların təhsil və məşğulluq imkanlarını genişləndirən müvafiq silsilə təlim-tədris proqramları həyata keçirilir. Mərkəzlərdə iştirakçılara maliyyə savadlığı, xarici…

Read More

Azərbaycan və ABŞ “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) çərçivəsində elektrik enerjisinin ötürülməsi perspektivlərini və bu istiqamətdə Amerika şirkətləri ilə əməkdaşlıq imkanlarını qiymətləndiriblər. Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd olunub ki, müzakirələr ABŞ Ticarət Palatasının Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Huş Çoksinin rəhbərlik etdiyi biznes missiyası çərçivəsində, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən dəyirmi masa zamanı aparılıb. Tədbirdə SOCAR, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak ediblər. Dəyirmi masada Azərbaycan–ABŞ enerji tərəfdaşlığının mövcud səviyyəsindən məmnunluq ifadə olunub. Vurğulanıb ki, bu əməkdaşlıq milli, regional…

Read More

Bank ABB (Azərbaycan Beynəlxalq Bankı) beynəlxalq nüfuza malik The Banker jurnalının 100 illik yubiley buraxılışında agile bankçılıq sahəsində uğurlu nümunə kimi təqdim edilib. “Agile banking in action: how financial institutions can adapt to a new era” adlı analitik məqalədə Bankın son illərdə həyata keçirdiyi rəqəmsal transformasiya və təşkilati çeviklik təcrübəsi xüsusi vurğulanıb. Məqalədə qeyd olunur ki, ABB satış, risklərin idarə edilməsi, hiperfərdiləşdirmə və müştəri dəstəyi sahələrində 100-dən çox rəqəmsal məhsul təqdim edib, eyni zamanda 80-dən artıq süni intellekt modelini tətbiq edib. Bu yanaşma Bankın həm əməliyyat səmərəliliyini, həm də müştəri təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Hazırda ABB-də yeni müştərilərin 65 faizdən…

Read More

Forbes nəşri Avrasiyada baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycanın Avropa, Avrasiya və Hind–Sakit Okean regionu arasında əsas strateji bağlantı nöqtəsinə çevrildiyini yazıb. Məqalədə qeyd olunur ki, Rusiyanın və İranın regiondakı təsirinin zəifləməsi, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin isə xarici siyasətlərini şaxələndirməsi yeni güc balansı formalaşdırır. Eyni zamanda, ABŞ müttəfiqlik öhdəliklərinin yenidən bölüşdürülməsinə yönəlmiş qlobal strategiya həyata keçirir. Bu proseslər regional aktorları Moskva asılılığını azaltmağa sövq edir. Forbes vurğulayır ki, bu kontekstdə Azərbaycan lider mövqeyə yüksələrək Avropa, Avrasiya və Hind–Sakit Okean arasında strateji körpü funksiyasını icra edir. Nəşr həmçinin 1992-ci il “Azadlığa Dəstək Aktı”na edilən 907-ci düzəlişin ABŞ-ın Azərbaycana yardımını…

Read More