- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
- Qlobal bazarda neft tədarükü kəskin azalıb, aviasiya yanacağının qiyməti rekord həddə yüksəlib
- Dünya birjalarında son vəziyyət: enerji və metallar yüksəlişdə
- ABŞ-ın nəhəng şirkətlərindən Morgan Stanley və Oracle kütləvi ixtisarlara hazırlaşır
- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
Author: Aynure Gdp
Mərkəzi Bank nümayəndələri və İsveçrə Milli Bankı (İMB) arasında təcrübə mübadiləsi məqsədli səfər baş tutub. GDP xəbər verir ki, görüşlərdə müxtəlif pul siyasəti strategiyaları, təhlil və proqnozlaşdırma təcrübəsi müzakirə edilib. Səfər zamanı xüsusilə qlobal və yerli iqtisadi dəyişikliklər şəraitində tarazlı real faiz dərəcəsinin əhəmiyyəti və bunun maliyyə sabitliyinə təsiri məsələlərinə diqqət yetirilib. Həmçinin, İMB-nin təhlil-proqnozlaşdırma sistemi, model portfeli və statistik bazadan istifadə təcrübəsi öyrənilib. Tərəflər pul siyasəti qərarlarının icrası, faiz dərəcələrinin tənzimlənməsi, daimi imkan və açıq bazar əməliyyatları kimi mühüm istiqamətlərdə də fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, gələcəkdə də bu istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi planlaşdırılır.
Donald Trump-ın tariflərə 90 günlük fasilə verilməsi barədə açıqlamasından sonra təxminən 4 trilyon dollar ABŞ-ın fond bazarına qayıdıb. GDP xəbər verir ki, NASDAQ 100 üçün bu, tarixdəki ən yaxşı günlərdən biridir — indeks bütün vaxtların yeddinci ən böyük artışına yaxınlaşır. ABŞ fond bazarları, Donald Trump-ın tariflərin tətbiqinə 90 günlük fasilə verilməsi barədə verdiyi açıqlamaya sərt artımla reaksiya verdi. S&P 500 indeksi 7%, Dow Jones 6%, NASDAQ isə 8% artıb. Trump-ın açıqlamasından sonra ABŞ fond bazarına 3,5 trilyon dollardan çox vəsait gəlib. Bitcoin qiyməti kəskin şəkildə 80 min dolların üzərinə qalxıb. Neftin qiymətləri də artıb: London ICE Futures birjasında Brent növü…
Brent neftinin qiyməti gün ərzindəki enişi bərpa edib bir bareli 65 dolları keçib
CNN hesablamalarına görə, əgər iPhone-lar ABŞ-da istehsal olunsa, onların qiyməti 3500 dollara qədər çata bilər.
Çərşənbə axşamı yəni 9 aprel tarixində, fond və xammal bazarlarında investorların Donald Trump-ın ayın əvvəlində elan etdiyi tarifləri, ABŞ mallarına qarşı ticarət rüsumlarını artırmayan ölkələrə qarşı 90 gün müddətinə dayandırma qərarına verdiyi reaksiyanı əks etdirən real ralli baş verib. Bir vaxtlar, ABŞ-ın geniş bazar indeksi olan S&P 500-ün bütün səhmləri əvvəlki ticarət gününün bağlanmasına nisbətən artım göstərirdi. Bakı vaxtı ilə saat 21:45-ə olan məlumata görə, S&P 500 indeksi 8,3% artmışdı. Onun tərkibində yalnız 20 səhmlər qırmızı zonada idi. Artım liderləri arasında aviaşirkətlərin (United Airlines, Delta Air Lines) və 20-26% arasında bahalaşan çip istehsalçılarının (Microchip Technology, Advanced Micro Devices, ON Semiconductor…
Goldman Sachs iqtisadçıları, Prezident Donald Trump-ın daha əvvəl elan edilmiş əksər tarifləri 90 gün müddətinə dayandırmaq barədə açıqlama verdikdən sonra ABŞ-da resessiya proqnozunu ləğv etdilər. “Bu səhər, Prezident Trump-ın açıqlamasından əvvəl, biz əlavə gömrük rüsumlarının bu səhərdən etibarən qüvvəyə minməsi ilə əlaqədar olaraq resessiya proqnozuna keçdik,” – deyə Goldman Sachs-ın Yan Hatsiusa başçılıq etdiyi komandası bildirib. “İndi biz əvvəlki əsas proqnozumuza qayıdırıq, yəni resessiya yoxdur.” Proqnoz qiymətləndirmələrindəki sürətli dəyişiklik, analitiklərin və investorların, zaman-zaman dəyişən Tramp administrasiyasının ticarət siyasətinin iqtisadi təsirini qiymətləndirməkdə qarşılaşdıqları çətinlikləri vurğulayır. Trump-ın 90 günlük tarif dayandırılması barədə xəbərlərdən əvvəl, Goldman ekonomistləri analitik şərh yayımlayaraq ABŞ-da resessiyanı bankın…
Beynəlxalq Valyuta Fondunun (IMF) yeni hesabatına əsasən, Azərbaycan bank sektoru dayanıqlılığını qoruyub saxlamaqla yanaşı maliyyə göstəricilərində yaxşılaşma müşahidə olunur. GDP-nin xəbərinə görə, hesabatda bildirilir ki, 2024-cü ilin sonuna bank sisteminin kapital adekvatlığı əmsalı 17,6 faiz təşkil edib, sistemli ümumi və xarici valyuta likvidlik əhatə əmsalları isə minimum tələbləri üstələyib. Bu göstəricilər regional analoqlarla müqayisə oluna bilən səviyyədədir. Bank aktivlərinin keyfiyyətində də müsbət dəyişikliklər qeydə alınıb. İstehlak kreditləri üzrə bəzi prudensial tənzimləmələrin sərtləşdirilməsinə baxmayaraq, kredit portfeli genişlənib, qeyri-işlək kreditlərin (QİK) nisbəti isə 2022-ci ilin sonundakı 3,8 faizdən 2024-cü ilin dekabrında 2,4 faizə düşüb. Fond qeyd edir ki, bank sisteminin mənfəətliliyi geniş…
Son günlərdə dünya bazarlarında neft qiymətlərinin kəskin enməsi qlobal iqtisadiyyatda yeni narahatlıqlar yaradıb. Neftin qiyməti son bir həftə ərzində təxminən 16% enərək bir barel üçün 61 dollara düşüb. GDP xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, beynəlxalq analitiklərin proqnozlarına görə, əgər ABŞ-də Tramp administrasiyası tarifləri azaldarsa və dünya iqtisadiyyatı resessiyadan yan keçərsə, neftin qiyməti 2025-ci ildə 62 dollar səviyyəsində sabitləşə bilər. Lakin əks halda, qiymətlər ilin sonuna qədər bir barel üçün 50 dollara qədər enə bilər. Qeyd edək ki, 2025-ci il Azərbaycan Dövlət Büdcəsi qəbul edilərkən hesablamalar neftin qiymətinin 70 dollar…
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan barədə yeni hesabatında ölkədə inflyasiya dinamikasını qiymətləndirib. GDP xəbər verir ki, inflyasiya 2022-ci ildə pik həddə çatdıqdan sonra 2023-cü ildə yumşalmaqla dekabr ayında 2,1% səviyyəsində qeydə alınıb. 2024-cü ilin aprelində inflyasiya təxminən sıfıra yaxın dəyər göstərsə də, ilin ikinci yarısında artım tendensiyası müşahidə olunub. Belə ki, dekabr ayında inflyasiya 4,9%-ə qalxıb, lakin bu göstərici Azərbaycan Mərkəzi Bankının (AMB) 4±2% hədəf diapazonu daxilində qalıb. BVF hesabatında qeyd olunur ki, inflyasiyanın son aylarda artması qismən enerji, nəqliyyat və kommunal xidmətlər kimi tənzimlənən qiymətlərdə birdəfəlik düzəlişlərlə bağlıdır. Eyni zamanda, əsas inflyasiya (qida və enerji xaric) 2023-cü ilin dekabrındakı 2,3%-dən 2024-cü ilin sonunda 4,4%-ə yüksəlib. İnflyasiyanın hədəf diapazonu daxilində qalmasını…
Son bir ildə Londonu 11,3 min milyonerinin, o cümlədən 18 santimilyonerin (sərvəti ən azı $100 milyon olan) və 2 milyarderin tərk etdiyi məlum olub. GDP xəbər verir ki, bu məlumat, New World Wealth reytinqində yer alan statistikada əks olunub. Ümumilikdə, Londondan son on il ərzində 30 min milyonerin ayrıldığı bildirilir. Bu vəziyyət, şəhərin maliyyə və biznes mərkəzi olaraq olan statusunun ciddi şəkildə dəyişdiyinə işarə edir.
