Author: Aynure Gdp

İnnovasiya və sürət lideri “Bakcell” 15 sentyabr – Bilik Günü münasibətilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) “Növbəti nəsil: Süni intellekt və İnnovasiya” adlı tədbir təşkil edib. Tədbirin əsas məqsədi gənclərin süni intellekt və innovasiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin rəqəmsal çağırışlarına hazırlamaq olub.Görüş çərçivəsində “Bakcell” və MTK-nın rəhbərliyinin iştirakı ilə panel müzakirəsi keçirilib. Paneldə süni intellektin gündəlik həyat və iş mühitinə təsirləri, innovasiyaların gələcəyi geniş şəkildə müzakirə edilib. Tədbir zamanı süni intellekt əsaslı robotun iştirakı iştirakçılarda böyük maraq yaradıb. “Prompt mühəndisliyi” mövzusunda keçirilən sessiyada isə iştirakçılar süni intellekt alətlərinin təqdim etdiyi imkanlarla, həmçinin bu alətlərin…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə savadlılığının artırılması və maliyyə inklüzivliyi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində qtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (BMSŞ) tamhüquqlu üzv qəbul edilib. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, bu qərar çərçivəsində AMB şəbəkənin “Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə” üzrə işçi qruplarında fəal iştirak hüququ qazanıb. Üzvlük, eyni zamanda, Banka beynəlxalq səviyyədə hazırlanan siyasət sənədlərinin formalaşdırılması prosesinə birbaşa daxil olmaq və dünyanın qabaqcıl təcrübələri ilə tanış olmaq imkanı yaradır. Mərkəzi Bankın bu addımı ölkədə maliyyə savadlılığı proqramlarının beynəlxalq standartlara uyğun tətbiqinə, vətəndaşlar…

Read More

2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 30,995 milyard ABŞ dolları səviyyəsindən 32,118 milyard ABŞ dollarına qalxaraq, 1,122 milyard dollar artım və ya 3.62% faiz artım qeydə alınmışdır. GDP Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixracın azalması və idxalın sürətlə artması nəticəsində xarici ticarət balansı (saldosu) əvvəlki ilin müsbət göstəricisi ilə müqayisədə kəskin şəkildə pisləşmişdir. Belə ki, 5,467 milyard dollar olan müsbət ticarət balansı 2025-ci ildə 2,012 milyard dollar səviyyəsinə enmiş, bu da 3,454 milyard dollar və ya 63.19% və ya 2.72 dəfə azalma deməkdir. Ancaq bu ümumi artımın arxasında ticarət strukturu əhəmiyyətli dərəcədə dəyişmişdir. İxrac dinamikası mənfi olmuş, 18,231…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) “Ləman”, “Stimul” və “İnci Kredo” kredit ittifaqlarına icrası məcburi göstəriş verib. GDP xəbər verir ki, bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, adı çəkilən kredit ittifaqları 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməmişdir. “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İnci Kredo” Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqına və “Stimul” Kredit ittifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi…

Read More

2024-cü il SOCAR üçün aktivlər bazasının güclü şəkildə genişləndiyi və maliyyə strukturunda strateji dəyişikliklərin baş verdiyi bir il olmuşdur. Balansdakı dəyişikliklər Şirkətin əsas vəsaitlərə cəlb etdiyi böyük investisiyaları və maliyyə strategiyasında baş verən əhəmiyyətli dəyişiklikləri aydın şəkildə ortaya qoyur. Aktivlər: İrihəcmli investisiya və likvidlik artımı Cari Aktivlərdə ümumi 24.1% və ya 5,518 milyon manat artım qeydə alınıb. Bu artımda, əsas amillər aşağıdakılardır: Uzunmüddətli aktivlər isə 17,217 milyon manat  və ay 35.1% artaraq 66,250 milyon manata yüksəlmişdir. Bu artımın əsas səbəbi: Nəticədə, SOCAR-ın ümumi aktivləri 22,735 milyon manat və ya 31.6% artaraq 94,701 milyon manata yüksəlmişdir. Bu, Şirkətin balansının əhəmiyyətli dərəcədə böyüdüyünü və aktivlər strukturunun likvid depozitlər…

Read More

2024-cü ilin maliyyə nəticələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ümumi gəlirləri 512 min manat azalaraq 84,689 min manat təşkil etmişdir. GDP Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadla xəbər verir ki, bu, təxminən 0,6% azalma deməkdir ki, bu da əsasən neft və qaz ixracatında həcmi göstəricilərdəki kiçik dəyişikliklər və ya orta satış qiymətlərindəki dalğalanma ilə əlaqədardır. Eyni zamanda, satışların maya dəyəri 657 min manat və ya 0,9% artaraq 76,639 min manatdan 77,296 min manata yüksəlmişdir. Bu artım, ehtimal ki, axtarış-qazma və hasilat fəaliyyətinin operativ xərclərinin, eləcə də neft-emalı zavodlarında xammalın qiymətinin artması ilə bağlı ola bilər. Gəlirlərdəki azalma və maya dəyərinin artmasının birbaşa nəticəsi olaraq, Şirkətin ümumi…

Read More

Uinklvoss əkizlərinin qurduğu Gemini Space Station şirkəti uğurlu IPO keçirərək 425 milyon dollar vəsait cəlb edib. Səhmlərin dəyəri ilkin yerləşdirmə qiymətindən 64% artaraq şirkətin bazar kapitallaşmasını 4 milyard dollara çatdırıb. Uinklvoss əkizləri əvvəllər sosial şəbəkə ideyası ilə bağlı Mark Zukerberqlə məhkəmə çəkişmələri ilə tanınıblar. 2008-ci ildə onlar Facebook-un yaradıcısından 65 milyon dollar kompensasiya alıblar. 2012-ci ildə 1 milyon dollarlıq investisiya ilə bitkoyna sərmayə qoyan əkizlər kriptovalyutaya ən erkən investorlar sırasında olublar. 2014-cü ildə isə Nyu-York Maliyyə Xidmətləri Departamentinin lisenziyası ilə Gemini adlı kriptobirja təsis ediblər. 2017-ci ildə bitkoynun qiyməti 20 min dollara yüksəldikdə Uinklvoss qardaşları ilk kriptomilyarderlər elan olunublar. 2021-ci ildə onların…

Read More

Qatarın sərvət fondu “Qatar İnvestisiya Agentliyi” (QIA), Yaponiyanın Toppan Holdings şirkətinə məxsus Tekscend Photomasks-un səhmlərinin alınması üçün 8 milyard yen (54 milyon dollar) dəyərində investisiya edəcək. Bu investisiya Qatarın yüksək texnologiyalı sənayelərə, xüsusilə də qlobal əhəmiyyət kəsb edən yarımkeçirici sektoruna artan marağının bir göstəricisidir. Tekscend Photomasks yarımkeçirici çiplərin istehsal prosesində əsas komponentlərdən biri olan fotomaskaların istehsalı və satışı ilə məşğuldur. Şirkət bu sahədə dünyanın aparıcı şirkətlərindən biri olan Toppan Holdings-in bir filialıdır.

Read More

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası sentyabrın 12-də keçirilən iclasda uçot dərəcəsini 1 faiz bəndi azaldaraq 18 faizdən 17 faizə endirib. GDP xəbər verir ki, bu qərar, tənzimləyicinin pul-kredit siyasətində ehtiyatlı yumşalma addımı kimi qiymətləndirilir. Bankın açıqlamasında qeyd edilib ki, davamlı qiymət artımı göstəricilərində əhəmiyyətli dəyişiklik yoxdur və onlar illik hesablamada hələ də 4 faizdən yuxarı səviyyədə qalır. Qurum vurğulayıb ki, iqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıdır, kreditləşmə son aylarda canlanıb, inflyasiya gözləntiləri isə yüksək olaraq qalır. Rusiya Dövlət Statistika Xidmətinin məlumatına görə, avqust ayında ölkədə son üç ildə ilk dəfə aylıq deflyasiya qeydə alınıb — qiymətlər 0,4 faiz azalıb. Bu prosesə…

Read More

İnflyasiyanın illik göstəricisi (avqust 2025 / avqust 2024) 4,9% səviyyəsində qeydə alınıb. GDP xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları kateqoriyasında müşahidə edilib. Avqustun 1 ay ərzində inflyasiya göstəricisi 0,4%, yanvar-avqust aylarının cəmi isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% olub. Ətraflı göstəricilər aşağıdakılardır: Beləliklə, əsas təzyiqin qida qiymətlərindən qaynaqlandığı müşahidə olunur.

Read More