Author: Aynure Gdp

ABŞ birjasında baş vermiş son dərəcə qeyri-adi bir əməliyyat dünyanın diqqət mərkəzinə düşüb. GDP xəbər verir ki,naməlum bir treyder, bir saat ərzində 2700%-lik gəlir əldə edərək 70 milyon dollar qazanmağı bacarıb. 9 aprel tarixində bu naməlum şəxs SPY opsiyonlarına 2,5 milyon dollarlıq investisiya etdi. Saat 13:01-də SPY indeksi 500 dollardan aşağı ticarət edilərkən, treyder strike qiyməti 509 dollar olan 30 min kontrakt aldı. Hər şey ümumi ticarət tendensiyasında olduğu kimi normal görünürdü, ancaq saat 13:30-da bazarın dayanılmaz yüksəlməsinə səbəb olan hadisə baş verdi. Amerika prezidenti Donal Trampın sosial mediada paylaşdığı bir postda, 90 gün müddətinə gümrük rüsumlarının təxirə salınacağı elan…

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımov, Mentorluq proqramı çərçivəsində təşkil edilən dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi İsmayıl Hüseynovla növbəti görüşünü həyata keçirib. GDP xəbər verir ki, görüşdə gənc iştirakçının fərdi inkişaf planı, qarşıya qoyduğu hədəflər və Mərkəzi Bankla əməkdaşlığın perspektivləri müzakirə olunub. Təqdim olunan məlumata görə, görüş zamanı İsmayıl Hüseynovun peşəkar təkamülünə dəstək məqsədilə hazırlanan Fərdi İnkişaf Planı çərçivəsində onun prioritet hədəfləri, bacarıqlarının artırılması üçün addımlar və təşəbbüslər ətraflı şəkildə müzakirə edilib. Mərkəzi Bank rəhbərliyi, gələcək dövrdə Hüseynovun bankın fəaliyyət sahələrində aktiv iştirakını və müxtəlif layihələrdə əməkdaşlığın genişləndirilməsini təmin edəcəyini bildirib. İsmayıl Hüseynov görüşlə bağlı çıxışında Taleh Kazımovun şəxsi təcrübəsi və biliklərindən…

Read More

Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, bu gün keçirilən Maliyyə Sabitliyi Hesabatının təqdimatı ilə bağlı mətbuat konfransında sığorta sektorunda müşahidə olunan artımlar barədə məlumat verib. Şahin Mahmudzadə qeyd edib ki, avtonəqliyyat vasitələrinin mülkü məsuliyyəti üzrə zərərlilik əmsalı 73%-dən 74%-ə qədər artıb. Tibbi sığorta üzrə zərərlilik əmsalı isə 77%-dən 84%-ə yüksəlib. Avtonəqliyyat vasitələrinin könüllü sığortasında da zərərlilik əmsalı 47%-dən 48%-ə qədər artıb. Baş direktorun sözlərinə görə, bütövlükdə, sığorta sektoru üzrə zərərlilik əmsalı 54%-dən 57%-ə qədər artıb.

Read More

Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə, bu gün keçirilən Maliyyə Sabitliyi Hesabatının təqdimatı ilə bağlı mətbuat konfransında bank sektorunun kapital mövqeyi və kredit vermə potensialı ilə bağlı mühüm açıqlamalar verib. GDP xəbər verir ki, Şahin Mahmudzadə qeyd edib ki, bank sektorunun kapital adekvatlığı əmsalı 17.5%-dən 17.6%-ə yüksəlib. Bu göstərici, normativ tələbləri 50%-dən çox üstələyir, bu da bank sektorunun maliyyə dayanıqlığının yüksək səviyyədə olduğunu göstərir. Mərkəzi Bankın baş direktorunun sözlərinə görə, bank sektorunun risq üzrə ölçülmüş aktivlərinin bütün aktivlərə nisbəti 2023-cü ilin sonunda 65.2%-dən 2024-cü ilin sonuna 66.8%-ə yüksəlib. Şahin Mahmudzadə əlavə edib ki, hazırda bank sektorunun mövcud kapitalı ilə…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əliyar Məmmədyarov, bu gün keçirilən Maliyyə Sabitliyi Hesabatının təqdimatı ilə bağlı mətbuat konfransında, bank sektorunun stres testlərinin nəticələrini açıqlayıb. Məmmədyarov bildirib ki, bank sektorunun dayanıqlığı stres şəraitində aparılan makroiqtisadi ssenarilər əsasında qiymətləndirilib və bu testlər bankların potensial risklərə qarşı mövcud kapital mövqeyinin güclü olduğunu göstərib. Əliyar Məmmədyarovun sözlərinə görə testlərdə, baza ssenarisi ilə yanaşı, yüksək risklərə əsaslanan çox aşağı ehtimal olunan sərt ssenarilər də nəzərə alınıb. “Hətta ən pessimist ssenaridə belə, bank sektoru üzrə kapital eroziyası baş versə də, sektorun kapital adekvatlığı minimum normativləri 1.5 dəfə üstələyir.”

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov, Maliyyə Sabitliyi hesabatının təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında bank sektorunun gəlirliyinin davamlı olaraq müsbət sferada qalması haqqında açıqlama verib. Onun sözlərinə görə, 2024-cü ildə bank sektorunun xalis mənfəəti 1 milyard manatdan çox olub və bu, sektorun uğurlu fəaliyyətinin bir daha sübutudur. Məlumat üçün bildirilir ki, 2024-cü ilin sonuna görə bank sektorunun aktivlərinin dövriyyə gəlirliyi 2.1%, kapital gəlirliyi isə 18.1% səviyyəsində qeydə alınıb. Bu göstəricilər, bank sektorunun mənfəətli fəaliyyətinin davam etməsinə və kapital mövqeyində yaxşılaşmalara zəmin yaratmışdır. Əliyar Məmmədyarovun sözlərinə görə, bank sektorunun məcmu kapitalı ötən il 10.8% artaraq 6.2 milyard…

Read More

PAŞA Bankı 2025-ci ilin birinci rübündə 8,25 milyard manat ümumi aktivlə qeyri-sabit maliyyə performansı nümayiş etdirib. GDP bankın maliyyə hesabatına istinadla xəbər verir ki, bankın balansının tərkibində ən böyük payı 3,29 milyard manat (ümumi aktivlərin 39,8%-i) həcmində kredit portfeli tutur ki, bunun da 90,7%-i (2,98 milyard manat) biznes kreditləri təşkil edir. Nağd vəsaitlər və ekvivalentlər 901,6 milyon manat (ümumi aktivlərin 10,9%-i) təşkil edir ki, bu da bankın likvidlik vəziyyətini müəyyən dərəcədə təmin edir. Mənfəətlilik baxımından bank 44 milyon manat xalis mənfəət əldə etmişdir ki, bu da 5,3% mənfəət marjası deməkdir. Lakin bu göstərici əvvəlki dövrlə müqayisədə 1,2 faiz bənd azalma…

Read More

ABB-nin 2025-ci ilin 1-ci rübündə ümumi aktivləri 14,3 milyard manat səviyyəsində qeydə alınmış ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 700 milyon manat və ya 5,1% artım deməkdir. GDP bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu artım əsasən kredit portfelindəki 115 milyon manatlıq və ya 1,8% və qiymətli kağızlar portfelindəki 373 milyon manatlıq yəni 11,8% artımla izah olunur. Bankın mənfəətlilik göstəricilərində qeyri-bərabər vəziyyət müşahidə olunur. Xalis faiz gəliri 170,3 milyon manat həddində qeydə alınmış ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 milyon manat və ya 4% artım deməkdir. Lakin xalis mənfəətində 65,7 milyon manat…

Read More

ExpressBankın 2025-ci ilin birinci rübündə ümumi aktivləri 607 milyon manat həddində qeydə alınmış ki, bu da əvvəlki dövrlə müqayisədə 2,1% azalma deməkdir. GDP xəbər verir ki,bu azalmanın əsas səbəbi kredit portfelində 0,8% və depozit bazasında 1,3% azalma olmuşdur. Bankın kapital strukturuna gəldikdə, ExpressBank 129,5 milyon manat I dərəcəli kapitala malikdir ki, bu da əvvəlki dövrlə müqayisədə 1 milyon manat azalma deməkdir. Bununla belə, bankın kapital adekvatlığı göstəriciləri normativ həddlərdən xeyli yüksəkdir – I dərəcəli kapital üçün 23,07%, ümumi kapital üçün isə 24,46%. Mənfəətlilik baxımından vəziyyət qeyri-bərabər inkişaf edib. Xalis faiz gəliri 13 milyon manat həddində qeydə alınmış ki, bu da…

Read More

AccessBankın  2025-ci ilin 1-ci rübündə ümumi balansı 1 milyard 576 milyon 219 min manat olaraq qeydə alınmış ki, bu da əvvəlki dövrlə müqayisədə 90 milyon 925 min manat və ya 6,1% artım deməkdir. Bu artımın əsas səbəbləri arasında kredit portfelinin 1 milyard 134 milyon 718 min manat həddinə çatması (32 milyon 134 min manat və ya 2,9% artım) və nağd vəsaitlərin 159 milyon 635 min manat səviyyəsinə yüksəlməsi (22 milyon 19 min manat və ya 16% artım) durur. Access Bankın kapital strukturuna gəldikdə, I dərəcəli kapital 155 milyon 315 min manat təşkil etmiş ki, bu da əvvəlki dövrlə müqayisədə 14…

Read More