- Brent nefti yenidən bahalaşıb-88 dollar
- Uoll-Strit bankları Argentinadan kapitalın çıxarılmasını tövsiyə edir
- Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı
- Mərkəzi Bank bank, sığorta və kapital bazarı üzrə rəhbər təyinatı ilə bağlı 96 müraciəti uyğun hesab edib
- Qlobal bazarda neft tədarükü kəskin azalıb, aviasiya yanacağının qiyməti rekord həddə yüksəlib
- Dünya birjalarında son vəziyyət: enerji və metallar yüksəlişdə
- ABŞ-ın nəhəng şirkətlərindən Morgan Stanley və Oracle kütləvi ixtisarlara hazırlaşır
- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
Author: Aynure Gdp
ABŞ fond indeksləri ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarlarından sonra son bir neçə sessiyada əhəmiyyətli azalmadan sonra çərşənbə axşamı inamla yüksəlir. Treyderlər Vaşinqtonun ABŞ-ın ticarət tərəfdaşları ilə danışıqlarını gözləyirlər. ABŞ Maliyyə naziri Scott Bessent bazar ertəsi bildirib ki, təxminən 70 ölkə danışıqlar təklifi ilə Ağ Evə müraciət edib. Dow Jones komponentləri arasında çərşənbə axşamı artım liderləri – UnitedHealth Group Inc. (+7,4%), Nvidia Corp. (+6,3%), JPMorgan Chase & Co. (+5,7%), Goldman Sachs (+4,4%), American Express Co. (+4,6%), Boeing Co. (+4,2%) şirkətlərinin səhmləridir. Dow Jones indeksi çərşənbə axşamı Bakı vaxtı ilə 16:55-də 3,42% artaraq 30264,71 bəndə çatıb. S&P 500…
Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər çərçivəsində Mərkəzi Bankın sədri Taleh Kazımov ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Taleh Kazımov “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və bu çərçivədə həyata keçirilən strateji təşəbbüslər barədə qonaqları məlumatlandırıb. Öz növbəsində, Mədinə Abılkasımova maliyyə sabitliyinin təmin olunması, bank və sığorta sahəsində nəzarət təcrübəsi, həmçinin Qazaxıstanda maliyyə bazarlarının tənzimlənməsi barədə ətraflı məlumat verib. Görüşdə Qazaxıstanın rəqəmsallaşma sahəsində həyata keçirdiyi layihələr də təqdim edilib. Tərəflər qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivlərini və ikitərəfli maraq doğuran digər məsələləri müzakirə ediblər.
2025-ci il mayın 23-də saat 11:00-da “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. GDP xəbər verir ki, yığıncaq, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi 60 ünvanında yerləşən təşkilatın baş ofisində baş tutacaq. Yığıncağın gündəliyində əsas məsələ olaraq “Para” BOKT ASC-nin Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi nəzərdə tutulur. Yığıncaqda şirkətin gələcək inkişafı və idarəetmə strukturu ilə bağlı vacib qərarların qəbul olunacağı gözlənilir. Səhmdarlara yığıncaqda iştirak etmək üçün dəvət göndərilib və müzakirə mövzuları barədə əlavə məlumatlar təqdim edilib.
Avropa İttifaqı, ABŞ-ın məşhur maliyyə xidmətləri Visa və Mastercard-dan imtina etməyi nəzərdən keçirir. Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Lagard bildirib ki, Avropanın maliyyə infrastrukturunun öz nəzarətində olması vacibdir və bu məqsədlə Visa, Mastercard, PayPal və Alipay kimi beynəlxalq ödəniş sistemlərindən uzaqlaşmağı təklif edir. Lagard, Avropa İttifaqının daha müstəqil bir maliyyə sistemi yaratmaq məqsədilə öz regional ödəniş platformalarını inkişaf etdirməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda Avropa ölkələri dünya maliyyə bazarlarında ABŞ şirkətlərinin böyük təsiri altındadır və bu, Aİ-nin suverenliyini təhdid edə bilər. Avropa İttifaqının bu addımı, son illərdə ABŞ ilə münaqişələrin artdığı bir dövrə təsadüf edir. Aİ, xüsusilə rusiyaya…
Azərbaycanın ən geniş bank şəbəkəsinə malik olan Birbank, “Essentials of Modern Marketing” Azerbaijan Edition (Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri) layihəsinə qoşulub. Kapital Bank-ın İdarə Heyətinin Sədri Farid Huseynov bu əməkdaşlıqla bağlı fikirlərini bölüşərək bildirib ki, dünya marketinq elminin simvolu sayılan Filip Kotlerin kitabında yer almaq həm qürurverici hadisə, həm də böyük məsuliyyətdir. Huseynov qeyd edib ki, bank müştərilərin gündəlik maliyyə davranışlarına əsaslanan müasir texnologiyalar tətbiq etməklə bank xidmətlərini daha asan və əlçatan edir. O, həmçinin vurğulayıb ki, bu layihədə iştirak etmək Birbank-ın son 5 ildəki uğur yolunu gənc nəsillərlə və biznes peşəkarları ilə bölüşmək fürsəti yaradır. Qeyd edək ki, “Müasir…
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaradılmasının 35 illik yubileyi ilə bağlı fikirlərini bölüşüb. GDP xəbər verir ki, İbrahimovun sözlərinə görə, 35 il ərzində ABA ölkənin bank sektorunun inkişafına, müasir çağırışlara uyğunlaşmasına və yeni trendlərin tətbiqinə mühüm töhfələr verib. O, assosiasiyada fəaliyyət göstərən işçi qrupların əhəmiyyətini vurğulayaraq, ABB-nin 17 ekspert qrupunun hər birində fəal iştirak etdiyini və bunlardan 7-nə birbaşa rəhbərlik etdiyini qeyd edib. ABB sədri ABA-nın Mərkəzi Bank və digər dövlət qurumları ilə konstruktiv əməkdaşlığını, eləcə də maliyyə savadlılığının artırılması və rəqəmsal bankçılığın inkişafı istiqamətindəki təşəbbüslərini bank sektorunun güclənməsində mühüm amil kimi dəyərləndirib. İbrahimov ABA-nın…
Tayvanın fond birjası 9,7 faizlik enişlə bağlandıb.Bu, ölkənin birja tarixinin ən böyük düşüşü hesab olunur.Birjanın bu şəkildə geriləməsi, qlobal iqtisadi narahatlıqların artması ilə yanaşı, regional risklərin yüksəlməsi fonunda investorlar arasında tərəddüdlərin yaradıb.Eyni zamanda, Tayvan və Tailand tərəfindən fond birjasında “şort oyunu” (düşüşə oynama) qadağan edilib.Bu qərarın məqsədi, birja stabilizasiyasını dəstəkləmək və daha da şiddətli enişləri dayandırmaq idi. Qadağanın tətbiqi ilə iqtisadi sabitliyi qorumaq və investorların etibarını bərpa etmək ümidi ilə bağlı gözləntilər yarandıb.
Bu gün Satakunta Tətbiqi Elmlər Universiteti (SAMK), Azərbaycandan gələn biznes nümayəndə heyətini Pori şəhərində qəbul edəcək. GDP xəbər verir ki, 13 Azərbaycanlı şirkətin qatıldığı nümayəndə heyəti, Finlandiya, Estoniya və Latviya ilə strateji tərəfdaşlıqlar qurmağı hədəfləyir. Səfər, ətraf mühit texnologiyaları və təhsil sahələrində yeni biznes imkanları yaratmağa yönəlib. Pori Şəhər İdarəsində görüşlərdən sonra nümayəndə heyəti Safety and Security Center və Honkajoki Oy kimi şirkətləri ziyarət edəcək. 8 Aprel tarixində isə SAMK-də süni intellektin təhsil və biznesə təsiri müzakirə olunacaq. Bu ticarət missiyası, Azərbaycanın Mərkəzi Baltik bölgəsindəki bazarlarına girməyi hədəfləyən yeni biznes əlaqələrinin qurulmasına töhfə verəcək.
SOCAR Trading şirkətində yeni İdarə Heyəti sədri təyin edilib. ABŞ vətəndaşı Natiq Mustafayev, 2018-ci ildən bu vəzifəni icra edən Məryəm Almaszadəni əvəz edib. GDP xəbər verir ki, Natiq Mustafayevin iqtisadiyyat və maliyyə sahəsində geniş təcrübəsi var. O, 2010-2014-cü illərdə Credit Suisse (Avropa) Ltd.-də iqtisadçı, 2016-2024-cü illərdə isə Barings (Birləşmiş Krallıq) Ltd.-də inkişaf etməkdə olan bazarlar üzrə iqtisadçı vəzifəsində çalışıb. Həmçinin, “For Azerbaijan” təşkilatının təsisçilərindən biridir. Mustafayevin neft sektoru ilə bağlı da təcrübəsi var. 2008-2009-cu illərdə bp şirkətində biznes analitiki kimi fəaliyyət göstərib. Bundan əlavə, 2003-2008-ci illərdə Kolumbiya Universitetində dərs deyib. Mustafayev Azərbaycanda dövlət sektorunda da müəyyən təcrübə qazanıb. 2009-2010-cu illərdə…
Tramp administrasiyasının gözləniləndən daha sərt tariflər elan etməsindən sonra səhmlər kəskin şəkildə ucuzlaşdı. İnvestorlar iqtisadi artımın zəifləməsi, inflyasiyanın yüksəlməsi və resessiya riski ilə bağlı narahat oldular. Kiçik şirkətlərin səhmləri daha çox zərər gördü — Russell 2000 İndeksi təxminən 10% azaldı və həftəni öz zirvəsindən 30%-dən çox aşağıda başa vurdu. S&P 500 İndeksi də son beş ilin ən pis həftəlik performansını göstərdi. Cümə axşamı bir neçə indeks 2020-ci ildən bəri ən böyük birgünlük itkiləri yaşadı və ucuzlaşma cümə gününə qədər davam etdi. Çin də daxil olmaqla bir sıra ölkələr öz tariflərini açıqladı və ABŞ-la danışıqlara başlamaq planlarını bəyan etdilər. Bu isə…
